Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbin “yeni düşməni” kim olacaq? - Çin, Rusiya, yoxsa Türkiyə?..

ABŞ və Avropa, yəni Atlantik ittifaqı, bundan sonra bütün dünyaya hakim olmaq üçün deyil, sahib olduqlarını itirməmək üçün yeni düşmənlər istehsal edəcək...

İbrahim Karagül
“Yeni Şafak” qəzeti, Türkiyə, 17 iyun 2021-ci il

Qərbin, yəni ABŞAvropanın qlobal gücü düşmənçilik, kənarlaşdırma və talana əsaslanır. Bu, əsrlərdir belə davam edir. 21-ci əsrdə də eyni cür olacaq. Düşmən yaratmaq strategiyasının qısa bir xülasəsi belə ABŞAvropanın atacağı növbəti addımları proqnozlaşdırmaq üçün kifayət edəcək. Qərb müstəmləkə dövrünə başladığı zaman dünyanın qalan hissəsini “barbar” adlandıraraq öz düşmənlərini istehsal etdi. Cənub-şərqi Asiyada və Amerikadakı yerli insanları “mədəniləşdirmə” anlayışı ilə kənarlaşdırıb, qloballaşma yolunda bir güc inşa etməyə başladı.

Əndəlüs, Osmanlı və Səlib yürüşləri bu gün də fərqli şəkildə davam edir. Bu tendensiya Latın Amerikasından Malay dünyasına, Hindistandan müsəlman coğrafiyasına qədər bu şəkildə “düşmən” istehsal edərək yayıldı. Qlobal talana belə başladıldı. Bu tarix çox qanlı, dəhşətli və bəşəriyyətin görmədiyi ağrı və utanc səhifələri ilə doludur.

Qərb eyni şeyi Əndəlüsə və Osmanlıya qarşı da etdi. İslamı və müsəlmanları düşməninə çevirdi. Özünü bu yeni düşmənə qarşı birləşdirdi. Əsrlər boyu Osmanlı ilə toqquşdu və yüzlərlə illik Əndəlus sivilizasiyasını tarixdən sildi. Səlib yürüşlərindən bəri çox qanlı və qəddar bir siyasi tarixə imza atdı.

İraqdakı Əbu Qüreyb işgəncə düşərgəsi və “İslam terroru” əlaqələri məhz həmin layihə ilə bağlı idi. Səlib yürüşləri və İraqın işğalı da mahiyyət etibarilə eyni idi. Osmanlı İmperiyasını dağıdıb bölüşdürmələri də bu qəbildəndir. Əsrlər boyu “böyük düşmən” İslam dini oldu. Bu, heç vaxt dəyişməyib. Hər hücumu fərqli səbəblərlə normallaşdırdılar.

Əbu Qüreybdə yoxsul iraqlılara işgəncə verərkən, Bağram hava limanında işgəncə mərkəzlərini işlədərkən, Quantamanoda bir “müsəlman terrorçu” imici inşa edərkən, MKİ təyyarələrini və kölə ticarətini dünyaya yayarkən, 35 ölkədə gizli işgəncə mərkəzləri qurarkən və dünyanı “İslam və terror” burulğanına qərq edərkən də eyni motivasiya ilə hərəkət etdilər. Bu səbəbdən, bu mərkəzlərdə işgəncə verənlər və Səlib yürüşlərində iştirak edənlər eyni missiya ilə hərəkət edirlər. Hamısının eyni bir Xaç ruhu vardı, hamısının əsas məqsədi İslamla müharibə aparmaq idi. Bəzi yoxsul müsəlman ölkələri Qərbə fayda gətirmək üçün bu ağır tarixi imzaladılar və ortaq olmaqdan çəkinmədilər. Beləliklə, öz tarixlərini, millətlərini vurdular.

20-ci əsrin düşməni olan Sovet İttifaqı dağıldıqdan sonra da Qərb yeganə hakim oldu. Qərbin 20-ci əsrdəki düşməni Sovet İttifaqı idi. Faktiki olaraq isə düşmən roluna gətirilən kommunizm oldu. Rusiyadan Çinə, Şərqi Avropadan Vyetnama, Kubadan Afrika və cənub-şərqi Asiyaya qədər onlarla ölkə bu müharibənin qurbanı oldu. Milyonlarla insan həyatını itirdi, ölkələr və şəhərlər məhv edildi. Qərb “dünyanı böyük bir təhlükəyə qarşı hazır vəziyyətə gətirdi” və yeni “düşmən”lə müharibə adı altında öz qlobal imperatorluğunu qurdu. “Soyuq müharibə”də qalib gəldi, Sovet İttifaqını dağıtdı və nəticədə, birtərəfli qlobal nizam qurmaq üçün qarşısında heç bir maneə qalmadı.

Ötən əsrin 90-cı illərində “Yeni Amerika Əsri” quruldu və Qərb dünyası ABŞ-ın rəhbərliyi altında dünyanın qeyd-şərtsiz hökmdarına çevrildi. Bütün ölkələr, dünyanın geri qalan hissəsi və bəşəriyyət girov götürüldü və köləyə çevrildi.

Bundan sonra dərhal “İslama qarşı mübarizə”nin əsasını qoyuldu. Ancaq Qərb “soyuq müharibə”dən sonra bu imkanlardan istifadə edə bilmədi. Qarşındakı düşmən olmadan bunu edə bilməzdi. Belə bir ənənə yox idi. Əgər düşmən yarada bilməsəydi, öz içində toqquşmağa başlayacaqdı. Bunu da çox yaxşı bilirdi.

Artıq Sovet İttifaqı yox idi və Rusiayanın da Qərbə qarşı siyasi-iqtisadi cəhətdən meydan oxumaq üçün gücü qalmamışdı. Lakin müsəlman dünyası qaynayırdı. Çox güclü bir müxalifət dalğası və siyasi yüksəliş meydana çıxmışdı. Osmanlıdan sonra ilk dəfə yeni bir oyanış baş verirdi. Buna görə də “soyuq müharibə”dən dərhal sonra “İslam təhlükəsi”, “İslam terrorizmi”, “radikal İslamla mübarizə” mövzusunda böyük mübahisələr başlandı. Əvvəlcə intellektual mühitdə, sonra mediada, daha sonra da müsəlman ziyalılar üzərində aparılan zehni bir araşdırma qısa müddətdə “təhlükəsizlik dairələri” vasitəsilə bir layihəyə və hərbi hissələr üstündə bir qarşıdurmaya çevrildi.

Yüksələn İslam sivilizasiyası yenidən dayandırılacaqdı.

Vəziyyət elə quruldu ki, İslam və müsəlmanlar dünya üçün bir təhlükə elan edildilər. Hətta Türkiyə daxil olmaqla, müsəlman ölkələrinin rəhbərləri də “radikal islamçılara qarşı mübarizə aparmaq üçün bizimlə işləyin” deyərək Qərbə təkliflər yağdırırdılar. Çünki bu artıq gücün qapısına çevrilmişdi.

Ancaq aparılan müharibə “radikal İslam” kimi təyin olunmurdu. Bu, əslində, Qərbə meydan oxumaq potensialına sahib sivil sıçrayış hissi və Qərbin yeni bir düşmənə olan ehtiyacı ilə bağlı idi. Bu düşmən vasitəsilə dünyanın yenidən qurulması Qərbin bir əsr daha dünyanın lideri olmasını təmin etmək idi. Nə müsəlman ziyalıları, nə də siyasi dairələr bundan xəbərdar idilər. Hətta indi də tam başa düşmürlər.

“Soveti dağıtdıq, İslamı da məğlub edəcəyik”

Hətta mövqeyinə görə ABŞAvropaya qarşı olan Çin və Rusiya kimi ölkələr belə bu qlobal kampaniyanın əsiri oldular. Onlar da ABŞAvropanın tezisləri ilə hərəkət etdilər, İslam regionunun şimal və şərq hissəsinə əl atdılar.

Vəziyyət elə bir həddə çatdı ki, müsəlman regionu tamamilə ələ keçirildi və öz içində müharibə aparmaq üçün ayarlandı. Başda məzhəb və kimliklər bu toqquşma üçün səfərbər edildi. Dərhal sonra bütün AvropaABŞ liderləri “Soveti necə çökdürdüksə, İslama da eləcə qalib gələcəyik” tərzində açıqlamalar verməyə başladılar.

Beləliklə, Qərb müsəlman soyqırımı planlaşdırdı. Lakin İslama qarşı apardığı müharibədə məğlub oldu.

1990-2015-ci illərdə bunun çox ağır nümunələrini gördük. Ölkələr işğal edildi, daxili müharibələr başladı, liderlər devrildi, bir növ mədəni soyqırım tətbiq edildi, iqtisadi böhranlar başlandı. Heç bir ölkənin tab gətirə bilməyəcəyi müdaxilələr qədər böyük edildi. Ancaq Qərbin “İslamla müharibəsi” baş tutmadı. Dəhşətli bir məhvə səbəb olsa da, fiyasko ilə nəticələndi. Bu hücum daha güclü sosial reaksiyalara səbəb oldu. Şok dalğaları şüurun inanılmaz bir oyanışına yol açdı.

Qərbin İslamı “yeni düşmən” elan edərək əldə etməyə çalışdığı şey 2016-cı ildən bəri çökməyə başlayıb. Nə “Yeni Amerika Əsri” layihəsi qaldı, nə də birtərəfli dünya nizamı planları. Fırtına tərsinə döndü, bu dəfə Qərb dayandı, dünyanın qalan hissəsi yüksəlməyə başladı. ABŞ artıq gülünc teatrlara səhnə oldu və AB ölkələrindən gələcəyə dair bədbinlik dalğaları yayıldı.

Rusiya və Çinlə toqquşaraq Qərbi birləşdirmək planı var idi. Yoxsa öz daxilində toqquşacaqdı.

ABŞAvropanın birtərəfli qaydada bir Qərb nizamı qurmaq və dünyanı idarə etmək qabiliyyəti əbədi olaraq çökdü. İndi yeni bir vəziyyət yansın: ABŞAvropa, yəni Atlantik ittifaqı, bundan sonra bütün dünyaya hakim olmaq üçün deyil, sahib olduqlarını itirməmək üçün yeni düşmənlər istehsal edəcək. ABŞ-ın yüksələn Çini və tarixi rəqibi Rusiyanı hədəf alan davranışlarının səbəbi budur. Dünya onlar üçün daralır və bu stresi çox ağır şəkildə yaşayırlar. Çin və Rusiya ilə toqquşaraq Qərbi bütöv tutmaq və öz daxilində toqquşmanın qarşısını almaq üçün hazırlanmış bir layihə həyata keçirirlər. Bu, ABŞ-ın hazırda hesablayacağı yeganə plandır.

Ancaq bu “düşmənləşdirmə” yalnız Çin və Rusiya ilə məhdudlaşmır. İmperiya keçmişi olan bütün inkişaf etməkdə olan ölkələr əgər Qərblə hərəkət etməsələr, onun düşməni olacaqlar. Bunun ən parlaq nümunəsi də məhz Türkiyədir.

Türkiyə: fövqəladə bir zehni sıçrayış

Artıq Qərbin Türkiyəni cilovlamaq gücü yoxdur. Çünki Türkiyə 21-ci əsrin yeni və ən güclü siyasi və iqtisadi yüksəlişini səfərbər edir. Bütün Qərb qurumlarında olmasına baxmayaraq, özü üçün bir yol çəkdi və bu qurumlar artıq Türkiyəni məhdudlaşdıra bilməzlər. Həm ABŞ, həm də Avropa Türkiyəyə bir şey öyrətmək, onu qorumaq, asılı vəziyyətə gətirmək, “cəbhədə” saxlamaq və yüksələn güclərə qarşı cəbhəyə aparmaq gücünü və fürsətini itirdi. Səlcuqluların və Osmanlıların siyasi ağlı və genetikası, Qərblə yüz illərdən bəri başlayan siyasi-tarixi təcrübəsi və dünyanın yenidən qurulmasını təmin edən hərəkət sahəsi artıq Türkiyəni sürpriz bir ölkəyə çevirib.

“Daxildə həyatı, xaricdə isə Türkiyəni dayandırmaq” planını həyata keçirməsi də bununla əlaqədardır.

15 İyul kimi müdaxilələrin tam səbəbi də məhz bu idi. Prezident Ərdoğanı, onun liderliyini, siyasi düşüncəsini və Türkiyəni bu yola yönəldən kadrları ləğv etməyə yönəlmiş bütün müdaxilələrin səbəbi budur. Türkiyənin İraq, Suriya, Aralıq dənizi və Egeydən mühasirəyə alınmasının səbəbi bu idi. Daxildə siyasi partiyalardan və terror təşkilatlarından ibarət “ortaq bir cəbhə” qurmalarının səbəbi də budur. Bu səbəbdən, dağıdıcı, Türkiyəni məhv edən bir siyasi dil tətbiq etdilər.

ABŞAvropadan yüksələn və içəriyə ötürülən, Ərdoğana və Türkiyəyə qarşı böhtan, mənfi imic və hücumların yeganə səbəbi budur.

Qərb Türkiyəni Çin və Rusiyadan daha çox düşmən kimi qəbul edəcək. Ancaq bu müharibədə də məğlub olacaq.

Müsəlman ölkələrin rəhbərlərinin 1990-cı illərdən bəri “İslamı və müsəlmanları düşmənləşdirmək” layihələrində necə uğursuz şəkildə davranırlarsa, bu gün də Türkiyədəki müxalifət dairələri də Ərdoğanı və Türkiyəni düşmənləşdirmək layihəsində eyni səhvi və hətta xəyanəti təkrar edirlər.

Çin və Rusiyadan sonra Türkiyə də düşmən olacaq. Qərbə belə bir düşmən lazımdır. Atlantik ittifaqı bu dəfə əsrlər boyu tətbiq etdiyi siyasi ənənəni Türkiyəyə yönəldir. Çünki Türkiyə təkcə Türkiyəni deyil, həm də Atlantik sahillərindən Sakit Okeana qədər uzanan çox geniş və dinamik bir coğrafiyanı təmsil edir. Bu güc və oyanış dünya sistemində çox güclü titrəmələrə səbəb olacaq və Qərbi geniş bir ərazidə məhdudlaşdıracaq.

Türkiyə, sözsüz ki, daxildən və xaricdən vurulacaq, ancaq bu da keçəcək. Qərb İslamla müharibəni itirdiyi kimi, Türkiyə ilə də müharibəni itirəcək. Artıq bunu görməyə başlayırıq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Çin Rusiya ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar