Cümə axşamı, 05 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Şərhi ilə gündəm olan İlqar Mikayıloğludan açıqlama

İyunun 12-də İTV-nin efirində yayımlanan Belçika-Rusiya matçında şərhçi İlqar Mikayıloğlunun Rusiya yığmasına xitabən guya "bizimkilər" ifadəsi işlətməsi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Bəzi sosial şəbəkə istifadəçisi bu hərəkətə görə teleaparıcını tənqid edib.

PİA.az bildirir ki, azxeber.com məsələ ilə bağlı şərhçi İlqar Milkayıloğlunun fikrini öyrənib.

O qısa açıqlama ilə kifayətlənib: "Mən uzun illərdir ki, jurnalistikadayam və hər şeyi yaxşı bilirəm. Sadəcə bunu deyəcəm: Mən futbolu siyasətə qatmıram".

Qeyd edək ki, İTV də öz növbəsində məsələ ilə bağlı açıqlama yayıb və şərhçinin "bizimkilər" ifadəsini səsləndirmədiyini bildirib:

"Biz bu məlumatları yazan, paylaşan bütün şəxslərdən həmin hissəni İTV-yə göndərməyi xahiş etmişdik. Bu sözü tapana hədiyyə də vəd etmişdik. Lakin bu sözü tapa bilməyənlər İlqarın başqa ifadəsini tirajlamağa başlayıblar. Şərhçinin masanın üzərindəki kağızlara baxaraq Rusiya komandasının əvəzedici heyəti ilə bağlı ardıcıl dediyi "kimimiz var hücumçulardan" (23.42.35) və "ehtiyatda yarımmüdafiədə kimlərimiz var orda" (23.42.46) ifadəsini "bizimkilər" kimi yozmağa çalışırlar. Şərhçi iş masasının üzərindəki hər hansı predmeti özününkü hesab etdiyindən "topumuz", "qələmimiz", "fincanımız", "siyahımız", yaxud da "siyahıda kimlərlərimiz var" ifadəsini də rahatlıqla işlədə bilər. Buradakı mənsubiyyət şəkilçisi həmin komandaya deyil, əlbəttə ki, iş masasındakı predmetə aiddir. Şərhçi "kimimiz var" ifadəsindən istifadə edəndə komandanı deyil, siyahını nəzərdə tutur. Vədimiz isə qüvvəsindədir - şərhdə "bizimkilər" sözünü tapın, gəlin hədiyyənizi aparın. Tövsiyəmiz də var: bir fincan qəhvə və ya bir stəkan çay götürüb İctimai TV-də futbola baxın, idmandan zövq alın! Biz sizin üçün işləyirik, çünki bizimkilər sizsiniz.

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Daha bir deputat karantin qaydalarını kobud şəkildə pozdu - Qızına 300 nəfərlik toy edən Novruzəli Aslanov cəzalanacaqmı?

Bu il Məhərrəm ayında yeniliklə üzləşəcəyik - Toy olacaq

Bakıda bu rayon ləğv olunur – Yeni mərkəzi rayon da yaradılır...

Həbs edilən deputat vergi işçisini də döyübmüş

Azərbaycanlı “kredit oliqarxı”nın oğlu Londonda 560 milyon dollara futbol klubu alır

Aqil M.Quliyev 43 kiloqram arıqlayıb belə oldu - Foto

Rövşən Əkbərovun oğlunun obyektində fəhlə kimi işlədilən əsgər necə ölüb?

Türkiyə bayrağını yanğından qoruyan azərbaycanlı əslində kimdir? – Video

Vətən müharibəsinin baş planı: Əliyevin boyük Azərbaycanı!

“Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq”

Ən çox oxunanalar