Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkmənistan “Taliban”la dil tapdı, qaldı Özbəkistanla Tacikistan

Taliban”ın nümayəndə heyəti Türkmənistana səfər edib.
 
Ovqat.com-un məlumatına görə, “Taliban” nümayəndələri ölkənin XİN-də danışıqlar aparıblar. 
 
Bildirilir ki, səfər rəsmi Aşqabadın dəvəti ilə baş tutub. Türkmənistan tərəfi bu məlumatı təkzib etsə də, “Taliban”ın Qətərdəki sözçüsü Məhəmməd Naim təsdiqləyib.
 
““Taliban” rəsmi nümayəndə heyətinin Aşqabadda apardığı danışıqlarda ölkələr arasındakı ikitərəfli iqtisadi və siyasi əlaqələrlə yanaşı təhlükəsizlik və sərhəd məsələləri müzakirə edilib. İslam Əmirliyi nümayəndələrini Türkmənistan Xarici İşlər nazirinin müavini qarşılayıb”, – “Taliban” sözçüsü mediaya açıqlamasında belə deyib.

Şəkildə: Bu ilin fevral ayında Türkmənistana gələn "Taliban" nümayəndələri 
 
Sözçü nümayəndə heyətinə kimin rəhbərlik etdiyini və Türkmənistanın Xarici İşlər nazirinin hansı müavini ilə danışıqlar apardığını gizli saxlayıb. 
 
“Azadlıq” radiosunun Türkmən redaksiyası isə etibarlı mənbələrinə istinadən tərəflərin adını açıqlayıb:  “Taliban”ın Qətərdəki siyasi ofisinin rəhbəri Mühəmməd Abbas Stanikzai və Türkmənistan Xarici İşlər nazirinin müavini Vepa Hacıyev. Tərəflər arasında görüş 10 iyunda baş tutub.
 
İddialara görə, Türkmənistan tərəfi “Taliban” nümayəndələrindən Aşqabad ziyarətlərini barədə heç nə açıqlamamalarını xahiş edib. Təşkilat sözçüləri də məhz bu səbəbdən Aşqabad səfərlərinin detallarına gizli tuturlar.
 
Maraqlıdır ki, bu, “Taliban” heyətinin ilk səfəri də deyilmiş. “Taliban”çıların bu il fevral ayında da Türkmənistan hökumətinin dəvəti ilə Aşqabada gəldiyi xəbər verilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar