Çərşənbə, 04 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Sarkisyan: "Prezident idarəçiliyini geri qaytarmalıyıq"

"Ermənistan yenidən prezident respublikası və hamı üçün daha proqnozlaşdırılan ölkə olmaq üçün konstitusiyasını dəyişdirməlidir".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan Qətər İqtisadi Forumu zamanı videobağlantı ilə danışarkən bildirib.

“Əminəm ki, böyük potensialımız var, ilk növbədə də İT texnologiyaları sahəsində. Lakin bundan əvvəl konstitusiyamızı dəyişdirməli, prezident idarəçiliyini geri qaytarmalıyıq. Çünki mövcud konstitusiya ilə Ermənistan nə prezident, nə də parlament respublikasıdır. Belə alınıb ki, insanların əlində böyük hakimiyyət gücü var, ancaq məsuliyyət yoxdur”, - o deyib.

Xatırladaq ki, 2015-ci ildə konstitusiyaya düzəlişlərin qəbulundan sonra Ermənistan prezident idarəetmə üsulundan parlamentli idarəetmə formasına keçib.

Qeyd edək ki, dünən Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. 21 partiya və 4 blokun iştirak etdiyi seçkidə Nikol Paşinyanın Vətəndaş Razılaşması Partiyası bütün seçki məntəqələrindən alınan səslərin hesablanması yekununda 53,92% səslə qalib gəlib. Keçmiş prezident Robert Köçəryanın rəhbəri olduğu “Ermənistan” bloku isə cəmi 21,04% səs toplaya bilib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

General Hikmət Həsənov vəzifəsindən azad edildi

İranın Ermənistandakı səfirindən “qardaşcasına addım” - Azərbaycanla sərhəddə gəlib...

“Məcburiyyət halına gətirilən vaksinləşmə insanlara qarşı terrordur” - Hüquqşünasdan ilginc açıqlama...

Sülhməramlıların mandat problemi... - Azərbaycanla Rusiya arasında gərginlik artır?

"Səni bu cəmiyyətdə "50 manatlıq" kimi tanıyırlar" 

Köçəryanın gəlini Qarabağa istirahətə gəlib - Foto

Havaya sovrulan milyonlar: Sadıq Sadıqov istefa verəcəkmi?

Vilayət Eyvazov iki polis rəisini vəzifədən uzaqlaşdırdı

Ən çox oxunanalar