Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Baydenlə danışıqların konstruktiv keçdiyini bildirib

RusiyaABŞ prezidentləri Vladimir Putin və Co Bayden regional münaqişələri müzakirə ediblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

O, amerikalı həmkarı ilə strateji sabitliyi, regional münaqişələri müzakirə etdiyini söyləyib: "Baydenlə strateji sabitliyə dair qurumlararası səviyyədə məsləhətləşmələrə başlamaq barədə razılığa gəldik".

Rusiya prezidenti Ukrayna münaqişəsinin Baydenlə görüşdə müzakirə olunub-olunmaması və hansı razılığa gəlinməsi barədə suala da cavab verib: "Ukrayna məsələsinə sammitdə toxunuldu. Ukraynanın NATO-ya daxil olması mövzusuna da ötəri toxunuldu".

Putin Ukrayna münaqişəsinin nizamlanmasının əsasında Minsk razılaşmasının dayanmalı olduğunu və bununla Baydenin də razılaşdığını bildirib.

Rusiya prezidenti amerikalı həmkarı ilə danışıqları konstruktiv adlandırıb.

Qeyd edək ki, bu gün İsveçrənin Cenevrə şəhərində Vladimir Putin və Co Bayden arasında danışıqlar keçirilib. Liderlərin danışıqları 4,5 saatdan çox davam edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar