Çərşənbə, 04 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Avropa çempionatı: Bir güləşçimiz finalda, ikisi "bürünc" görüşünə çıxacaq

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı start götürüb.

PİA.az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycanın 5 idmançısı xalça üzərinə çıxıb.

48 kq-da Musa Verdiyev 1/4 finalda Moldova təmsilçisi Viktor Andriana heç bir şans verməyib - 10:0. Yarımfinalda ukraynalı Vitali Qonçara da eyni hesabla qalib gələn güləşçi finala yüksəlib. Onun həlledici görüşdəki rəqibi Amal Candubayev olacaq.

55 kq-dakı Sübhan Səfərli isə əvvəlcə Umut Sabriyev (Bolqarıstan), ardınca isə Aron Nikolovu (Makedoniya) məğlub edib. Yarımfinalda Ermənistan güləşçisi Andranik Avetisyana uduzan idmançı bürünc medal uğrunda Benjamin Boeyte (Rumıniya) / Anzor Məcidov (Rusiya) cütünün qalibi ilə qarşılaşacaq.

65 kq çəki dərəcəsində yarışan Ümid Məmmədov təsnifat mərhələsində Bartlomey Novakovskiya (Polşa) 10:0 hesabı ilə qalib gəlsə də, 1/8 finalda Giorgi Qoqritçiani (Gürcüstan) ilə bacarmayıb - 4:5.

80 kq-da mübarizə aparan Səttərxan Allahverdili də mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, ardıcıl olaraq, Artyom Belavusov (Belarus), Radomir Stoyanov (Bolqarıstan) və Ruslan Yurşin (Rusiya) üzərində qələbə qazansa da, yarımfinalda Tornike Samxaradzeyə (Gürcüstan) məğlub olub. Allahverdili bürünc medal görüşünə çıxacaq.

110 kq-da Azay İsmayılov debütdə belaruslu Stepan Mandriki sonuncu xal prinsipinə əsasən üstələsə də, daha sonra Fransa güləşçisi Levan Laqvilava (Fransa) uduzub - 0:10. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

General Hikmət Həsənov vəzifəsindən azad edildi

İranın Ermənistandakı səfirindən “qardaşcasına addım” - Azərbaycanla sərhəddə gəlib...

Sülhməramlıların mandat problemi... - Azərbaycanla Rusiya arasında gərginlik artır?

Havaya sovrulan milyonlar: Sadıq Sadıqov istefa verəcəkmi?

Koronavirusu “öldürən” 12 lider qida - Siyahı

Vilayət Eyvazov iki polis rəisini vəzifədən uzaqlaşdırdı– Məşhur gecə klublarını himayə etdiklərinə görə…

"İndi kiminsə kadrıdır deyə, mandatı “zanit” etməlidir?" - Könül İsmayılova

Sevda Əli Mirəliyevi yıxdı-sürüdü: “Hanı sənin şərəfin, ləyaqətin?“

Ayda ən azı 1 dəfə 1 gün heç nə yeməyin - Kraliçanın şəxsi həkimindən müalicə

Ən çox oxunanalar