Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraillə dialoq Türkiyə üçün nəyə görə vacibdir? - Təhlil

İyulun 12-də Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla İsrailin yeni prezidenti İshak Hersoq arasında telefon danışığı olub. Ərdoğan Hersoqu andiçmə mərasimi münasibətilə təbrik edib. Telefon söhbətində Türkiyə-İsrail münasibətləri və regional məsələlər müzakirə edilib.

Ərdoğan doğru olanı etdi. Bölgədə böyük güc sahibinə çevrilən Türkiyə üçün İsraillə münasibətlərdə daimi gərginlik Ankaraya əlavə problemlər yaradırdı. Bir qisim ərəb ölkəsi belə İsraillə diplomatik münasibətlər qurarkən Ankaranın İsraillə siyasi dialoqdan imtinasının perspektivi yox idi. Ancaq Ərdoğanın İsraillə dialoqa başlaması üçün bu ölkənin baş naziri Benyamin Netanyahunun başqasıyla əvəzlənməsi şərt idi, çünki son illər iki lider bir-birlərinə qarşı ağır ifadələr işlətmişdilər. Benyamin Netanyahu artıq baş nazir deyil, demək Ankaranın İsrailin yeni hökuməti və yeni prezidenti ilə təmasa başlaması üçün maneə yoxdur.

Birincisi, Ərdoğanın israilli həmkarıyla telefon söhbətində vurğuladığı kimi Türkiyə-İsrail münasibətləri Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyət daşıyır. Ankara Yaxın Şərq prosesində rol almaq istəyirsə, Fələstinlə yanaşı İsraillə ilə də sıx dialoq içində olmalıdır. Ancaq Ərdoğan İsrail prezidentinə yenə də öz sözünü deyib: “Fələstin-İsrail münaqişəsinin BMT qətnamələri çərçivəsində daimi və ikidövlətli həll variantı vacibdir”. Yəni Ərdoğan İsraillə yenidən siyasi dialoqa başlasa da, Fələstin probleminin həllinə baxışı dəyişməyib.
İkincisi, Türkiyə ilə İsrail arasında siyasi gərginliyiə baxmayaraq, iqtisadi əlaqələr həmişə üst səviyyədə olub və bunu qorumaq lazımdır. Elə Ərdoğan da israilli həmkarıyla telefon söhbətində buna işarə edib. Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında enerji, turizm və texnologiya başda olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq üçün yüksək potensialın olduğunu söyləyib. Türkiyə Cumhurbaşqanı epidemiyaya baxmayaraq, ikitərəfli ticarətin həcminin artdığını və bu potensialdan faydalanmağın ortaq maraqlara xidmət etdiyini qeyd edib.

Üçüncüsü, İsrailin illərdir gizli şəkildə qonşu ölkələrdə kürd separatizminə dəstək verdiyi barədə Türkiyədə fikirlər dolaşır. Əgər bu həqiqətən belədirsə, yəni İsrail Türkiyənin problemini dərinləşdirməklə məşğuldursa, demək Tel-Əvivə bu siyasətindən vaz keçməsini anlatmaq lazımdır. Bunun ən münasib yolu isə İsraillə siyasi dialoqun bərpasından və ortaq nöqtələrin axtarışından keçir.

Dördüncüsü, Türkiyə-İsrail siyasi dialoqu Azərbaycan üçün də əhəmiyyətlidir. Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail isə strateji tərəfdaşıdır. Türkiyə ilə İsrail arasında münasibətlər gərgin olarkən bunun Azərbaycana da mənfi təsirləri olurdu. Türkiyə-İsrail dialoqunun başlamasının Qarabağın bərpasında da rolu ola bilər. Qarabağın bərpa çalışmalarında Türkiyə və İsrail şirkətləri birgə fəaliyyət göstərə bilərlər.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar