Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN: Baş vermiş yanğınlar operativ qaydada söndürülüb - Video

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri gün ərzində ölkə ərazisində bir neçə istiqamətdə açıq sahələrdə baş vermiş yanğınların söndürülməsi əməliyyatlarına cəlb olunub.

FHN-dən PİA.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında gün ərzində respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən Bakı şəhərinin Sabunçu, Yasamal və Suraxanı rayonları, Abşeron, Lənkəran, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, İmişli, Sabirabad, Bərdə, Tovuz, Neftçala rayonlarında açıq sahələrdə baş vermiş yanğınlar Nazirliyin müvafiq qüvvələri tərəfindən operativ qaydada söndürülüb.

Nazirliyin qüvvələri tərəfindən Xaçmaz, Quba və Şabran rayonlarında açıq sahələrdə, o cümlədən quru ot, kol-kos, biçilmiş və biçilməmiş taxıl sahələri və meşəlik ərazidə baş vermiş yanğınlarla mübarizə hazırda davam etdirilir.

Şimal zonasındakı yanğınların qısa müddətdə söndürülməsi məqsədilə FHN-in ümumilikdə 270 nəfərdən ibarət şəxsi heyəti və 26 ədəd texnikası, o cümlədən 1 ədəd helikopteri cəlb olunub. İsti və küləkli hava yanğınları yayaraq söndürülməsini çətinləşdirir. Bir sıra ərazilərdə mürəkkəb relyef şəraiti də yanğınsöndürmə işlərinə mane olur. Qeyd edək ki, yanğınların baş verməsinə səbəb kimi insan faktoru əsas hesab olunur. Hazırda yanğınların başvermə səbəbləri araşdırılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar