Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-nin əməkdaşı daha bir uğura imza atıb - Foto

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə Bakı Su idman sarayında açıq hava şəraitində “Stronqmen” güc yarışması üzrə Azərbaycan çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov yarışda rekord nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ölkənin ən güclülərinin müəyyənləşdiyi yarışda, Rövşən Xəlilov 80 kq çəki dərəcəsində Stronqmen idman növü üzrə Log lift, Deadlift (340 kq rekord ) və 2 tondan çox ağırlığı olan maşınıdartma hərəkətində (22 saniyə) 1-ci yerə layiq görülüb. O, öz qələbəsini hərbi salam ilə qeyd edərək bu uğuru şəhidlərimizə, qazilərimizə və bütün hərbçilərimizə həsr edib.

FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev bu gün idmançını qəbul edərək, onu qazandığı naliyyətə görə təbrik edib və idmançıya qiymətli hədiyyə təqdim olunub.

Qeyd edək ki, Rövşən Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı 3 qat Avropa və 4 qat Dünya çempionu, fəxri idman ustasıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar