Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell” AVRO-2020-də yüksək keyfiyyətli mobil şəbəkə təqdim edir

Ölkəmizdə keçirilən futbol üzrə Avropa çempionatının oyunlarında lider mobil operator gücləndirilmiş iş rejimində çalışır

Azercell Telekom” MMC Bakıda keçirilən AVRO-2020 oyunlarında abunəçilərini müasir və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edir. Bu il futbol üzrə Avropa çempionatı çərçivəsində 4 oyunun paytaxtımızda təşkil edildiyini diqqət mərkəzində saxlayan lider mobil operator Bakı Olimpiya stadionunda, eləcə də ətraf ərazilərdə şəbəkənin gücləndirilməsi istiqamətində müvafiq işlər həyata keçirib.

Futbol azarkeşlərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyən “Azercell” ərazidə şəbəkənin tutumunu dəfələrlə artırıb. Qeyd edək ki, stadion daxilində ümumi mobil şəbəkə infrastrukturu məhz “Azercell” tərəfindən quraşdırılıb. Məkan innovativ şəbəkə həlləri ilə təchiz edilib. Həmçinin hazırda ərazidə “Azercell”in səyyar mobil Radio Baza Stansiyası da fəaliyyət göstərir. Stadionda yüksəksürətli mobil internet xidmətləri təqdim edən “Azercell” tamaşaçılara oyunlardan təəssüratlarını dərhal paylaşmaq, sosial şəbəkələrdə canlı yayım etmək imkanı yaradıb.

AVRO-2020 çempionatına texniki hazırlıq çərçivəsində aparılan işlər qonaqların yerləşdiyi otelləri də əhatə edib. Belə ki, mehmanxanalara xidmət verən stansiyalarda şəbəkənin keyfiyyətinin yoxlanılması istiqamətində aktiv işlər aparılır. Əlavə olaraq, “Azercell” paytaxtımızın qonaqlarına yüksəkkeyfiyyətli rominq xidmətləri təqdim etmək üçün tərəfdaş operatorlarla daima əlaqədədir və mütamadi olaraq müvafiq test işləri həyata keçirir.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə ilk mobil infrastrukturu quraşdıran “Azercell Telekom” MMC-nin ölkə ərazisi üzrə əhatə dairəsi 94 %, ölkə əhalisi üzrə isə 98,7 % təşkil edir.

Təkcə son 2 il ərzində lider mobil operator LTE şəbəkəsinin əhali üzrə əhatə dairəsini 35,9 %-dən 85,5 %-ə, coğrafi dairəsini isə 22,5 %-dən 73,3 %-ə qədər genişləndirib. Hazırda bu texnologiya ilə işləyən Radio Baza Stansiyaların ümumi sayı isə 2775-ə çatdırılıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 93,6 %, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,65 % təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq “Qızıl Stevie” mükafatı alan ölkənin yeganə şirkətidir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib.

Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi BakıAbşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar