Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan vasitəçilik missiyasında daha avantajlıdır

Amma aydındır ki, Gürcüstan rəsmi Bakı və İrəvan arasında Qərbin sözçüsü kimi çıxış edir.

Ötən gün Antalya Diplomatiya Forumuna qatılan Gürcüstanın Xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlama verib. O, mətbuat konfransında çıxışı zamanı deyib ki, AzərbaycanErmənistan arasında vəziyyətin deskalasiyası üçün Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə mühüm addımlar atılıb.

Onun sözlərinə görə, bu planda Gürcüstanın rolunu və əhəmiyyətini artırmaq üçün imkanlar var. XİN başçısı forumda çıxışında Cənubi Qafqazdakı son vəziyyət, Gürcüstanın apardığı sülh siyasəti və təhlükəsizlik məsələlərinə diqqət çəkəcəyini qeyd edib. Bəs görəsən, Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçilik rolunu artıra biləcəkmi?

Sualımızı cavablandıran VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, atəşkəs vaxtı və 44 günlük savaş dönəmində geopolitik mövqeyinə, yəni münaqişə tərəflərinin hər ikisinə yaxın dövlət kimi Gürcüstan xeyli passiv olub. O qeyd edib ki, yalnız son prosesdə- girovların minalanmış ərazilərin xəritəsi müqabilində dəyişdirilməsində rəsmi Tiflis önə çıxdı:

"Prosesin uğurla başa çatması və hər iki tərəfin razı qalmağı Gürcüstanın vasitəçilik missiyasına avantaj gətirir. Amma bu prosesə Gürcüstanın, Qərbin,  ABŞ-ın regiondakı etibarlı tərəfdaşı kimi çıxış etməsi olaraq baxmaq lazımdır. Yəni Gürcüstan rəsmi Bakı və İrəvan arasında Qərbin sözçüsü kimi çıxış edir". 

S.Əsədli vurğulayıb ki, düzdür, hazırda aktiv hərbi əməliyyatlar və silahlı insidentlər yoxdur:

"Amma bu o demək deyil ki, vasitəçiliyə ehtiyac yoxdur. Qarabağda qalan ermənilərin gələcək taleyi, minalanmış ərazilərin xəritəsi, Zəngəzur dəhlizi və bir çox digər məsələlərdə hələ vasitəçisiz bir masa arxasında oturmağa hazır olmayan AzərbaycanErmənistan üçün üçüncü obyektiv tərəf vacibdir. Bütün bu sadalananlar Gürcüstanın vasitəçilik missiyasının davamlı olacağını düşünməyə əsas verir".

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar