Çərşənbə axşamı, 27 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

Müstəqillik tariximizin ən böyük hadisəsi - VHP bəyanat yaydı

Vətəndaş Həmrəyliyi Partiyası Şuşa bəyannaməsi ilə bağlı bəyanat yayıb. PİA.az həmin bəyanatı təqdim edir:

Azərbaycan və Türkiyə Respublikası arasında Şuşa Bəyannaməsi ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının

Bəyanatı

2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında imzalanan Bəyannamə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra müstəqillik tariximizin ən böyük hadisəsi sayıla bilər. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadiyə-ticarət əlaqələri, hərbi əməkdaşlıq, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur.
Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə Qars müqaviləsinin xatırlanması, xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir.

“Şuşa bəyannəməsi”nə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Bütün mahiyyəti ilə Şuşada imzalanan Bəyannamə Azərbaycan və Türkiyə Respublikalarının tarixi ənənələrə sadiqlik nümayiş etdirərək gələcəyə daha möhkəm təməllər yaratdı.

Bəyannamədən əlavə, diqqəti cəlb edən digər mühüm bir məqam da Türkiyə Konsulluğunun Şuşada açılacağının bildirilməsidir. Bununla Türkiyə Şuşanın statusunu siyasi baxımdan yüksəldərək, bu mühüm strateji şəhərin təhlükəsizliyinə siyasi diplomatik təminat vermiş oldu. Həmçinin Türkiyə prezidentinin bu sənədi NATO Sammitindən və ABŞ prezidenti Con Baydenlə uğurlu keçən görüşdən sonra imzalaması, sənəddə ifadə olunan iqtisadi-siyasi təminatın arxasında həm də Dünyanın maraqlarının durduğunu ifadə etmiş olur.

Vətəndaş Həmrəyliyi Partiyası “Şuşa Bəyannaməsi”ni Azərbaycan üçün iqtisadi, diplomatik və hərbi baxımdan əvəzolunmaz hadisə hesab edərək bu sənədin Qafqazda sabitliyin qarantına çevriləcəyini, eyni zamanda Azərbaycan-Türkiyə ittifaqının regionda heç bir dövlətin marağına zidd getmədən, sülhün təminatçısı olacaq güc mərkəzinə sevrilməsinin təsdiqi olduğunu bəyan edir”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Kəlbəcər istiqamətində döyüşlər: Zod qızıl yatağı boşaldıldı

Ərdoğanın baş müşavirindən Şeyxlə bağlı daha bir açıqlama

Peyvənd olunmayanların bu yerlərə girişi qadağan olunacaq - Rəsmi

Nəzakət Mehdiyeva MİQ iştirakçılarını aşağıladı: "Bunlardan müəllim olmayacaq, yaxşı ki, kəsilirlər" - Səs yazısı

Bakı Dövlət Universitetinə yeni prorektor təyin edilib

Elçibəyin Allahşükür haqda sensasion çıxışı: “Türk millətini gözdən salırsan” - Video

Xüsusi karantin rejimi ilə bağlı yeni qərar qəbul edilib

İlham Əliyevdən Abel Məhərrəmovun oğlu ilə bağlı sərəncam

200 minlik “zerkalnı nömrə” tələsi: Ramiz Zeynalovun sərvətinə sərvət qatacaq yeni qapı...

Ceyhun Səfərov “Azəriqaz”-dakı vəzifəsindən azad olundu

Səfir təyin edilən Fuad İsgəndərovdan böyük səhv – Foto

Ən çox oxunanalar