Çərşənbə, 04 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiyanın reallaşmayan Ermənistan planı... - Bir daha Paşinyanı seçdiyinə görə Kreml erməni xalqını cəzalandıra bilərmi?

Bundan sonra Rusiya-Ermənistan münasibətlər müttəfiqlik çərçivəsində davam edəcək?..

Politoloq: “Əgər Ermənistanda Köçəryan hakimiyyətə gəlsəydi, Rusiyanın bütün arzuları həyata küçə bilərdi. Amma indi Qərbyönümlü siyasətə daha çox meyil göstərən Paşinyanın dövrü Rusiya tərəfindən ciddi nəzarət altına alınacaq”.

“Xalq Paşinyana kommunikasiya xətlərinin açılması, Ermənistanın blokadadan çıxarması, erməni vətəndaşlarının dünyanın bütün ölkələrinə getmələri üçün şəraitin yaradılması, azad ticarət imkanlarından istifadə etməsi, ölkənin iqtisadiyyatında canlanmanın əmələ gəlməsi üçün şərait yaratdı. Bütün bunlar da olacaq”.

Bu sözləri politoloq Qabil Hüseynli seçkilərdən sonra Ermənistan-Rusiya münasibətlərinin məcrasını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş razılaşması” partiyası ölkədəki bütün 2008 seçki məntəqələrinin səslərinin sayılmasından sonra 53,92 % səslə erkən seçkilərdə qalib gəlib.

Paşinyanın qalib gəldiyi açıqlanandan sonra isə Rusiyanın açıq şəkildə dəstəklədiyi Robert Köçəryanın “Ermənistan” bloku Paşinyanın qələbəsini tanımadıqlarını elan ediblər. Aydındır ki, Paşinyanın bu qələbəsini həm Rusiya, həm də Robert Köçəryan asan həzm edə bilməyəcəklər. Çünki onlar açıq-aşkar bölgə ilə bağlı planlarını bildirib, öz planlarını həyata keçirməyə hazırlaşırdılar.

Bəs Ermənistanda Paşinyanın qələbəsinin regiona hansı təsirləri ola bilər və Rusiya ikinci dəfə Sorosçu düşərgəyə mandat verən erməni xalqını cəzalandıra bilərmi? Ümumiyyətlə yaxın illərdə Rusiya-Ermənistan münasibətləri necə inkişaf edə bilər? Bu münasibətlər müttəfiqlik çərçivəsində davam edəcəkmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Cənubi Qafqaz xalqları - Gürcüstan, Ermənistan Türkiyə və Azərbaycanla normal əməkdaşlıq yoluna qədəm qoyacaqlar”.

Rusiyanın Ermənistanda gündə bir baza yaratmaq, kimi haraya istəyirəmsə təyin etmək siyasətinin başa çatdığını düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, artıq Ermənistanın əlaqələri Qərblə də normal inkişaf edəcək:

“Mənim zənnimcə baş verənlərdə qeyri-adi, bütövlükdə erməni xalqının maraqlarına uyğun gəlməyən nələrsə, axtarmağa ehtiyac yoxdur. Bu erməni xalqının iradəsidir. Xalq iradəsini ortaya qoydu və Paşinyanı qalib etdi. Erməni xalqı hər şeyi demaqoqlardan, “Qarabağ klanı”nın faşistləşmiş üzvlərindən daha yaxşı başa düşür. Onlar yaxşı başa düşürlər ki, Ermənistana qanlı müharibələr deyil, dinclik, əmin-amanlıq, yaxın qonşuluq münasibətləri lazımdır və ermənilərin gələcəyi də bundan keçir.

Buna görə də onlar Paşinyana imkan yaratdılar ki, o, Azərbaycanla, Türkiyə ilə münasibətləri bərpa etsin. Xalq Paşinyana kommunikasiya xətlərinin açılması, Ermənistanın blokadadan çıxarması, erməni vətəndaşlarının dünyanın bütün ölkələrinə getmələri üçün şəraitin yaradılması, azad ticarət imkanlarından istifadə etməsi, ölkənin iqtisadiyyatında canlanmanın əmələ gəlməsi üçün şərait yaratdı. Bütün bunlar da olacaq.

Hesab edirəm ki, Ermənistanda baş verənlər tamamilə qanunauyğun prosesdir. Çünki erməni xalqının iradəsi ortadadır. Xalqın ortaya qoyduğu iradə isə budur ki, bu vaxta qədər qaniçənlik edən Robert Köçəryandansa, ondan geriyə qalmayaraq Ermənistanda müxtəlif hadisələrin iştirakçısı olan Serj Sərkisyandansa, bir az populist, bir az sadəlövh, amma dürüst, rüşvətə meyilli olmayan Paşinyan daha yaxşıdır.

Qabil Hüseynli: “Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq niyyəti ona gətirib çıxaracaq ki, Cənubi Qafqazda Rusiyanın təsiri azalacaq”.

Əgər Ermənistanda Köçəryan hakimiyyətə gəlsəydi Rusiyanın bütün arzuları həyata keçə bilərdi. Amma indi Qərbyönümlü siyasətə daha çox meyil göstərən Paşinyanın dövrü Rusiya tərəfindən ciddi nəzarət altına alınacaq. Rusiyanın Ermənistanda gündə bir baza yaratmaq, kimi haraya istəyirəmsə təyin etmək siyasəti artıq başa çatdı. Artıq Ermənistanın əlaqələri Qərblə də normal inkişaf edəcək.

Düşünürəm ki, Rusiyanın Cənubi Qafqazdakı ağalığı Ermənistan tərəfindən ciddi müdafiə edilməyəcək. Bu günə qədər Azərbaycan xalqının başına gələn bütün bəlaların baiskarı Rusiya, Rusiya ordusu, Ermənistanda yerləşən Rusiya hərbi bazaları olub. İndi isə bu bazarların statusu məhdudlaşacaq. Hətta bəlkə Rusiya bazaları Ermənistandan qovulacaq.

Ümumilikdə Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq niyyəti ona gətirib çıxaracaq ki, Cənubi Qafqazda Rusiyanın təsiri azalacaq. Cənubi Qafqaz xalqları - Gürcüstan, Ermənistan Türkiyə və Azərbaycanla normal əməkdaşlıq yoluna qədəm qoyacaqlar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

General Hikmət Həsənov vəzifəsindən azad edildi

İranın Ermənistandakı səfirindən “qardaşcasına addım” - Azərbaycanla sərhəddə gəlib...

“Məcburiyyət halına gətirilən vaksinləşmə insanlara qarşı terrordur” - Hüquqşünasdan ilginc açıqlama...

Sülhməramlıların mandat problemi... - Azərbaycanla Rusiya arasında gərginlik artır?

"Səni bu cəmiyyətdə "50 manatlıq" kimi tanıyırlar" 

Köçəryanın gəlini Qarabağa istirahətə gəlib - Foto

Havaya sovrulan milyonlar: Sadıq Sadıqov istefa verəcəkmi?

Vilayət Eyvazov iki polis rəisini vəzifədən uzaqlaşdırdı

Ən çox oxunanalar