Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AVRO-2020: Türkiyə Bakıdakı ilk oyunda məğlub oldu - Yenilənib

Futbol üzrə Avropa çempionatında A qrupunda II tura start verilib.

"Report"un məlumatına görə, Türkiyə milisi Bakıda Uelslə üz-üzə gəlib.

Bakı Olimpiya Stadionunda (BOS) keçirilən qarşılaşma Britaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yükunlaşıb. Görüşdə ilk qol birinci hissənin sonlarında vurulub. 43-cü dəqiqədə Aaron Remsi qapıçısı Uğurcan Çakırla təkbətək dueldən qalib ayrılıb. 90+5-ci dəqiqədə isə C. Roberts fərqi iki topa çatdırıb.

İkinci yarıda "ay-ulduzlular" daha daha fəal çıxış etsə də, bir neçə qol epizodunu boşa verib. 60-cı dəqiqədə Zeki Çelik cərimə meydançasının xətti üzərində Qaret Beylə qarşı kobudluq edib. Qarşılaşmanın baş hakimi Artur Diaş 11 metrlik nöqtəni göstərib. Beyl 61-ci dəqiqədə penaltidən yararlana bilməyib və topunun qapının üstündən vurub.

BOS-dakı ilk matçda İsveçrə ilə 1:1 hesablı heç-heçə edən Uels yığması qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb. Romadakı açılış qarşılaşmasında İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyənin isə xalı yoxdur. Şenol Güneşin baş məşqçi olduğu komanda qrupdan çıxmaq şansını çətinləşdirib.

Qeyd edək ki, Türkiyə yığması iyunun 20-də Bakıda İsveçrə ilə qarşılaşacaq.

***

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hazırda Britaniya təmsilçisi 1:0 hesabı ilə öndədir.

43-cü dəqiqədə Aaron Remsi hesabı açıb.

***

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, fasiləyə Uels seçməsi öndə yollanıb.

Birinci yarının sonlarına yaxın, 43-cü dəqiqədə Aaron Remsi hesabı açıb.

***

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, 42-ci dəqiqədə Uels yığması hesabı açıb.

***

Futbol üzrə Avropa çempionatında A qrupunun II turunun Türkiyə - Uels oyunu başlayıb.

PİA.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionundakı (BOS) qarşılaşma 20:00-da start götürüb.

Qeyd edək ki, Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar