Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DMX rəisi Rusiyada yaşayan azərbaycanlılara müraciət edib

Pandemiya səbəbindən Rusiya Federasiyasında olan, yaşayan əcnəbi vətəndaşlarla bağlı tətbiq edilmiş güzəştlərin müddəti uzadılıb. Yeni tələblərə əsasən, bu ölkədə olan, yaşayan, miqrasiya qanunvericiliyi baxımından sənədlərinin müddət axımı dayanan (etibarlılıq müddəti bitmiş), sənədləri qaydasında olmayan əcnəbilərin leqallaşması (sənədlərinin qaydaya salınması) üçün müddət 30 sentyabr 2021-ci il müəyyən edilib.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib. O qeyd edib ki, bu müddətdə miqrantlar barədində könüllü və ya məcburi olaraq Rusiya Federasiyasından inzibati qaydada kənara çıxarılma, deportasiya həyata keçirilmir: "Həmçinin, patent əsasında Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olan əcnəbi şəxslər 31 dekabr 2021-ci il tarixədək bəyan edilmiş məqsədlərindən asılı olmayaraq müvafiq sənədin alınması (uzadılması) üçün müraciət edə bilərlər. Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızın bu müddət və tələbləri diqqətdə saxlamalarını tövsiyə edirik".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin miqrantların hüquqi vəziyyətinin nizamlanması ilə bağlı müvəqqəti tədbirlərin görülməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, əcnəbilərin Rusiya ərazisində qalma müddəti 30 sentyabr 2021-ci il tarixinədək uzadılıb. Fərmana görə, sentyabrın 30-dək ölkə qanunlarını pozmayan əcnəbilər deportasiya olunmayacaqlar. Miqrantlardan həmin tarixədək Rusiya ərazisində qanuni yaşamaqla bağlı sənədlərini qaydaya salmaq tələb olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar