Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Cənubi Qafqazdan çəkilmək fikrində deyil”

Dünya Siyasət İnstitutunun direktoru: “Moskva ilə Vaşinqton arasında əsəb müharibəsi başlayacaq və güman ki, ilk səhvi Putin buraxacaq”

ABŞRusiya prezidentləri Co Bayden ilə Vladimir Putinin görüşü dünyada əsas siyasi müzakirə mövzusu olaraq qalır. Görüşdə nələr yaşandı, gözləntilər nələrdən ibarət idi və reallıq hansı səmti göstərir. AYNA-nın suallarını ukraynalı politoloq, Dünya Siyasət İnstitutunun direktoru Yevgen Maqda cavablandırıb.

- Co Baydenin əvvəllər nə qədər sərt mövqe tutduğunu nəzərə alaraq, ABŞRusiya prezidentləri arasında Cenevrədəki görüş faktının özünü necə qiymətləndirirsiniz?

- Qeyd etmək lazımdır ki, Bayden-Putin görüşünü qiymətləndirərkən çoxları 1980-ci illərin sonunda ABŞSSRİ liderləri arasında görüş metodologiyasından istifadə edirlər. Ancaq bu, tamamilə doğru deyil, çünki bu gün bu iki ölkənin yalnız nüvə potensialı müqayisə oluna bilər, iqtisadi və hərbi güc isə tamamilə fərqlidir. ABŞ müasir dünyada liderlik edir, Rusiya çoxqütblü dünyanın qütblərindən biridir və Baydenin Putinlə görüşməsi böyük ölçüdə Rusiyanın Ukrayna sərhədi yaxınlığında hərbi əzələ nümayişindən qaynaqlanır. Bayden gözləntilərin əksinə olaraq, mətbuat konfransını Vladimir Putinin “döyülməsi”nə çevirmədi, ancaq görüş zamanı bağlı qapılar arxasında nələrin baş verdiyini bilmirik.

- Sizcə, bu görüşün nəticələri nədir və ABŞ ilə Rusiya arasındakı münasibətlərin gələcək təbiəti necə olacaq?

- Nəticələr sadədir: Bayden Putini yaxından tanıdı, Putin Baydenlə görüşmək faktından öz maraqları üçün istifadə etməyə çalışacaq. Səfirlər Sallivan və Antonovun iş yerlərinə qayıtması, habelə Rusiya Xarici İşlər Nazirliyi ilə ABŞ Dövlət Departamenti arasında məsləhətləşmələrin bərpa edilməsi hər şeyin normallaşması anlamına gəlmir. Düşünürəm ki, Moskva ilə Vaşinqton arasında bir əsəb müharibəsi başlayacaq və daha impulsiv olan Putinin ilk olaraq səhv buraxacağı ağlabatandır. ABŞRusiya bu gün strateji sabitlik məsələlərində maraqlıdır, lakin Arktikanın inkişafına, dünyanın müxtəlif bölgələrindəki qarşıdurmalara və kiberhücumlara fərqli yanaşmaları var. Və Putinin ikitərəfli münasibətlərin pisləşməsində ABŞ-ı açıq şəkildə günahlandırmaq istəyi Vaşinqton ilə Moskva arasında etibar yaratmağa kömək etmir.

- Bir çox ukraynalı ekspertlərin şərhlərini təhlil edərək, ümumilikdə həm bu görüşün özündən, həm də nəticələrindən məyus olduqlarını gördüm. Bunun səbəbi nədir?

- Fakt budur ki, Cozef Bayden Ukraynadakı vəziyyəti yaxşı bilirdi və bu məlumat Ukraynada həddən artıq gözləntilərə səbəb oldu. Düşünürəm ki, Putinlə dialoq zamanı ABŞ Prezidenti kifayət qədər açıq şəkildə Ukraynanı və onun maraqlarını qeyd edib. Lakin bu, onun NATO-ya üzv olmaq üçün Ukraynanın korrupsiyanı aşması və Alyansa üzv olmaq üçün namizədlərin digər meyarlarını yerinə yetirməsi lazım olduğunu vurğulamasına mane olmadı. Yəqin ki, Ukraynanın maraqlarının ilk növbədə Ukrayna səlahiyyətliləri tərəfindən qorunması lazım olduğu başa düşülməlidir.

- Rusiyanın bu görüşün nəticələrini kifayət qədər sərbəst şəkildə şərh edərək, Ukraynaya qarşı yeni bir hərbi təcavüz etməyə çalışması riski varmı və bu, baş verərsə, ABŞ-ın mövqeyi necə olacaq?

- Bu yazdakı hərbi manevrlər artıq Putinə Baydenlə görüşü sürətləndirməyə imkan verdi. ORDLO-dakı (Donetsk və Luqanskın işğal edilmiş bölgələri) hərbi təhdid və təxribatların Kremlin arsenalında qalacağını düşünürəm, amma eyni zamanda Rusiyanın genişmiqyaslı təcavüzündən danışmaq üçün əsaslar yoxdur. Ukrayna və ABŞ bu cür problemlərə mümkün qədər tez cavab verməyə imkan verən bir əməkdaşlıq formatı tapmağa çalışır. Ümid edirəm ki, Vladimir Zelenskinin iyul ayının sonunda Vaşinqtona səfəri zamanı əməkdaşlıq formatı konkret formalar alacaq.

- ABŞ-ın yeni rəhbərliyinin siyasətində Cənubi Qafqaz bölgəsinə hansı yer ayrılıb?

- Düşünürəm ki, Bayden rəhbərliyi Cənubi Qafqaza daha çox diqqət ayıracaq. Rusiyanın bölgədəki hərbi mövcudluğunun gücləndirilməsi ABŞ-ın da güclənməsini tələb edəcək. Buna görə də Cozef Baydenin 1915-ci il “erməni soyqırımı”nı tanıması, beləliklə Nikol Paşinyanı dəstəkləməsi və ABŞ Dövlət Departamentinin Gürcüstanla birlikdə erməni əsirlərin Ağdam rayonunun minalanmış ərazilərinin xəritəsi mübadiləsində dəyişdirilməsində vasitəçi kimi çıxış etməsi təsadüfi deyil. Düşünürəm ki, Azərbaycan-Amerika münasibətləri və Vaşinqton ilə Tiflis arasındakı təmaslar da intensivləşəcək.

- Türkiyə Prezidenti Ərdoğanın Azərbaycana səfərinin ardından yeni bir mənzərənin ortaya çıxdığı və Rusiyanı Cənubi Qafqazdan sıxışdırılması prosesinin başladığı ilə razısınızmı?

- Azərbaycan hərbi qələbənin bəhrəsini ən yaxın müttəfiqi ilə birgə diplomatik qərarlarla qüvvətləndirməyə çalışır. Bu şəkildə Rusiyanın tədricən Cənubi Qafqazdan sıxışdırılması mümkündür, lakin bu baxımdan koordinasiyalı və asimmetrik həllərə ehtiyac var. Kreml Cənubi Qafqaz respublikalarına təsirindən əl çəkmək fikrində deyil.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar