Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-nun Brüssel zirvəsi... - Sammit gözləntilərə nə qədər cavab verdi?

Zirvə toplantısından sonra Türkiyənin NATO-dakı yeri necə görünür?..

Siyasi şərhçi: “NATO-nun 14 iyun Brüssel sammiti ilk növbədə ABŞ-da adminstrasiya dəyişəndən sonra bu ölkənin öz müttəfiqlərinə yönəlik siyasətinin dəyişməsi baxımından əhəmiyyətli idi”.

“Digər önəmli məsələ NATO-nun yaxın dövrlər üçün NATO və Qərb ölkələrinə təhdid olan amillərin müəyyənləşməsi idi. Bu amillər də açıq şəkildə bəyan olundu. Bu da Çinin və Rusiyanın apardığı siyasətdir”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu NATO ölkələrinin dövlət başçılarının Brüssel sammitinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Belçikanın paytaxtı Brüsseldə təşkil edilən 2 günlük NATO Liderlər Zirvə Toplantısı başa çatıb. Sammitin yekun bəyanatında Türkiyə ilə bağlı yazılıb: “Suriyadan Türkiyəni vura biləcək və ya təhdid edəcək mərmi atəşlərinə qarşı tətikdə olmağa davam edirik. Müttəfiqimiz Türkiyəyə milyonlarla suriyalıya ev sahibliyi etdiyi dövrdə təqdirlər görməkdə dəstək olacağıq”.

NATO-nun baş katibi Yens Stoltenberq tədbirin sonunda etdiyi çıxışında bunları söyləyib:

“Bu gün ittifaqda yeni bir səhifə açdıq. Təhlükəsizliyimiz üçün açar rolu oynayan mövzulara toxunduq və əhatəli qərarlar aldıq.

NATO ölkələri başçıları Əfqanıstan hərbi qüvvələri və təşkilatlarına təlim keçərək, maliyyə dəstəyi verərək Əfqanıstan hökumətinin yanında iştirak etməyə olan bağlılıqlarını təsdiq edib.

Rusiya ilə gərginlik olduğu müddətcə müdafiə və daşındırıcılıq mövqeyimizi artıracaq addımlar atacağıq.

Avropada quru əsaslı nüvə mərmilər yerləşdirmə niyyətimiz yoxdur, lakin NATO Rusiyanın böyüyən silahlanmasına cavab verəcək.

Çin sürətlə nüvə silahlanmasına gedir, Rusiya ilə ortaq hərbi manevrlərlə əməkdaşlığı artırır. Avstraliya və Yaponiya kimi ölkələrlə Çinə qarşı iş birliyi məsələsində müttəfiqlər razılığa gəldi.

Ukrayna və Gürcüstanda hərbi təlimlərə davam edəcəyik. NATO Ukraynanın yanındadır, dəstəyimiz sürəcək. Ukrayna ilə həmrəyik. Hər ölkə öz yolu ilə getsin; Ukraynanın NATO üzvlüyü ilə bağlı Rusiya bir şey söyləyə bilməz”.

Ümumilikdə bu sammitdə əldə olunan yekun nəticələri necə dəyərləndirmək olar? Sammit gözləntilərə nə qədər cavab verdi və sammitin dünyanın, o cümlədən Avrasiya və MDB məkanın geosiyasi durumuna təsirləri barədə nə demək mümkündür?

Mövzunu PİA.az-ın əməkdaşı hal-hazırda ABŞ-da yaşayan siyasi ekspert Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Bayden Putinlə görüşdə tək öz ölkəsi deyil, bütün NATO bloku ölkələrinin mövqeyini ifadə etmiş olacaq”.

Bayden administrasiyası özündən əvvəlki Tramp administrasiyasının doktrinasında ABŞ-ın özünütəcrid siyasətini və o cümlədən onun NATO ölkələri ilə münasibətlərinin uzaqlaşması fəsadlarını aradan qaldırılmalı olduğunu vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, əsasən Bayden bu məqsədinə nail oldu:

NATO-nun 14 iyun Brüssel sammiti ilk növbədə ABŞ-da adminstrasiya dəyişəndən sonra bu ölkənin öz müttəfiqlərinə yönəlik siyasətinin dəyişməsi baxımından əhəmiyyətli idi. Çünki Bayden administrasiyası özündən əvvəlki Tramp administrasiyasının doktrinasında ABŞ-ın özünütəcrid siyasətini və o cümlədən onun NATO ölkələri ilə münasibətlərində uzaqlaşma fəsadlarını aradan qaldırılmalı idi. Düşünürəm ki, Bayden əsas bu məqsədə nail oldu. Bayden birbaşa və açıq şəkildə bildirdi ki, ABŞ NATO-dur. ABŞ-ın NATO və müttəfiqləri qarşısında öhdəlikləri var və Vaşinqton bu öhdəliklərə sadiqdir.

Digər önəmli məsələ NATO-nun yaxın dövrlər üçün NATO və Qərb ölkələrinə təhdid olan amillərin müəyyənləşməsi idi. Bu amillər də açıq şəkildə bəyan olundu. Bu da Çinin və Rusiyanın apardığı siyasətdir. O cümlədən Çinin ekspansion siyasəti, Rusiyanın pozuculuq siyasəti, kinerhücumlar əsas müzakirə obyekti oldu. Sammitdə də qeyd olundu ki, bu gün dünyada təhdid yaradan bu iki ölkədir.

Nəhayət, informasiya, dezinformasiya siyasəti nəzərdən keçirildi. Müəyyən edildi ki, burada da dünya düzəni üçün təhdid olan ölkələr Çin və Rusiyadır. Bu həm də Bayden-Putin görüşü öncəsi çox vacib idi. Çünki Bayden Putinlə görüşdə tək öz ölkəsi deyil, bütün NATO bloku ölkələrinin mövqeyini ifadə etmiş olacaq”.

Ərəstun Oruclu: “Türkiyə NATO üzvü olaraq blokun xarici siyasətində önəmli yer almağa başlayıb”.

Bəs bu zirvədən sonra Türkiyənin NATO-dakı yeri haqda nə demək olar? NATO və Türkiyə münasibətlərini bundan sonra hansı səviyyədə görünür?

Ərəstun Oruclu Türkiyənin NATO-da bundan sonrakı yeri və funksiyasını da PİA.az-a şərh edib. Ekspert Türkiyənin yerləşdiyi regionda yürütdüyü siyasətin həm ABŞ, həm də NATO tərəfindən tam alqışladığını nəzərə çatdırıb:

“Bildiyimiz kimi NATO-da Türkiyə ilə bağlı çoxlu gözləntilər var idi. Mən ümumiyyətlə düşünmürdüm ki, zirvə toplantısında Türkiyə ilə bağlı hansısa ziddiyyətli münasibətlər ortaya çıxar. Çünki Türkiyə həm geosiyasi, həm də hərbi potensialı ilə Şimal Alyansı üçün çox əhəmiyyətlidir.

Sammitin gedişi prossesində də biz gördük ki, Türkiyənin yerləşdiyi regionda yürütdüyü siyasət həm ABŞ, həm də NATO tərəfindən tam alqışlandı. Bu da o deməkdir ki, Türkiyə NATO üzvü olaraq blokun xarici siyasətində önəmli yer almağa başlayıb. Türkiyə onsuz da öz önəmini vurğulamışdı. Zirvə toplantısında isə Türkiyə prezidenti artıq blokun adından çıxış edirdi.

Türkiyənin Əfqanıstanda rolu artacaq. Xüsusilə ABŞ ordusu Əfqanıstanı tərk edəndən sonra orada Türkiyənin rolu artacaq. Hətta Türkiyə Əfqanıstan siyasətində öz müttəfiqlərini də müəyyən etdi. Ərdoğan müttəfiq kimi Pakistan və Macarıstanı göstərdi.

Düşünürəm ki, bu prosses müsbət dinamika sayıla bilər. Əlbəttə bu ki, istənilən bir siyasət həyata keçiriləndə müəyyən korrektələrə uğrayır. Bu təbiidir. Amma hər halda ümumi siyasi xətt aydındır. Bu Azərbaycanın da marağındadır. Dünən Azərbaycan-Türkiyə münasiblərinin yeni mərhələyə qədəm qoymasını nəzərə alaraq deyə bilərik ki, bu Azərbaycan üçün son dərəcə önəmlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar