Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanların 40 illdir bitməyən zilləti və dünyaya xaos yayan ABŞ-ın daha bir məğlubiyyəti

Necə görünür görünsün, kapitalizm həmişə vəhşi caynaqlarını dünyanın toxunulmamış torpaqlarına keçirmək üçün pusquda gözləyir…

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 13 iyul 2021-ci il

ABŞ-ın istənilən rejimi devirəcək hərbi gücə sahib olduğunu, lakin yeni bir nizam yaratmaq gücünün olmadığını göstərən son bölgələrdən biri Əfqanıstandır. ABŞ 20 illik işğaldan sonra nəhayət Əfqanıstandan çıxır. Amerika Birləşmiş Ştatları “Taliban” rejimini devirərək yeni millət quruculuğu edəcəyini iddia edərək Əfqanıstanı işğal etmişdi. Lakin İraqda da göründüyü kimi, ABŞ yalnız “xaos” yarada bildi. Orta sinifdən olan ameriklıya vergi ödəyicilərinin ciblərindən çıxan pullarla yaratdığı xaosdan istefa edənlər isə “Hərbi Sənaye-Konqres-Akade­miya-Media Kompleksi” oldu.

ABŞ qoşunların çəkilməsi prosesini 11 sentyabr tarixinə qədər tamamlamağa çalışarkən, arxasında Kabili nəzarət altına almağa hazırlaşan “Taliban”ı buraxır. Əvvəlki yazımızda Əfqanıstanın ABŞ üçün “ikinci Vyetnam” olduğunu qeyd etdik. ABŞ 1973-cü ildə Vyetnamdan geri çəkildi və Cənubdan irəliləyən Şimali qüvvələr 1975-ci ildə paytaxt Sayqonu ələ keçirərək ölkəni birləşdirdi.

Əfqanıstanın əksər kənd ərazilərinə nəzarət edən “Taliban” qüvvələri müharibəni şəhərlərə daşımağa hazırlaşırlar. Əvvəlki günlərdə “Taliban” Əfqanıstanın şimalındakı onlarla şəhəri ələ keçirdi. Yüzlərlə rejim əsgəri “Taliban” təhlükəsiz keçidə zəmanət verdikdən sonra silahlarını yerə qoyaraq Tacikistana sığındı. Amerika kəşfiyyat mənbələrinin təqdim etdiyi qiymətləndirmələrə görə, ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çəkilməsindən 6 ay sonra Kabil rəhbərliyinin dağılması ehtimalı böyükdür. Bu dəyərləndirmələrə baxsaq, ABŞ-ın dəstəklədiyi Kabil rəhbərliyi, ABŞ-ın dəstəklədiyi Sayqon rəhbərliyindən daha sürətli dağılma ehtimalı ilə üz-üzədir.

“Avrasiya” sahəsində Əfqanıstan mühüm bir geosiyasi mövqe tutur. Əfqanıstan coğrafi-iqtisadi baxımdan da böyük güclərin diqqətini çəkir. Əfqanıstan mineral baxımından çox zəngin bir ölkədir və şimaldakı təbii qaz yataqları Rusiyanın maraq dairəsindədir. Digər tərəfdən Çin uran, qızıl və dəmir ehtiyatları ilə yanaşı, yeni nəsil texnologiyalarında və avtomobil sənayesində istifadə olunan lityumla maraqlanır. Avropa ölkələri, xüsusən də Almaniya, lityum qaynaqlarına diqqət yetirirlər. Çin, həmçinin, qədim şəhərin altında yatan təxminən 100 milyard dollarlıq mis mədənlərini də istəyir. Əfqanıstan hökuməti ilə 30 illik bir razılaşma əldə etməsinə baxmayaraq, Çin müharibə və arxeoloji səbəblərdən hələ də mis çıxara bilməyib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tez-tez Çinin ölkədəki mis mədənlərini ələ keçirməsindən şikayətlənərək, Amerikanın Əfqanıstanda trilyonlarla dollar xərclədiyini vurğulayırdı. Toxunulmamış əfqan mədənləri ABŞ və Çin arasındakı geoiqtisadi rəqabət baxımından olduqca vacibdir. Sabiq adminstrasiya dönəmində Trampın təhsil naziri Betsi Devosun qardaşı, şübhəli “Blackwater” özəl təhlükəsizlik firmasının keçmiş qurucusu Erik Prins Əfqanıstan mədənlərini özəlləşdiriləcəyi təqdirdə, ölkənin mineral ehtiyatlarının da nəzarətə alınması ilə bağlı Ağ Evə iddialı bir plan təqdim etmişdi. Ancaq plan Pentaqon tərəfindən rədd edildi. Prinsin “Əfqan Planı” mediada ingilislərin “Şərqi Hindistan” Şirkətinin Əfqanıstana versiyası kimi şərh edilirdi. Xatırladaq ki, Prins Birləşmiş Ərəb Əmirliklərində və Liviyada qanuni hökuməti devirmək istəyən general Həftarla yanaşı, həm də Çinlə də əməkdaşlıq edir.

Pekin rəhbərliyi geostrateji, geosiyasi və geoiqtisadi baxımdan ABŞ-ı narahat edən “Bir Kəmər, Bir Yol” təşəbbüsünün vacib sütunlarından biri olan Çin-Pakistan İqtisadi Dəhlizini Əfqanıstana doğru genişləndirmək istəyir. 62 milyard dollarlıq dəhlizin Əfqanıstan bağlı ilk addımı isə Kabili Pişəvərə bağlayan magistral yolun inşasıdır. Əgər həyata keçirilsə, bu magistral yol “Çin-Pakistan Dəhlizi”ndə əhəmiyyətli bir qovşaq olacaq.

Hər kəs ABŞ-ın Çinin strateji genişlənməsinin qarşısını almağa çalışacağını və bu çərçivədə “Bir Kəmər Bir Yol” təşəbbüsünə qarşı təxribat törətməyin müxtəlif yollarını axtaracağını bilir. “Bir Kəmər Bir Yol” təşəbbüsünün coğrafi düyüm nöqtələrində baş verməsi gözlənilən “səlahiyyət müharibələri” də bunun qarşısını almaq üçün istifadə ediləcək. 1979-cu ildəki Sovet işğalı dövrü də daxil olmaqla, 40 ildir müharibə aparan əfqanların əzabları hələ də bitmir. Necə görünür görünsün, kapitalizm həmişə vəhşi caynaqlarını dünyanın toxunulmamış torpaqlarına keçirmək üçün pusquda gözləyir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar