Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
PİA.az xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.1988-ci il təvəllüdlü Mahmudov Şəmsi Asif oğlu və 1984-cü il təvəllüdlü Mahmudov Xəyal Saleh oğlu kütləvi dava zamanı bıçaqlanıb. Ş.Mahmudova ümumilikdə üç bıçaq zərbəsi vurulub. X.Mahmudovun isə döş qəfəsinə daxilə nüfuza edən xəsarət yetirilib. Onun vəziyyəti ağırdır. (APA)
pia.az