Çərşənbə axşamı, 27 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

Qarabağın bərpasında yerli orta sahibkarların iştirakı hansı səviyyədədir?..

Azərbaycan öz sahibkarlarının imkanlarından Qarabağın bərpasında tam olaraq istifadə edirmi?..

İqtisadçı-ekspert: “İlk növbədə Azərbaycanın milli maraqları qorunmalıdır. Azərbaycan şirkətləri daha çox işlərə cəlb edilməlidir”.

“Türkiyə nə qədər qardaş, müttəfiq dövlət olsa da belə, hesab edirəm ki, işlərin daha əhəmiyyətli hissəini Azərbaycan şirkətləri görməlidirlər. Çünki bu Azərbaycan iqtisadiyyatı üçün bu vacibdir”.

Bu sözləri iqtisadçı-ekspert Nazim Bəydəmirli dünən imzalana Şuşa bəyannaməsini və Qarabağın bərpasında yerli şirkətlərin rolunu PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfər edib və Qarabağın ürəyi olan Şuşada tarixi bəyannaməyə imza atılıb.

Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham ƏliyevRəcəb Tayyib Ərdoğan imzalayıblar.

Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin­ məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Sənədin iqtisadi əməkdaşlıq çəkisi də diqqətçəkicidir. Eyni zamanda Türkiyə şirkətlərinin Qarabağın bərpasında aktiv iştirakı da nəzərdə tutulur ki, bu da tez bir zamanda Qarabağın bərpasını və məcburi köçkünklərin ata yurdlarına geri dönüşünü mümkün edəcək faktorlardan biridir.

Bəs Qarabağın bərpasında yerli orta sahibkarların iştirakı hansı səviyyədədir və Azərbaycan öz sahibkarlarının imkanlarından tam olaraq istifadə edirmi?

Mövzunu PİA.az-ın əməkdaşı İqtisadçı-ekspert Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Hər bir ölkənin öz milli maraqları var. Mən Azərbaycan vətəndaşı olaraq daha çox Azərbaycanın milli maraqlarının qorunmasının tərəfdarıyam”.

Kəlbəcər yataqlarının türk şirkətlərinə verilməsi və başqa məsələlərin bir çox suallar doğurduğunu vurğulayan ekspert PİA.az-a bildirib ki, bu da yenə də məmur sahibkarlığından qaynaqlanan problemlərdir:

Şuşa bəyannaməsi çox təqdirəlayiqdir. Bu bəyannamə həm Türkiyə, həm də Azərbaycan vətəndaşları tərəfindən çox ruh yüksəkliyi ilə qarşılanır. Türkiyə və Azərbaycanın əslində təbii müttəfiqlər olduğu də nəzərə alınmalıdır.

Bildiyimiz kimi Qarabağ münaqişəsi hələ tam həll olunmayıb və ərazi bütövlüyümüz təmin edilməyib. Bu baxımdan Şuşa bəyannaməsi hərbi-siyasi nöqteyi nəzərdən əhəmiyyətli olsa da, bəyannamənin iqtisadi tərəfləri də kifayət qədər yüksəkdir. Heç kəsə sirr deyil ki, Vətən müharibəsi bitdikdən sonra ölkə başçısı bizə müttəfiq olan ölkələrin şirkətlərinin Qarabağda quruculuq və digər işlərə cəlb edilməsi haqqında siqnal vermişdi. Buna görə də bir neçə türk şirkəti artıq Qarabağda fəaliyyətə başlayıb və müxtəlif işlər görüb.

Nazim Bəydəmirli: “Məmurlar Azərbaycanın orta sahibkarlarının Qarabağın bərpası işlərində iştirakına əngəl yaradır. Yenə də məmurlar öz şirkətlərini önə çəkir və tenderlərdə açıq ədalətsizliklərə yol verirlər”.

Təbii ki, iki ölkə arasında iqtisadi əlaqələrin qarşılıqlı münasibətlərin genişlənməsində əhəmiyyəti var. Amma hər bir ölkənin də öz milli maraqları var. Mən Azərbaycan vətəndaşı olaraq daha çox Azərbaycanın milli maraqlarının qorunmasının tərəfdarıyam. Türkiyə nə qədər qardaş, müttəfiq dövlət olsa da belə, hesab edirəm ki, Qarabağın bərpası işlərinin çoxunu Azərbaycan şirkətləri görməlidirlər. Çünki bu Azərbaycan iqtisadiyyatı üçün vacibdir.

Hesab edirəm ki, yerli orta sahibkarlar Qarabağın bərpa işlərinə cəlb olunmalıdır. Amma çox təəssüf ki, Azərbaycan iqtisadiyyatı hələ də monopoliyalaşmış, qapalı iqtisadiyyat olaraq qalır. Bu isə Azərbaycanın orta sahibkarlarının Qarabağın bərpası işlərində iştirakına əngəl yaradır. Yenə də məmurlar öz şirkətlərini önə çəkir və tenderlərdə açıq ədalətsizliklərə yol verirlər.

Kəlbəcər yataqlarının türk şirkətlərinə verilməsi və başqa məsələlər bir çox suallar doğurur. Bu da yenə də məmur sahibkarlığından qaynaqlanan problemlərdir. Buna görə də düşünürəm ki, ilk növbədə Azərbaycanın milli maraqları qorunmalıdır. Azərbaycan şirkətləri daha çox işlərə cəlb edilməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Kəlbəcər istiqamətində döyüşlər: Zod qızıl yatağı boşaldıldı

Ərdoğanın baş müşavirindən Şeyxlə bağlı daha bir açıqlama

Peyvənd olunmayanların bu yerlərə girişi qadağan olunacaq - Rəsmi

Nəzakət Mehdiyeva MİQ iştirakçılarını aşağıladı: "Bunlardan müəllim olmayacaq, yaxşı ki, kəsilirlər" - Səs yazısı

Bakı Dövlət Universitetinə yeni prorektor təyin edilib

Elçibəyin Allahşükür haqda sensasion çıxışı: “Türk millətini gözdən salırsan” - Video

Xüsusi karantin rejimi ilə bağlı yeni qərar qəbul edilib

İlham Əliyevdən Abel Məhərrəmovun oğlu ilə bağlı sərəncam

200 minlik “zerkalnı nömrə” tələsi: Ramiz Zeynalovun sərvətinə sərvət qatacaq yeni qapı...

Səfir təyin edilən Fuad İsgəndərovdan böyük səhv – Foto

Ceyhun Səfərov “Azəriqaz”-dakı vəzifəsindən azad olundu

Ən çox oxunanalar