Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmtahanlarda sual qalmaqalı: DİM Təhsil Nazirliyinə birləşdirilsin

Təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin müzakirələri zamanı qəbul imtahanlarına düşən suallarla bağlı narazılığını ifadə edib. Nazir bildirib ki, qəbul zamanı testə düşən suallarla bağlı bəzi məqamlar onlarda narahatlıq doğurur.

Bəs Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasındakı bu narazılığa səbəb nədir? İmtahan suallarındakı problemli məqamlar hansılardı?

Mövzu ilə bağlı Bakupost.az -a danışan təhsil eksperti Məzahir Məmmədli qeyd edib ki, bu kimi problemlər həmişə olsa da, DİM hər dəfə özünü haqlı çıxarmağa çalışır:

“Nə qədər ki, elm və təhsilə aid sahələr bir qurumda cəmləşməyəcək, o zaman bu məsələlər də problem kimi qalmağa davam edəcək. Vaxtılə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) işləyən biri kimi bildirirəm ki, bu məsələlər analiz, təhlil aparılmadan bütün dövrlərdə gündəmə gətirilib. Məsələn, TQDK o məqsədlə yaranmışdı ki, köhnə təhsil sistemindən yaxa qurtarılsın. Həmin dövr üçün ən uğurlu variant da elə bu idi. Artıq 3 nəsil keçmişik, və indiki dövrə qədər müəyyən islahatlar aparılmalı idi. Təhlillər aparılıb, nəhayət, təkmil formaya gəlib çıxmalı idik. Təəssüf ki, son 30 ildə bir dəfə də olsun yeniliyə cəhd olunmadı. Son illərdə imtahan suallarına sadəcə açıq tipli suallar əlavə edilib və bu, müəyyən mənada islahat kimi qələmə verilir. Əslində, imtahanla bağlı qaydalar tamam, kökündən dəyişməli idi. Lakin məlum ənənə yenə davam edir. Ola bilər ki, imtahan bazasında oturan müəllimlərin orta məktəb tədrisi ilə əlaqəsinin olmadığı üçün belə alınır. Məsələn, ali təhsil müəssisələrinin savadlı müəllimləri həmin imtahan bazasında oturub, suallar tərtib edirlər, amma həmin müəllimlərin orta məktəbdəki tədrislə birbaşa əlaqələri yoxdur. Ona görə də bu kimi hallar yaşanır.

Hər il eyni fikirlər təkrarlanır. Artıq Təhsil Nazirliyi səviyyəsində narahatlığın şahidi oluruq. Bu çox yaxşı haldır. Düşünürəm ki, bu cür təşəbbüsün sonluğu yaxşı olacaq. Çünki nazir özü bunu dilə gətirib və narazılığın ortaya qoyub. İndiyə qədər bunu Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri üzrə müdüründən, müdür müavinindən və digərlərindən eşidirdik. Lakin nazirin birbaşa narahatlığını bildirməsi gələcək islahatlar üçün stimul, təkan olacaq. Necə olur ki, bir müəssisə, Təhsil Nazirliyi həmin abituriyenti 11 il məktəb dövründə hazırlayır, imtahan prosesinə qədər gətirib çıxarır, amma DİM imtahan götürür. Niyə Təhsil Nazirliyi özünün yetişdirdiyi şagirddən özü də imtahan götürməsin? Axı, nazirlik müəyyən edə bilər ki, o, hansı səviyyədə tədrislə məşğul olub və imtahan forması necə olmalıdır. Hesab edirəm ki, artıq bu sahədə islahatlar aparmağın tam zamanı çatıb. Bu baxımdan, DİM ya Təhsil Nazirliyinə birləşdirilməlidir, ya da ortaq bir forma tapılmalıdır”.

İmtahanlardakı problemli məqamlardan danışan digər təhsil eksperti Qoşqar Məhərrəmov isə vurğulayıb ki, test suallarıyla orta məktəb kitabları bir-birilə ziddiyyət təşkil etdir və reallığı əks etdirmir:

“Müəyyən suallarla bağlı narahatlıq ortaya qoyulduqda DİM-in mütəxəssisləri qeyd edir ki, suallar sadəcə məzmundan hazırlanıb. Yəni Təhsil Nazirliyi hansı məzmundan orta məktəblərdə dərs keçirsə, eyni məzmundan istifadə edilərək, suallar hazırlanır. Abituriyent hazırlayan müəllimlər isə vurğulayır ki, suallar çətindir, bəziləri kitabda olduğu kimi deyil, sualların qoyuluş tərzində qaranlıq məqamlar var. Verilən test tapşırıqlarından 24-25-i adətən biliyi ölçür. Anlayışı, qavramanı, analizi, sintezi ölçmür.

Pandemiya ilə bağlı müəyyən güzəşt olsun deyə, DİM açıq test suallarını imtahandan çıxarıb. Belə olan halda abituriyentlər “asan” bir imtahanla üzləşdi. Dırnaqarası asan deməyim ona görədir ki, həmin imtahanlarda sadəcə bilik səviyyəsi ölçülürdü, anlayışı və daha yuxarı öyrənmə səviyyələrini ölçən suallar testlərdə qoyulmadı.

Ümumi mənada bilik məktəbindən, təfəkkür məktəbinə keçid edirik və bu keçid dövründə sualların forması təfəkkür məktəbinə yönəlik olmalıdır. Ona görə də DİM-ə yönəldilən iradlarda müəyyən qədər haqlı pay var. Azərbaycanda orta məktəblərdə hazırlanan dərsliklər şagirdlərin fərdi öyrənməsinə yönəlməyib. Yəni şagirdlər, abituriyentlər sadəcə həmin dərsliklərdən istifadə edərək universitetə hazırlaşa bilmirlər. Çünki həmin dərsliklərdə sadəcə məzmun verilir. Məzmunla bağlı praktika etmək üçün sual kitabçası, yaxud praktik bilik və bacarıqların inkişafı üçün hansısa sual bankları verilmir. Həmin sual banklarını isə təzadlı bir durumdur ki, DİM hazırlayır. Əslində, DİM Təhsil Nazirliyinin verdiyi təhsili yoxlayan bir qurum olaraq özü sual bankı hazırlamamalıdır. Düşünürəm ki, DİM şəffaf, işlərini yerli-yerində aparan bir qurum olsa belə, o, sual banklarını hazırlayan və satan tərəf olmamalıdır. DİM yalnız imtahana nəzarət edən, yoxlayan və abituriyentləri yerləşdirən bir qurum olmalıdır.

3 komponent - dərsliklər, kurikulum standartları və imtahan sualları bir daha nəzərdən keçirilərsə, o zaman abituriyentlərin repititora və ya hər hansı əlavə sual bankına ehtiyacı qalmayacaq, bu da tamamilə onların lehinə qəbul olunan qərar olacaq. Hesab edirəm ki, nazirin də qeyd etdiyi narahatlıq bu zəmindədir. Yəni imtahan suallarının bir qismi kitabları tam əks etdirmir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar