Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Virtiual xaos və beynəlxalq nizamlama - Sosial media və beynəlxalq hüquq bir nöqtədə uzlaşa biləcəkmi?...

Beynəlxalq hüquq qaydaları sosial şəbəklərin yaratdığı çox sağlı problemlərin həlli ilə bağlı necə işləyir?...

Deniz Unay
“The Independent” qəzeti

Sosial media gündəlik həyatımıza girəndən bəri istifadə sahəsi və istifadəçi sayı artıb və indi də artmağa davam edir. İnsanların gündəlik fəaliyyətlərindən, dövlətlərin diplomatik postlarına qədər demək olar ki, hər mövzuda təkcə fərdlər üçün deyil, həm də dövlətlər üçün əvəzolunmaz bir vasitəyə çevrilib. Bu qədər istifadəçisi və istifadə sahəsi olan sosial medianın paylaşımlarla bağlı məhdudiyyəti varmı?

Yalnız fərdlərin deyil, həm də dövlətlərin siyasi proseslərini yönləndirmə gücünə sahib olmağın təsiri nədir və bu effektin istifadəsində hansı sərhədlər var?

Görünən odur ki, sosiallaşmaq məqsədilə paylaşım edən insanlar, dövlətlər və QHT-lərlə yanaşı, qeyri-qanuni təşkilatlar da bu mühitdən istifadə etmək istəyənlər sırasındadır və onlara da fikirlərini paylaşmaq üçün bir sahə var.

Bu qədər böyük bir gücün idarə edilməsi problemindən başqa, qanunsuz kimi görünən bu paylaşımların məhdudlaşdırılması problemi ilə əlaqədar olaraq hər cür mübarizə, qaydalar və araşdırmalar və meyarlar hazırlamağa başlanılıb.

Bəs yazılan postlara görə bir fərdi məhdudlaşdırmaq məsələsində dövlətlərin görə biləcəyi tədbirlər varmı?

Bəs beynəlxalq hüquq qaydaları bu baxımdan necə işləyir? Buna nəzər salmağa dəyər.

Sosial mediadakı paylaşımlar Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndində ifadə, fikir azadlığı, məlumat və fikir almaq və yaymaq azadlığı olaraq qeyd edilir. Hər kəsin ifadə azadlığı hüququ var. Bu hüquqa fikir sərbəstliyi və dövlət orqanlarının müdaxiləsi olmadan və sərhədlərindən asılı olmayaraq, məlumat almaq və yaymaq azadlığı da daxildir.

Bununla birlikdə, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin ikinci abzasında aşağıdakılar əlavə edilib:

“Vəzifə və məsuliyyətləri də özündə cəmləşdirən bu azadlıqların həyata keçirilməsi qanunla müəyyən edilə bilər və demokratik cəmiyyətdə milli təhlükəsizliyi, ərazi bütövlüyünü və ya ictimai təhlükəsizliyi, asayişi qorumaq və cinayətkarlığın qarşısını almaq, sağlamlığı və əxlaqı, başqalarının nüfuzunu və hüquqlarını qorumaq, məxfi məlumatların yayılmasının qarşısını almaq və ya məhkəmə hakimiyyətinin səlahiyyətlərini və qərəzsizliyini qorumaq üçün zəruri olan bəzi şərtlərə, məhdudiyyətlərə və sanksiyalara məruz qala bilər”.

Bu maddə bizə göstərir ki, fərdə verilən azadlıqlar, həm də fərd üzərinə məsuliyyətlər qoyur. Bu vəzifələr fərdi ictimai asayişi pozacaq yazıların paylaşılmasını məhdudlaşdırmaq üçün bir sahə də açır. Paraqrafdakı “vəzifə və məsuliyyətlər qoyan” ifadəsi, əslində, tamamlama məqsədi daşıyır. Çünki ikinci bənd araşdırıldıqda məhdudlaşdırma səbəbləri göstərilsə də, bəndin “düşüncə azadlığının, məsuliyyət yükləyən bu hüquqların” sözləri ilə başlaması bu hüququn istifadəsinin məhdud olmadığını vurğulayır.

Sosial həyatda cinayət hesab edilən təhdid, təhqir, şantaj, cinsi istismar kimi hər cür davranışın da sosial media platformalarında cinayət olması və bu məsələdə cəza sanksiyalarının tətbiq edilib edilməməsindən əlavə, əsas müzakirə edilən mövzu yerləşdirilən mesajlara və ictimai asayişdə problem yaradacaq təxribat xarakterli xəbərlərə qarşı bir fəaliyyət planı hazırlamaqdır.

Ediləcək düzəlişlərdə məhdudlaşdırılan şey hüququn özü deyil, məzmunudur. Avropa İnsan Hüquqları Konvensiyasının 17-ci maddəsi bu məsələni belə izah edir:

“Heç bir hökm bir dövlətə, cəmiyyətə və ya şəxsə Konvensiyada tanınan hüquq və azadlıqların məhv edilməsinə və ya bunların məhdudlaşdırılmasına yönəlmiş fəaliyyətlə məşğul olmaq hüququ vermir”.

Burada bir şəxsə verilən hüquq və azadlıqların məhdud olmadığı və məhdudiyyətlər qoymaq istəyən dövlətlərin Avropa İnsan Hüquqları Konvensiyasını fərdə verilən azadlığı məhv edəcək şəkildə şərh edə bilmədikləri qeyd olunur. Konvensiyanın iştirakçısı olan dövlətlər də daxil olmaqla, bir çox ölkə ictimai asayişi pozmağı hədəfləyən sosial media yazıları üçün hərəkətə keçıb və bəzi qanunlar qəbul edib.

Almaniyada 2017-ci ildə qəbul edilmiş bir qaydaya görə, açıq şəkildə qanunsuz və onlayn platformalarda nifrət aşılayan yazılar 24 saat ərzində silinməlidir. Facebook və Twitter kimi platformalar 24 saat ərzində silinməyən bu tip yazılara görə 50 milyon avroya qədər cərimə ödəməli olacaqlar.

Cənub-şərqi Asiya ölkəsi olan Sinqapur uydurma və yalan xəbərləri internetdə və sosial mediada paylaşmağı və yaymağı cinayət sayan bir qanun qəbul edib və bu cinayət qanununun tələbinə əsasən, 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Rusiyada “dövlət orqanlarını təhqir etmək” və “saxta xəbərlərlə mübarizə” ilə bağlı qanunlar qəbul edilib və qüvvəyə minib. Buna əsasən, saxta xəbərlər yayan veb saytlar və sosial media hesabları rəsmi xəbərdarlıq aldıqdan sonra 24 saat ərzində bu məlumatları silməlidirlər. Əks halda, saytlara və səhifələrə giriş məhdudlaşdırılacaq. Əgər yalan xəbərlər ölümə və ya ictimai narahatlığa səbəb olursa, bunu edənlərin 1,5 milyon rubla qədər cərimə edilməsi nəzərdə tutulur. Dövlət fiqurlarını təhqir etmək kimi cinayətlər üçünsə 15 günlük həbs qətimkan cəzası var.

Bundan əlavə, qanunun mətninə əsasən, internetdə və ya digər platformada məlumat yayan, xaricdən maliyyələşdirilən şəxslərin və təşkilatların “xarici agent” kimi tanınmasını təmin edən qaydaların pozulması nəticəsində cərimələr tətbiq olunacaq. Buna görə, qanunu pozanlar 10 min rubldan 100 min rubla qədər cərimələnəcək və ya 15 günlük həbs ediləcəklər. Təşkilatlar da 500 min rubldan 5 milyon rubla qədər cərimə edilə bilərlər.

Həmçinin, Rusiya Parlamentinin alt palatası olan Duma homoseksuallığı təbliğ edən media qurumlarının 1 milyon rubla (təxminən 30 min dollar) qədər cərimə ödəməsi və 90 günə qədər bağlanması barədə qanun qəbul edib.

Avstraliya Parlamenti tərəfindən qəbul edilən yeni qanuna görə də, sosial media şirkətləri illik qlobal dövriyyəsinin 10%-i qədər cərimə edilə bilər və zorakı elementlər sürətlə aradan qaldırılmasa, rəhbərlərinə üç ilə qədər həbs cəzası verilə bilər.

1998-ci ildə Cinayət və Nizamsızlıq Qanunu ilə İngiltərə nifrət cinayətləri sayılan fikirlərə qarşı 2 ilədək həbs, 100 minlərlə sterlinqə qədər cərimə və ağır ictimai iş kimi cəzalar tətbiq etməyə başlayıb. Həmçinin, İngiltərə Parlamentinin Rəqəmsal, Mədəniyyət, Media və İdman Komissiyasının “Dezinformasiya və saxta xəbərlər” adlı 18 fevral 2019-cu il tarixli hesabatına aşağıdakı ifadələr də daxil edilib:

“Sosial media ilə əlaqəli qanuni tənzimləmələrin həyata keçirilməsi və hüquqi prosesi başladan və izləyən müstəqil bir qurumun yaradılması tələb olundu. Facebook kimi şirkətlərin “rəqəmsal quldurlar'” kimi davranmasına və özlərini qanundan azad görməsinə icazə vermək olmaz”.

Hindistanda müsəlmanları kənarlaşdıran mübahisəli vətəndaşlıq qanununa qarşı etirazlara cavab olaraq səlahiyyətlilər 2019-cu ilin sonunda bir çox şəhərdə təhlükəsizliyi artırıb və bu yöndə təbliğat aparan resursların internet əlaqəsini kəsib.

Çində isə Facebook, Youtube, WhatsApp, Instagram və Twitter kimi ABŞ mənşəli sosial media vasitələrinə giriş qadağaları qoyulur və WeChat kimi icazə verilən tətbiqlərə daxil olarkən istifadəçilərin şəxsi məlumatlarının məxfiliyi ilə bağlı tələb qəbul edilmir. Bu da öz növbəsində Çin dövlətinin vətəndaşlarını izləməsinə imkan verir.

