Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mövlud Çavuşoğlu: “Ermənistan qonşularla yaxşı davranmağı düşünməlidir”

“Bu gün Ermənistanda reallaşmaqda olan seçkilər təbii ki, Ermənistan xalqının öz seçim haqqıdır. Amma ümid edirəm ki, seçkidən sonrakı rəhbərlik daha öncəki xətalardan dərs alaraq regionda sülhün tək yolunun qonşularla yaxşı davranmaq olduğunu anlayacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin sualların cavablandırarkən bildirib.

Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
İstanbulun Taksim meydanında məscid kompleksinin açılışı olub
İtaliyada dağ kanatının qırılması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə iyunun 18-20-də Antalya şəhərində “Antalya Diplomatiya Forumu” keçirilib. Nazir bağlanış mərasimində jurnalistlərin suallarını cavablandırıb.

M.Çavuşoğlu deyib ki, Azərbaycanın 44 günlük müharibə ilə öz torpaqlarını işğaldan azad etdikdən sonra, regionda rifah yaratmaq üçün addım atmaq qərarlılığı var: “Bunu hər zaman həm cənab İlham Əliyev, həm də cənab Rəcəb Tayyib Ərdoğan vurğulayır, bütün dünya da buna da şahiddir”.

Nazir deyib ki, bir çox layihələrin həyata keçirilməsi imkanı var ki, bundan da ən çox qazanc əldə edən ölkə Ermənistan olacaq: “Ermənistan keçmişdəki xətalı siyasəti üzündən Cənubi Qafqaz ölkələri ilə müqayisədə geridə qalıb, bu da öz qəbahətidir. Ermənistan kin-küdurəti bir kənara buraxıb artıq qonşularla yaxşı davranmasını düşünməlidir”.

Nazir deyib ki, bu halda mərhələli şəkildə Ermənistanla münasibətlər normallaşa bilər: “Bu mövzularda Azərbaycanla bərabər qərar verə bilərik. Ermənistanla sərhədlərin açılması məsələsi var. Bir çox quru yol və dəmiryolla bağlı layihələr mövcuddur. Məqsəd nədir, sərhədləri açmaq. Bununla da ticarət, yatırımlar artar, buna da imkanlar var. Türkiyə-Azərbaycan əlaqələri əlbəttə bu sülh mühitinə daha çox dəstək verər. Bizim əlaqələrimiz zatən bir millət iki dövlət prinsipi əsasında qurulub”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar