Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” işğaldan azad edilən ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

İşğaldan azad edilmiş ərazilərdə öz şəbəkəsini genişləndirməkdə olan “Nar” Şuşada da baza stansiyalarını işə salıb. Bununla da mədəniyyət paytaxtımız müasir və daimi “Nar” şəbəkəsi ilə əhatə olunub. 2G, 3G və 4G texnologiyalı baza stansiyalarının quraşdırılması ilə “Nar” istifadəçiləri Şuşada keyfiyyətli və kəsintisiz səsli zəng və internet xidmətindən yararlana biləcəklər.

“Nar” işğaldan azad edilmiş Xocavənd və Cəbrayılda da baza stansiyalarını quraşdırıb. Mobil operator işğaldan azd edilmiş digər ərazilərin də keyfiyyətli şəbəkə infrastrukturu ilə təmin edilməsi istiqamətində işlərini davam etdirir. Qeyd edək ki, “Nar” Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin şəbəkə ilə əhatə olunmasına xüsusi önəm verir.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dövründə “Nar” səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş əraziləri mobil rabitə ilə təmin edirdi.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8740-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar