Bazar, 01 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Türkiyə Ermənistanı dəhlizə salır

Müəllif: Kiril Krivoşeyev
Kommersant, Rusiya 19.06.2021

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə Azərbaycana səfər edib. Səfər çərçivəsində Ərdoğanın Azərbaycan parlamentində çıxışı da olub. O, təkcə Azərbaycanla Türkiyə arasnıda qardaşlıqdan danışmayıb, həm də Ermənistan hakimiyyətinə çağırış edib.

Cənab Ərdoğan Yerevanı Bakının Zəngəzur dəhlizinin açılması ilə bağlı çağırışlarını dinləməyə çağırıb. Türkiyə prezidenti deyib ki, bu, Ermənistanın qarşısında gözəl iqtisadi perspektivlər açacaq. Əksinə, yeni gərginlik yaranarsa, Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsinə əsasən, Yerevan Bakı ilə Ankaranın birgə cavabı ilə qarşılaşa bilər.

“Dünən yol boyunca buraların halını gördük. Oraları nə hala salıblar. Buraları birlikdə inşa edəcəyik və yeni bir Qarabağ meydana gətirəcəyik”, - deyə Rəcəb Tayyib Ərdoğan Azərbaycan parlamentindəki çıxışında bildirib.

Ümumiyyətlə, bu çıxışda Ermənistana müraciətlər də az olmayıb. “Qarabağ zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydalarının dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək”, - deyə Ərdoğan qeyd edib. Misal kimi, Naxçıvan Muxtar Respublikasını Ermənistanın Sünik vilayətindən keçməklə Azərbaycanın qalan hissəsinə birləşdirəcək Zəngəzur dəhlizini göstərib. Cənab Ərdoğanın sözlərinə görə, “Zəngəzur dəhlizindən keçəcək dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxa biləcəklər və beləliklə, onlar özləri  özlərini saldıqları blokadadan xilas olacaqlar”.

“Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar isə saymaqla bitməz”, - deyə R.T.Ərdoğan bildirib.

Lakin Ankaranın şərtləri dəyişməyib – bu məsələdə irəliləyiş yalnız Ermənistanla Azərbaycan arasında probemlər aradan qalxdıqca mümkün olacaq.

Bilərəkdən və ya bilməyərəkdən, cəmi yarım saat sonra Türkiyə prezidentinin çağırışına Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan cavab verib. “Ümumiyyətlə biz bölgədə kommunikasiyaların açılmasına tərəfdarıq”, - deyə Paşinyan Azərbaycanla sərhəddə yerləşən Sünik vilayətinin Qafan şəhərində keçirdiyi seçki mitinqində bəyan edib. Bununla yanaşı, o, qeyd edib ki, Qarabağ nizamlanması ilə bağlı həlledici sənəd olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmada “nə Zəngəzur, nə də dəhliz ifadələri yer alıb”. Bununla, Paşinyan Bakıdan Naxçıvana yolun açılması ilə Ermənistanın bu bölgəyə nəzarəti de-fakto itirəcəyindən narahat olan seçicilərini sakitləşdirməyə çalışıb.

Bu arada, Azərbaycan parlamentinin deputatları Rəcəb Tayyib Ərdoğanın çıxışından razı qalıblar. Onlardan biri olan Rasim Musabəyov “Kommersant”a açıqlamasında deyib: “Çıxış həmişəki kimi emosional və səmimi idi. Onun çıxışı 20 dəfə alqışlarla kəsildi. Ərdoğan bizim birliyimizin tarixi, dini, etnik köklərinndən danışdı, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbənin tarixi əhəmiyyətini vurğuladı”.

Deputat qeyd edib ki, əslində, Ankaradan gəlmiş ali qonaq parlamentdə “yeni bir şey deməyib”. Əsas hadisə Şuşada baş tutub. Azərbaycanla Türkiyə arasında sıx hərbi-siyasi müttəfiqliyi müəyyən edən bəyannamə məhz orada imzalanıb.

Şuşa Bəyannaməsinin tam mətni geniş ictimaiyyət üçün Azərbaycan və Türkuiyə KİV-də çərşənbə günü açıqlanıb. Sənədə görə, Azərbaycana və ya Türkiyəyə qarşı “üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə”, tərəflər bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə birgə məsləhətləşmələr aparacaq. “Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq”.

Digər müddəa isə daha konkretdir: “Tərəflərin Təhlükəsizlik şuraları milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslar keçirəcək”.

Rusiyanın adı bu sənəddə bir dəfə çəkilir, o da Ağdam rayonunda Türkiyə ilə birgə Monitorinq Mərkəzinin fəaliyyəti kontekstində: “Tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayırlar”. Müəlliflər Rusiyanın töhfəsini vurğulamağı lazım bilməyiblər…

Elə həmin gün Azərbaycanın ən nüfuzlu məmurlarından biri, ölkə prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Türkiyənin də daxil olduğu Şimali Atlantika Alyansına təşəkkürünü bildirib. “Azərbaycan NATO-nun beynəlxalq sülh və təhlükəsizliyin təminatı və dəstəklənməsindəki fəal rolunu alqışlayır. Azərbaycan mövcud sazişlər çərçivəsində tərəfdaşlığın təməl prinsiplərinə sadiqdir”, - deyə Hacıyev “Azərbaycanın Avroatlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi” adlı konfransdakı çıxışında bildirib.

Hərçənd, deputat Rasim Musabəyov əmin edir ki, Türkiyə NATO-ya daxil olsa da, bu ölkə ilə Azərbaycan arasında müttəfiqliyə bütövlükdə alyansla əməkdaşlıq kimi baxmaq doğru deyil: “Türkiyə NATO-nun yetərincə müstəqil üzvüdür. Onun belə rolunu görünür Brüssel də qəbul edir. Türkiyə müstəqil şəkildə Əfqanıstanda missiyasını davam etdirməyə hazırdır, müstəqil şəkildə Suriya və Liviyada fəaliyyət göstərir, Qətərdə öz bazasını qurub. Üstəlik ABŞ-ın böyük narazılığına rəğmən, Rusiyadan “S-400” kompleksləri alıb, Akkuyuda Atom Elektrik Stansiyası inşa edir. Odur ki, Azərbaycanla Türkiyənin müttəfiqliyi NATO ilə müttəfiqlik demək deyil”.

Hərçənd, cənab Musabəyovun sözlərinə görə, Şuşa Bəyannaməsində “sətiraltı olaraq” Rusiyanın qarşısının alınması funksiyası da sezilir. Yəni “artıq Rusiya ilə Ermənistanın hərbi müttəfiqliyi Azərbaycanla Türkiyənin oxşar ittifaqı ilə balanslaşdırılacaq”.

Rusiyalı ekspert, Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev isə “Kommersant”a bunları deyib: “Azərbaycan həmişə Kremlin nəzərində müəyyən imtiyazlı yer tutub. Görünür Moskvada bu ittifaqı ehtimal olunan risklər baxımından mümkün sayırlar və bu yanaşma Rusiyanın xarici siyasət modelinə tam uyğun gəlir. Söhbət postsovet məkanında inhisarçı nəzarətin qorunub saxlanılmasına əlavə güc yönəltməkdən imtinadan gedir”.

Ekspertin sözlərinə görə, “Moskva hazırda onun üçün vacib olan bölgələrə nəzarəti gücləndirmək məqsədilə periferiya məsələlərində güzəştə getməyə hazırdır”.

(Rus dilindən tərcümə - WorldMedia.Az)
     
Mənbə: Kommersant

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Polisi döyən deputatla bağlı ilginc faktlar üzə çıxdı: Onu Ramiz Mehdiyevlə hansı bağlar bağlayır?

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu

Avtoqəzaları araşdıran rəisin barəsində ilginc iddialar

Bakıda məşhur balıq restoranının yaxınlığında güclü yanğın baş verib - Video

80 yaş və 80 qəpiklik təfəkkür... – Və sabiq deputatın “AA” seriyalı “Range Rover”-də gəzmək “haqqı”

Azərbaycanda benzin bahalaşdı - Rəsmi, Yenilənib

“Bu tərbiyəsiz Volodya hələ də anlamır ki...” - Fazil Mustafa

Vəhşi qətliam: bir ailədən 7 nəfəri niyə öldürdülər...

Dərslər nə vaxt başlayacaq? - Təhsil Nazirliyindən açıqlama

Ən çox oxunanalar