Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bizim tullantı

Rövşən Ağayev
iqtisadçı

Bakını çıxsaq, Azərbaycanda məişət tullantılarının emalı üçün infrastruktur yoxdur: tullantılar açıq ərazilərə atılır, ciddi ekoloji və sağlamlıq problemi yaradır. Kəndlər bu baxımdan əsl fəlakət yaşayır. İki il əvvəl ekspert qrupumuz 10 kəndin timsalında bu problemi monitorinq eləyib. Gördüklərimiz gerçək ekoloji fəlakət idi.

Türkiyə mediasında bir xəbərə rast gəlmişəm: İzmir böyük şəhər bələdiyyəsi 350 milyon lirə (40 milyon dollardan da az) investisiya ilə məişət tullantılarının emalı zavodu qurub. Müəssisə 4 rayona xidmət edəcək, emal nəticəsində əldə olunan elektrik enerjisi 116 min ev təsərrüfatının, təxminən 500 min nəfərin tələbatını ödəyəcək, həmçinin ildə 100 ton gübrə istehsal olunacaq.

Deməli, orta hesabla hər 100 min nəfərin məişət tullantılarının emalını 10 milyon dollar sərmayə ilə həll etmək mümkündür. Üstəlik, qurulan zavod bölgənin elektrik enerjisi və gübrə ehtiyacını qarşılamaqla rentabelli xidmət sahəsinə çevrilə bilər.

Təəssüf ki, bölgələrdə məişət tullantılarının emalı hökumətin strateji hədəfləri sırasında yer almır. Əhalinin 50 faizinin yaşadığı kəndlərimiz zibilliklər içərisində boğulur.

Son illər dünyada kanalizasiya tullantılarının su hövzələrinə axıdılmasının da qarşısı sürətlə alınır. Buna kanalizasiya tullantılarının bioloji emalı ilə nail olurlar. Yeni emal texnologiyalarının əsas üstünlüyü odur ki, çıxış sularının ən azı 15 faizi yüksək səviyyədə təmizlənir, sənaye üçün və yaşıllıqların suvarılması məqsədilə istifadə edilir. Yerdə qalan tullantılar müəssisənin xüsusi bölmələrində qurudulur və çürüdülür, sonrakı mərhələdə son məhsullara (elektrik enerjisi, gübrə) çevrilir.

Bəzi ölkələrin təcrübəsində tullantılardan alınan elektrik enerjisi müəssisənin enerji tələbatının 30-35 faizini qarşılaya bilir. Məsələn, gündəlik 435 min kubmetr tullantı suyu alan təsisat 4 ton azot, 0,4 ton fosfor, 18 ton orqanik maddə əldə edir.

Başqa bir şəhərin nümunəsi: 2,5 milyon nəfər əhalinin gündəlik istehlakı nəticəsində 200 min ton çirkabın dənizə axıdılmasının qarşısı alınır.

Bizdə sistemin necə qurulduğu maraqlıdır. Məsələn, əyalət şəhərlərində kanalizasiya sistemləri qurulur. Həmin ərazilərdə tullantılar hara axıdılır? Bəlkə bizdə də belə bioloji emal texnologiyaları var, diqqətimdən yayınıb?

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar