Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zirvə görüşlərindən sonrakı siyasi mənzərə: Ərdoğan Azərbaycan-Türkiyə-Ç­in üçbucağı yaradır?..

ABŞ-Rusiya görüşü yaxın günlərdə nələr olacağına işarə edib. Ərdoğanın NATO sammitindən dərhal sonra Azərbaycana getməsi də Çinin yanında olan Azərbaycan mənzərəsini dəstəkləyir...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 17 iyun 2021-ci il

ABŞ prezidenti Baydenin Kraliça ilə görüşməsi, G7 görüşünü canlandırması, daha sonra NATO zirvəsinə qatılması, prezident Ərdoğanla eyni masada olması və dünən Cenevrədə Putinlə görüşməsi qarşıdakı dövrün bütün kodlarını özündə daşıyır. Sadə insanlar ətrafda baş verən hadisələrin bir plan deyil, sadəcə təsadüf olduğuna inanırlar. Ancaq reallıq belə deyil.

1985-ci ildə Ronald Reyqan və Mixail Qorbaçov Bayden və Putin kimi tanış oldular. Onlar da Cenevrədə görüşdülər. Bu zirvə də 26 otaqlı “Villa Fleur d'Eau”da baş tutmuşdu. Hər addımın bir mesajı var idi. Bu səbəbdən də, Bayden və Putin 1768-ci ildə tikilmiş “Villa la Grange”da gələcək barədə müzakirələr aparıblar.

Görüş yeri bir çox məna daşıyır. Ancaq bizi ən çox maraqlandıran yer onun kitabxanası olmalıdır. Türk, fars, çin və macar dillərində kitablardan ibarət olan 12.000 cildin qarşısında bir zirvə baş tuturdu. Başqa sözlə, bir tərəfdə Osmanlı-türk, digər yanda isə çincə əsərlərinin şahidliyində bir görüş keçirilirdi.

Əlbətdə ki, bir çox mövzu müzakirə olundu. Bununla birlikdə, ilk maddə “İpək Yolu” və Baydenin yeni sistemi idi.

Nəzərə almaq lazımdır ki, dünən ABŞ-ın ən ciddi qəzeti “ABD, Türkiyəyə Liviya ve Aralıq dənizində iş birliyi təklif edir” başlığı ilə bir xəbər hazırlayıb. Təbii ki, mövzu “İpək Yolu” idi. Başqa sözlə, “Bir Kəmər Bir Yol” layihəsi.Tez-tez təkrarladığım kimi, “Washington Post” da bunu öz sütunlarına daşıyaraq “ABŞ üçün ən strateji dəniz Aralıq dənizidir”, deyə qeyd edib. Amerika enerjini və pulu idarə etdikcə heç kimlə iş görə bilməyəcək. Onsuz da bu, imperiya deməkdir. Çin isə indi buna can atır. Veriləndən daha çoxunu istədiyi üçün belə çətinliklər baş verir.

Çin Qərb mediasında və Türkiyədə çox da izlənilən bir ölkə deyildi. Halbuki bu adamlar boş deyildi. Təkcə 2013-cü ilə baxsaq da, ciddi addımlar görmək mümkündür.
Pekin İsrail, Yunanıstan, İtaliya, İspaniya və Portuqaliyaya bir ticarət yolu qurub. 5 ölkədə 8 limanı alıb.

“Bir Kəmər Bir Yol” layihəsi ilə İsrail, Haifa limanı, Aşdod limanı və Eilat limanı çinlilər üçün açılıb. Bu layihə dəniz yolu üçün çox vacib idi. Bu, Mərkəzi Aralıq dənizi idi. Çin Kipr adasındakı liman mövzusunda da bir razılığa gəlib.

İtaliyanın Adriatik sahilindəki liman şəhəri Triest də hədəf mərkəzlərindən biri idi. Yunanıstan, İspaniya və Portuqaliya Çinin radarına düşəndə ABŞ bir daha geridə dayana bilmədi.

Türkiyə onsuz da araya məsafə qoyan ilk ölkə idi. Səhv etmirəmsə, çinlilər 2007-ci ildə İzmirdə Alsancak limanı ilə çıxış edirdilər. Yəni “İpək Yolu” elanından 6 il əvvəl.

O dövrdə İzmir Alsancak limanı tenderində ən yüksək təklifi 1 milyard 275 milyon dollarla çinli milyarder Li Ka Şingə məxsus “Hutchison” şirkəti və “Global” verirdi. Daha sonra tender ləğv edildi. Başqa sözlə, “İpək Yolu” üçün addımlar atılırdı, amma biz bunu son dönəmlərdə görürdük.

Lakin qılınclar çoxdan çəkilmişdi. Şüurlu bir siyasətlə Çin Aralıq dənizi, Yaxın Şərq və Avropada limanlar alırdı. Bu proseslər ticarəti, pulu və gələcəyi formalaşdırdı. Təbii ki, bu, daxili siyasət üçün də zəmin yaratdı.

Məsələn, daxilə baxanda sonuncu toqquşmanın “Saadet” Partiyasında görürük.
Ərdoğanla tez-tez görüşən “Saadet” Partiyasının Ali Məşvərət Şurasının sədri Oğuzhan Asiltürk keçən gün: “Güclü bir “Saadet” Partiyası təşkilatı yaratmaq və gəncləri Milli Düşüncəyə gətirmək üçün mənim nəzarətim altında bir siyahı hazırlanacaq və qurultay sədrinə təqdim ediləcək”, deyib. “Saadet” Partiyasının lideri Temel Karamollaoğlu: “Verdiyi açıqlama ancaq Oğuzhan bəyin məsuliyyətindədir”, cavabını verib.

Gördüyümüz kimi, partiya içində görünən bir məsələ, əslində, qlobal çəkişmənin bir mənzərəsidir. Asiltürk Ərdoğan və MHP ilə yan-yana gələrək Şərqdə qurulan tarazlıqda iştirak etmək istəyir. Karamollaoğlu və komandası isə Qərbə doğru istiqamətlənib. Bu ayrılıq hər yerdə var. Daxildə təzyiq daha da yüksəlməyə davam edir.

ABŞ-Rusiya görüşü yaxın günlərdə nələr olacağına işarə edib. Ərdoğanın NATO sammitindən dərhal sonra Azərbaycana getməsi də Çinin yanında olan Azərbaycan mənzərəsini dəstəkləyir. Tsinpinin Əliyevlə görüşməsi də vəziyyəti tamamlamağı asanlaşdırdı.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar