Şənbə, 31 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Yaponiya səfiri: “Ağdamda gördüklərim məni çox təsirləndirdi”

Ağdamda gördüklərimdən və Ağdam sakinlərinin danışdıqları xatirələrdən çox təsirləndim”.

Bunu “Report”a Yaponiyanın Azərbaycandakı səfiri Cüniçi Vada Azərbaycanda və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin erməni işğalından azad edilmiş Ağdam rayonuna səfəri ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Səfir belə səfər təşkil etdiyinə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.

“İndi - müharibədən sonra Ağdam dinamik dəyişikliklər yaşayır və nəhəng yenidənqurma layihələri yeni-yeni başlayır. İnanıram ki, yaxın gələcəkdə Ağdam da Hirosima kimi sülh və birgəyaşayış mərkəzinə çevriləcək”, - diplomat bildirib.

Yaponiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş regionlarının infrastrukturunun bərpasında iştirak etməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandıran səfir vurğulayıb ki, yenidənqurma prosesində “yaşıl enerji” kimi bir çox texnologiya növlərinə ehtiyac duyulacaq və bu baxımdan Yaponiya şirkətlərinin prosesə töhfə verə biləcəyinə ümid edir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu

Elçibəyin oğlunun toyundan görüntülər - Video

Polisi döyən deputatla bağlı ilginc faktlar üzə çıxdı: Onu Ramiz Mehdiyevlə hansı bağlar bağlayır?

Azərbaycanda benzin bahalaşdı - Rəsmi, Yenilənib

Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi

Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərdi

Ən çox oxunanalar