Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neo-Yalta masasında kimlər olacaq? - Çinin sənaye və ticarət inqilabının ağır zərbələri Qərbi geri püskürdür...

Orta əsrlərdə İngiltərə bütün qitə Avropasını dəyişdirdiyi kimi, günümüzün Çini də bütün qitə Asiyanı dəyişdirəcək iqtisadi, siyasi və sosial reaksiyalar istehsal etmək üçün lazımi enerjiyə sahibdir…

Ömer Özkaya
“Şarkul Avsat” qəzeti, Türkiyə, 5 iyul 2021-ci il

NATO-nun Brüsseldəki sammitindən Çin və Rusiyanı geosiyasi və geostrateji cəhətdən izləmə qərarının çıxması yaxın illəri və yeni dünyanı formalaşdıracağını deyə bilərik. Qərbdə və Şərqdə köklü şəkildə dəyişən sosial, iqtisadi, elmi, mədəni və digər tarazlıqları nəzərə aldıqda dünyanın yeni bir “Kommunist Manifesti” ərəfəsində olduğunu proqnozlaşdırmaq olduqca mümkündür. Bu təhlilə gətirib çıxaran proseslər kontekstində, Qərbin özünün yaratdığı Çinin və bunun bir möcüzəsi olaraq ortaya çıxan Çin sənaye və ticarət inqilabının ölçülərini qabaqcadan görə bilmədiyini təyin etmək vacibdir. Bu günkü hadisələr bu uzaqgörənliklə bağlı edilən səhvlərin nəticəsidir. Çin tərəfindən yaradılan bu yeni dünya ticarət atmosferi və iqlimi Qərb “quruluşunu”, xüsusən də ABŞ-ı yeni axtarışlara sövq edir.

Çin, Rusiyaİran tərəfindən qurulduğu güman edilən siyasi, iqtisadi, nüvə və enerjiyə əsaslanan cəbhə hələ müqavilələr kontekstində “sərbəstdir”, lakin iqtisadi, ticarət və enerji ilə bağlı müqavilə bütün geosiyasi diqqəti özünə cəlb edir. Bu ölkələrə qarşı Qərb paktının geostrateji mövqeyinin qlobal ticarət, maliyyə və beynəlxalq siyasətin bütün həqiqətlərini əhatə etmədiyini, əksinə Qərbin bütün niyyətlərini, narahatlıqlarını və xəyallarını ifadə etdiyini demək mümkündür.

“Çin, Rusiya və hətta İran beynəlxalq münasibətlər kontekstində nə mənaya gəlir?” sualının cavabları ilə bağlı Qərb paktında bir fikir birliyinin olmaması NATO-nun Brüssel sammitinin yekun bəyannaməsində öz əksini tapıb. Bunun bütün göstəriciləri “Bir Kəmər Bir Yol” layihəsi və Çin, Rusiyaİranla mübarizə konsepsiyasının “dilində” daha aydın görünür.

Çin və onun komponentləri ilə mübarizə aparmaq və ya nəzarətdə saxlamaq prosesi bir zirvədə həyata keçirmək mümkün olmasa da, NATO Brüssel sammitində verilən qərarların Çin, Rusiyaİran ilə bu mümkün müqaviləyə müsbət yanaşan dövlətlərin ortaya çıxan ictimai-siyasi, sosial-iqtisadi və sosial-mədəni şərtləri dərindən analiz etməsi baxımından olduqca vacibdir. Hələlik qlobal prosesləri anlamaq üçün əsas mənbənin iyun ayında Brüsseldə keçirilmiş NATO sammiti olduğu faktını vurğulamaq lazımdır. Bu mənzərə çərçivəsində hadisələri qiymətləndirmək daha doğru olacaq.

Qərb tərəfindən təkan verilən, ancaq Qərbin təsiri olmadan da qaçılmaz şəkildə ortaya çıxması gözlənilən Çin sənaye və texnoloji inqilabı Çin Kommunist Partiyası burjuaziyasının həyata keçirdiyi və Fransa İnqilabı ilə maraqlı paralelləri olan, köklü mədəni dəyişikliyi hədəfləyən bir inqilabdır. Daha da önəmlisi budur ki, Çin sənaye və ticarət inqilabının ingilis sənaye və ticarət inqilabı ilə fövqəladə oxşarlıqları var.

İngilis sənaye və ticarət inqilabının səbəb olduğu bir sıra sosial, mədəni, ailəvi, iqtisadi, siyasi və ticari inkişafların Çin tərəfindən həyata keçirilmiş sənaye və ticarət inqilabının nəticələri ilə eyni olduğunu deyə bilərik. “Kommunist manifesti” nəticədə ingilis sənaye və ticarət inqilabının ictimai-siyasi və sosial-iqtisadi məhvinə və amansız təcrübəsinin dəyişməsinə qarşı çıxan bir mətndir. Gələcəkdə Çinin sənaye və ticarət inqilabı Çini daha radikal bir Kommunist xəttinə aparacaq. Çin iqtisadi və sosial rifah səviyyəsinin yaratdığı xaosun və sosioloji, siyasi dağılmanın, yəni Çin tipli vəhşi liberalizmin Çini daha radikal marksist rejimə apara biləcək bütün dinamikaları bəslədiyi bəllidir. Görünən odur ki, qlobal genişlənmə həddinə çatmış ABŞ-ın beynəlxalq nizamla maraqlanan hegemon baxışı daxildə xüsusilə sorğulanır.

NATO-nun ABŞ-ın qlobal hegemonluğunun ömrünü uzadacaq bir daxili dizayn və yenilənmə prosesi içində olduğu görülür. Əslində, Brüsseldəki iyun zirvəsi də bu yeni rəhbərliyin bir növ qlobal bəyannaməsidir.

20-ci əsri dizayn edən ABŞ, İngiltərə və Rusiya arasındakı Yalta masasının Neo-Yalta kimi xarakterizə olunan yeni masada bir müddət sonra ABŞ, İngiltərə və Çinin oturacağını da indidən ehtimal etmək mümkündür. Həmçinin, ABŞ ilə İran arasındakı danışıqlar da eyni beynəlxalq lövhədə aparılır. Görünən budur ki, liberalizmin yeni tərifi ilə bağlı konsensus əldə etmək üçün bir sıra danışıqlara başlanılıb. Qərbin versiyası olan liberalizmin Qərbə qarşı işləyən beynəlxalq iqtisadi bir mexanizmə çevrilməsi qarşısında Çinlə ticarət müharibələrinin başladığı da bir həqiqətdir.

Qaçılmaz şəkildə bu yeni geostrateji gündəmi reallaşdırmaq üçün NATO-nun bir çox daxili mexanizm moduluna ehtiyacı olacaq. Bu daxili mexanizmlər və modullarla bağlı konsensusun hələ tam olaraq müəyyənləşdirilmədiy­i də ortadadır. Buna baxmayaraq, yalnız Makrona baxaraq yeni rolların konsensusa uyğun həyata keçirildiyini anlamaq mümkündür. Hər nə qədər sınaq prosesində olsa da, Qərbin “Qərb üçün ümumi mübarizə” strategiyası yaratmağa çalışdığı bariz şəkildə ortadadır.

Bu halda “Qərb harada bitir və qərbli kimdir?” sualı Qərbin qurtuluş strategiyası üçün bir cavab gözləyir.

Almaniyanın Namibiyadan, Fransanın da Ruandadan üzr istəməsi Qərbi və onun tərkib hissələrini yenidən müəyyənləşdirmək və qurmaq cəhdi kimi təhlil edilə bilər. Erməni soyqırımı iddialarının Qərbdə geniş şəkildə qəbul edilməsi Qafqazda sahə və müttəfiq qazanmaq rəqabəti kimi də qəbul edilə bilər. Əslində, Bayden ilə prezident Tayyip Ərdoğan arasındakı görüşdə soyqırımın tanınmasının Qərb diplomatiyası və Qərb sərhədləri kontekstində müzakirə edildiyini iddia etmək olar.

Əfqanıstandan “geri çəkilmə”nin də Qərb sərhədlərini müəyyənləşdirmə prosesi daxilində olması diplomatik bir siluet kimi görünür.

Bəzi siyasi bürokratların maraqlı açıqlamalarından sonra Yaponiyanın Qərbin yeni qlobal sistemində maliyyə təşəbbüskarı lideri rolunu oynadığı görülür. Göründüyü kimi, bu cür radikal dəyişikliklər Çini keçmişdə ingilis sənaye və ticarət inqilabının bütün Asiya boyunca ortaya çıxardığı simptomları yenidən yaratmağa məcbur edəcək. İngiltərənin bütün qitə Avropasını dəyişdirdiyi kimi, Çin də bütün qitə Asiyanı dəyişdirəcək iqtisadi, siyasi və sosial reaksiyalar istehsal etmək üçün lazımi enerjiyə sahibdir. Bu kontekstdə, Çinin sosial tarazlıqları təmin etmək üçün radikal marksizmə yönəlməsi ehtimalı müzakirə edilsə də, daha çox ultra nəzarətli liberal bir rejim quracağı hələlik daha inandırıcı görünür.

Asiyaya gəlincə Çin tarixində olduğu kimi, texnoloji və iqtisadi liderliklər naməlum səbəblərdən rədd edilə bilər. Çinin də bu sürpriz qarşısında hücumlar edib etməyəcəyini zamanla görəcəyik.

Bu qəbildən olan ölkələrin, xüsusən Çin, Rusiyaİranın gözlənilməz bir sürətlə demokratiyaya keçəcəyi istisna edilməməlidir. Bu ölkələrdə qəbilə və elitlər demokratiyası institutlaşmış olsa da, genişlənən və dəyişən sosioloji quruluş da azadlıqlara olan tələbi artırır. Qlobal axın və inkişaf köhnə demokratiyaların artan iqtisadi və sosial balanssızlıqlar səbəbindən sürətlə inkişaf edərək neo-sosialist və neo-totalitar bir prosesə keçə biləcəyinə dair ip ucları verir. Çox ölçülü təhlillər nəticəsində formalaşmış bu mürəkkəb mənzərədən çıxış yolu axtaran Qərb, Şərq və Cənub beynəlxalq münasibətlərdə sürprizlər üçün qapı açıq qoymur. Şərqin qərbləşmə meyli və Qərbin şərqləşmə meyli bir müddət sonra sabitləşsə, bu, gözlənilməz bir sürpriz olacaq.

Digər tərəfdən, ideologiyaların yenidən müəyyənləşdirilməsin­ə dair qarşıdurmalar və mübahisələr ön plana çıxacaq. Bu müddətdə Qərbin də qəbul edə biləcəyi bir Şərq liberalizmin tərifini çıxarmaq strateji əhəmiyyət daşıyır. Qlobal istehsal və satışın, yəni ticarətin tıxanmasından ən çox əziyyət çəkən ölkələrin müqavimət şansı minimum səviyyədə olacaq.

Çinin Qərbin qurduğu dünyada təsirli olmasının yolu yalnız Qərbin yaratdığı siyasi, iqtisadi və sosial quruluşdan daha çoxunu təklif etməsidir. Qərbin və nisbi azadlıqlar dünyasının mövcud ideoloji və inzibati quruluşunun Çin xalqları və onu təşkil edənlər üçün olduqca cəlbedici olduğunu vurğulamaq vacibdir. Qərb ən böyük silahı olan demokratiyadan uzaqlaşdıqca və yeni hegemonluq vasitələri ilə öz komponentlərini korladıqca qlobal xaos daha da artacaq. Çinin ən böyük zəifliyi isə daxili nəzarəti itirməmək üçün atdığı hədsiz totalitar addımları ola bilər.

İngilis sənaye və ticarət inqilabının nəticələri əvvəlcə yerli, daha sonra qlobal olduğu halda, Çinin sənaye və ticarət inqilabının məhsulu əvvəlcə qlobal, daha sonra yerli olacaq. Qlobal iqtisadi və siyasi dövrü geri qaytarmaq mümkün deyil, ancaq dövrü idarə etmək həmişə mümkündür.

Qlobal qeyri-müəyyənliyi və qərarsızlıq mühitini gücləndirən elementlər artdıqca dünya əsas aktyorların qərar vermə və tətbiqetmədə makro səhvlərə yol verəcəyi bir proses içinə düşür. Eyni zamanda, bu proses sui-qəsd nəzəriyyələrinin təsdiq olunduğu və strategiyaların refleks səbəbiylə zədələndiyi aşındırıcı bir beynəlxalq münasibətlər nizamı yaradaraq ağıl, məntiq, ölçü, çəki, reallıq, doğru intuisiya, doğru qərar və idarəetmə parametrlərini deformasiya etdirir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Çin NATO Brüssel

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar