Bazar ertəsi, 02 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

XİN rəhbərindən sərhəd məsələsi üçün təklif

“İki ölkə arasında indiyə qədər sərhəd xətti mövcud olmayıb. Bunun səbəbi işğaldır. Torpaqlarımız 30 il işğal altında olduğu üçün Azərbaycan sərhədlərinə nəzarət edə bilmirdi”.

Bu sözləri Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov deyib.

XİN başçısı bildirib ki, ötən il baş tutmuş 44 günlük müharibə ilə ölkə olaraq ərazi bütövlüyümüzü təmin etdik və Ermənistanla aramızda 398,7 kilometrlik sərhəd boyu nəzarət yaratdıq:

“Tərəflər arasında sərhəd xətti mövzusunda fikir ayrılıqları, fərqli yanaşmalar var. Çünki Sovet İttifaqı dövründə yalnız inzibati sərhədlər mövcud idi. Tərəflərdə xəritələr var və bu xəritələr bəzi ərazilərdə fərqlilik göstərir. Bizim mövqeyimiz belədir: tərəflər arasında işçi qruplar yaradılmalı, mütəxəssislər xəritələri araşdıraraq sərhəd xəttini müəyyən etməlidir. Azərbaycan məsuliyyətli davranır və sərhəddə daha böyük gərginlik olmaması üçün əlindən gələni edir”.

C.Bayramov həmçinin rəsmi Bakının Qarabağda atəşkəsin monitorinqi çərçivəsində yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rəşad Mahmudov Eldəniz Səlimov barədə: "...sizi tanıdığıma çox şadam"

Deputatdan Milli Məclisin buraxılacağı barədə açıqlama

Avqust ayında bu bürclər üçün "göydən pul yağacaq"

"Onun yalı kəsilmiş tula kimi, “İlxam Qeydaroviç” qışqıra-qışqıra qaçdığının canlı şahidiyəm"

Yüksək təzyiq və qan dövranı üçün 1 manatlıq müalicə 

Jirinovski bu dəfə İlham Əliyevi müdrik rəhbər adlandırdı

Rusiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Türkiyədə meşələri PKK ilə əlaqəli marksist kürd terrorçuları yandırıb

Jirinovskidən əcaib sözlər - Niyə mənimlə Putinin adı eyni olmalıdır? 

Kremlin təlxəyi Jirinovskinin son açıqlaması - Moskva Azərbaycana hansı mesajı yollayır?..

Ən çox oxunanalar