Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Baydeni Türkiyəyə səfərə dəvət edib

Rəsmi Ankara və Vaşinqton arasında həll edilməyən problem yoxdur və dialoqdan fəal istifadə etmək lazımdır.

PİA.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

"Biz konstruktiv və ətraflı danışıqlar apardıq. Dialoq üçün kanallardan fəal istifadə edilməsini razılaşdırdıq. Düşünürəm ki, ABŞ-la həll edilməyən problemimiz yoxdur", - Türkiyə lideri deyib.

Ərdoğan əlavə edib ki, Bayden tərəfindən də Türkiyə tərəfindən olduğu kimi qarşılıqlı əsaslarda ikitərəfli münasibətləri qətiyyətlə inkişaf etdirmək mövqeyini görüb.

Bundan başqa, Ərdoğan bildirib ki, amerikalı həmkarını Türkiyəyə səfərə dəvət edib. "O, (Bayden-red) dedi ki, dəvəti öz proqramı çərçivəsində qiymətləndirəcək", - Türkiyə rəhbəri əlavə edib.

Türkiyə prezidenti bildirib ki, NATO-nun əhəmiyyəti və məsuliyyəti artıb və alyans üzvləri onu gücləndirməlidir.

"NATO-nun əhəmiyyəti və məsuliyyəti qlobal təhlükəsizlik çağırışları fonunda artıb. Bu gün (NATO-nun Brüsseldəki sammitində-red) alyansın strategiyasının müasir şəraitə uyğun olaraq yenilənməsi prosesinə başlayan qərarlar qəbul etdik", - dövlət başçısı deyib.

“Dağlıq Qarabağda ədalət 30 illik yubanma ilə belə, yarandı və bölgədə ümidlər yenidən cücərdi. Yeni dönəmin qapıları açıldı. İttifaqdakı müttəfiqlərimizin ölkəmizin hüdudlarından kənarda təhlükəsizliyinə töhfə verən əməliyyatlara güclü dəstəyi seçimdən daha çox öhdəlikdir”, - Türkiyə rəhbəri vurğulayıb. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar