Şənbə, 31 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N nömrəli hərbi hissədə Silahlı Qüvvələri Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə Vətən müharibəsi qaziləri, hərbi hissə komandanlığı, səyyar təşviqat qrupunun üzvləri və şəxsi heyət iştirak edib.

Görüşdə iştirak edən qazilər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı tarixi qələbə, döyüşlərdə göstərilən qəhrəmanlıq və şəxsi igidlik nümunələri barədən gənc əsgərlərlə geniş söhbət aparıb, ordumuzun əldə etdiyi tarixi zəfərin əhəmiyyətini xüsusi qeyd ediblər.

Tədbir zamanı istedadlı əsgərlər arasında musiqi yarışı keçirilib, qaliblərə mükafatlar və döş nişanları təqdim olunub.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdim etdiyi vətənpərvərlik mövzusunda musiqi nömrələri şəxsi heyət tərəfindən rəğbətlə qarşılanıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu

Polisi döyən deputatla bağlı ilginc faktlar üzə çıxdı: Onu Ramiz Mehdiyevlə hansı bağlar bağlayır?

Elçibəyin oğlunun toyundan görüntülər - Video

Azərbaycanda benzin bahalaşdı - Rəsmi, Yenilənib

Bakıda məşhur balıq restoranının yaxınlığında güclü yanğın baş verib - Video

Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi

Ən çox oxunanalar