Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın növbəti iclası keçirilib. İclasda İctimai şuranın sədri Fuad Hacızadə, sədr müavini Mehman İsmayılov və şuranın digər üzvləri iştirak ediblər.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, iclasda FHN yanında İctimai şuranın Əsasnaməsi, Fəaliyyət Proqramı və Reqlamenti müzakirə olunaraq təsdiq olunub.
Daha sonra İctimai şuranın gələcək fəaliyyət istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb.
pia.az