Millət vəkillərinin etirazlarına baxmayaraq, Twitter, YouTube, Telegram və bənzər sosial şəbəkələr İranın Virtual Sahə üzrə Ali Şurası tərəfindən qadağan edilib. Bundan əlavə, 2019-cu ildə benzinin bahalaşmasından sonra başlayan etiraz aksiyaları zamanı da internet bağlanmışdı.

Kataloniyanın rəsmi televiziya kanalı 2019-cu ilin noyabrında İspaniyada keçirilən erkən seçkilərdən əvvəl TV3 və onun radiosunun istifadə etdiyi “siyasi məhbuslar” və “sürgündəki prezident” ifadələrindən seçki kampaniyası dövründə istifadə edilməməsinə qərar vermişdi.

AB Komissiyası may ayında keçiriləcək AP seçkilərindən əvvəl 2019-cu ilin aprelində sosial media platformaları tərəfindən saxta xəbərlərə qarşı aparılan mübarizəyə dair aylıq qiymətləndirmə hesabatında sosial platformaların, xüsusilə siyasi reklamları işarələməyə başlamasına müsbət yanaşıb və saxta xəbərlərə, saxta profillərə qarşı daha çox mübarizə aparmağın zərurətini vurğulayıb.

 

Türkiyədə, 1 oktyabr 2020-ci ildə qüvvəyə minən “İnternetdə yayımların tənzimlənməsi və bu yayımlar vasitəsilə törədilən cinayətlərə qarşı mübarizə” qanununda edilən dəyişikliyə əsasən:

- Birinci mərhələdə Türkiyədə nümayəndəsi olmayan sosial şəbəkə təminatçısına 10 milyon lirə inzibati cərimə tətbiq olunacaq;

- 30 günlük gözləmə müddəti ərzində bir nümayəndə təyin olunmasa, 30 milyon lirə cərimə tətbiq ediləcək;

- Növbəti mərhələdə sosial şəbəkə təminatçısının Türkiyədəki vergi ödəyicilərindən həqiqi və hüquqi şəxslərdən reklam alması üç ay müddətinə qadağan ediləcək;

- Mövcud müqavilələr davam edəcək, ancaq provayder yeni bir reklam müqaviləsi əldə edə bilməyəcək;

- Təchizatçı hələ də bir nümayəndə təyin etməsə, İnformasiya Texnologiyaları Təşkilatı (BTK) Mülki Cinayət Məhkəməsinə müraciət edəcək. Məhkəmə ilk mərhələdə 50% daralma cəzası tətbiq edə biləcək;

- Hakimin qərarından sonra 30 günlük müddət ərzində tələb yerinə yetirilmədiyi təqdirdə, 90% daralma cəzası tətbiq oluna bilər.

Bu tənzimləmədən sonra sosial media platformaları Türkiyəyə nümayəndələr təyin etdilər.

Edilən tənzimləmədə şəxsi hüquqların qorunması üçün məhkəmə və inzibati orqanlar tərəfindən göndərilən bildirişlərə 48 saat ərzində cavab vermək məcburidir. Ancaq sosial mediada qarşılıqlı təsir sürətinə baxdıqda bu ünsiyyət forması çox uzun müddət kimi görünür. Məsələn, bir insana və ya quruma qarşı linç kampaniyası bir neçə saat ərzində ümumi nifrətə səbəb ola bilər. Belə hallarda daha sürətli bir reaksiya almaq üçün rəsmi qurumlar və sosial media platformaları arasında daha sürətli bir ünsiyyətə ehtiyac olduğu da nəzərə alınmalıdır.

ABŞ-da 230 saylı tənzimləmə qüvvədədir. Bu tənzimləmə daxilində platformalar istifadəçilər tərəfindən sosial media platformasında yaradılan bütün məzmundan və paylaşımlardan məsuliyyət daşımırlar. Bütün qanuni məsuliyyət istifadəçinin üzərində olur. Lakin sosial media platformaları xoş niyyətlə bu postları silir və istifadəçiləri bloklayır.

Sonuncu dəfə Trampın hesabının bloklanması ciddi müzakirələrə səbəb olmuşdu. Qanunun ləğvi müzakirə edilir, lakin hələ də qüvvədədir.

Fransada isə 2020-ci ilin mayında internetdə nifrət nitqinin qarşını almağa yönəldilmiş bir qanuni tənzimləmə qəbul edilib. Bu tənzimləmə çərçivəsində isə 24 saat ərzində irqi, dini, cinsi oriyentasiya və cinsi əsaslı hər hansı bir nifrət nitqi ehtiva edən paylaşımların silinməsi nəzərdə tutulub.

Terror və uşaq istismarı ilə bağlı paylaşımların 1 saat ərzində silinməsi tələb edilir. Bu kontentləri silməyən platformalar üçün 1,25 milyon avroya qədər cəzalar tətbiq olunur.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar