Cümə, 06 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ərdoğan: “TANAP və TAP Avropanın iqtisadi inkişafına böyük təkan verir”

"Türkiyə enerji sahəsində də Avropanın ən vacib ortaqlarından biridir".

Bunui Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən Cənubi-Şərqi Avropa Əməkdaşlığı Prosesi zirvəsində bildirib.

Onun sözlərinə görə, “Trans Anadolu” Qaz Boru Kəmərinin (TANAP) və “Trans Adriatik” Qaz Boru Kəmərinin (TAP) də tamamlanması ilə Cənub Qaz Dəhlizi ilə Avropaya təbii qaz nəql edən dördüncü əsas arteriya formalaşmış olacaq.

R.T.Ərdoğan həmçinin deyib ki, TANAP və TAP layihələri eyni zamanda Avropanın enerji təhlükəsizliyini təmin edir və iqtisadi inkişafına böyük təkan verir.

Xatırladaq ki, Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi, Cənub Qaz Dəhlizinin bir seqmenti olaraq, Xəzər Dənizində Azərbaycana aid olan “Şahdəniz” qaz yatağından hasil olunan təbii qazı Türkiyə və Avropaya nəql edir. Ana xəttinin uzunluğu 1 850 kilometr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Ardahan bölgəsindən başlayaraq, Ardahan, Qars, Erzurum, Erzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Edirne daxil olmaqla 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçir, Türkiyənin Yunanıstan ilə sərhədində Edirnenin İpsala qəsəbəsində sona çatır. Bu nöqtədə Avropa ölkələrinə təbii qaz nəql edəcək TAP Təbii Qaz Boru Kəmərinə birləşir. Eskişehir və Trakyada Türkiyənin ölkədaxili təbii qaz ötürücü şəbəkəsinə bağlanmaq üçün iki çıxış nöqtəsi var.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.

Cənub Qaz Dəhlizi 3 500 km uzunluğunda olan üç boru kəmərini birləşdirir. Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP boru kəmərlərində bütün tikinti işləri artıq başa çatıb. Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qaz bu boru kəmərləri vasitəsi ilə artıq Türkiyə bazarına çatdırılır və ötən ilin sonundan etibarən Avropa bazarlarına da daşınır.(report)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

AZTV-nin sədri bahalı avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - Fotolar

Bakıda bu rayon ləğv olunur – Yeni mərkəzi rayon da yaradılır...

Deputat Operativ Qərargahın qərarına etiraz etdi

Azərbaycanlı “kredit oliqarxı”nın oğlu Londonda 560 milyon dollara futbol klubu alır

Ramiz Zeynalovun nömrə, vəsiqə və texniki baxış biznesi - Faktlar

Ramil Yusifov “Azərişıq” ASC-yə sədr gətilir? – İddia

“Müharibədə gözünü itirən vətəndaş: “İcra hakimiyyəti bizə 15 min manatdan cəmi 2 min verib”

“Azərbaycan hərbçilərini öldürün” - Ermənistanın Müdafiə naziri təxribat xarakterli əmr verdi

Milli Məclis: "Eldəniz Səlimova deputat maaşı veriləcək"

İşğaldan azad olunan Ağdamda yeni talan – Məmur köhnə artezian quyularının borularını hara daşıyır…

Yelisey sarayı: “İlham Əliyev və Emmanuel Makron arasında razılıq əldə olundu”

“Shaurma 1” restoranlarının sahibi şərikinin 9 milyon manatını ələ keçirib – Artıq ölkəni tərk etdiyi bildirilir

Ən çox oxunanalar