Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Köçəryanın ya da Paşinyanın cüzi nisbi qələbəsi Ermənistana nə verəcək? - Sabitlik, yoxsa xaos...

Seçkilərdən sonrakı Ermənistan necə görünür?..

Politoloq: “Ermənistanda 20 iyun seçkiləri çox gərgin keçəcək. Ermənistanın bölgələrində müxtəlif silahlı qruplaşmalara əmrlərin verildiyinin indidən şahidiyik”.

Ermənistanda seçki prosesində hər hansı problemlər yaşanarsa, bu zaman ABŞRusiyanın seçkilərə müdaxiləsinin şahidi ola bilərik. Mən bunu istisna etmirəm”.

Bu sözləri politoloq Zaur Məmmədov Ermənistanın indiki və seçkidən sonrakı vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Erkən parlament seçkiləri Ermənistanda siyasi vəziyyəti daha da gərginləşdirib. Erməni siyasi qüvvələri faktiki olaraq bir-birlərinə qarşı müharibə elan ediblər. Əsas mübarizə isə hal-hazırda baş naziri olan Nikol Paşinyan və ikinci prezidenti Ermənistanın Robert Köçəryan arasında gedir. Paşinyanın seçki öncə Qərb ölkələrinə səfəri isə görünür ki, Rusiyanı qıcıqlandırıb. Bu səfərdən sonra Paşinyana qarşı ittihamlar artdı və onun reytinqinin aşağı düşməsi barədə xəbərlər artdı. Bu xəbərlərin obyektiv vəziyyəti necə əks etdirməsi barədə isə mübahisələr mövcuddur. .

Hazırda Rusiya Ermənistandakı seçki prosesində namizədlər arasında Robert Köçəryanna dəstək verdiyini gizlətmir. Bu fonda Qərb də Paşinyana dəstəyini artırır. Hər iki tərəf isə seçkidən sonra qarşı tərəfdən intiqam alacaqlarını açıq şəkildə dilə gətirir.

Seçkilərdə ya Paşinyan seçicilərin 50%-dən artıq səsini alaraq təkbaşına hökümət qurmalı, ya da müxalifətə keçməlidir. Çünki artıq demək olar ki, seçkidə iştirak edən bütün siyasi partiyalar Paşinyanla koalisiya qurmayacaqlarını bəyan ediblər və Paşinyanın təkbaşına hökümət qurmaq imkanı olmayacağı şəraitdə isə onun əsas rəqibi Köçəryanın koalisiya hökümətinə rəhbərlik etməsi ehtimalı da çox böyükdür.

Qeyd edək ki, Ermənistanda keçiriləcək seçkilərə bir həftədən az vaxt qalıb və iyunun 20-dən sonra Ermənistanda nələrin baş verəcəyi bütün dünyada maraqla gözlənilir.

Seçkilərdən sonrakı Ermənistanı necə görmək olar? Robert Köçəryanın ya da Paşinyanın cüzi nisbi qələbəsi Ermənistana sabitlik gətirmək üçün yetərli ola biləcəkmi, yoxsa seçkidən sonra siyasi qarşıdurma və xaos Ermənistanda daha da artacaq?

Seçki sonrası Ermənistanı PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Seçkidən sonrakı Ermənistan indikindən daha qarmaşıq, qaranlıq və qorxunc görünür”.

Əgər Ermənistanda seçkilərdə hər hansı problemlər yaşanarsa, bu zaman ABŞ-ın və Rusiyanın seçkilərə müdaxiləsinin şahidi ola biləcəyimizi düşünən politoloq PİA.az-a bildirib ki, indiki halda Ermənistanda xarici ölkələrin seçkiyə müdaxiləsi hizz olunmur, ya da çox az hiss olunur:

“Biz Ermənistanda seçki prossesinə xarici təsirlərin hal-hazırda məhdud olduğunu qeyd etməliyik. O mənada ki, indi mübarizə açıq şəkildə erməni xalqının işində Köçəryan, Paşinyan və başqa namizədlər arasında gedir. Məhz Paşinyan və Köçəryanın bu günkü çıxışlarının nəticəsi olaraq biz onların davranışlarının haraya qədər uzana biləcəyinə şahidlik edəcəyik. Yəni Paşinyan və Köçəryan nəyin bahasına olursa-olsun hakimiyyəti ələ almağa çalışacaq. Hələ ki, Ermənistanda xarici ölkələrin seçkiyə müdaxiləsi hiss olunmur, ya da çox az hiss olunur. Lakin Ermənistanda seçki prosesində hər hansı problemlər yaşanarsa, bu zaman ABŞRusiyanın seçkilərə müdaxiləsinin şahidi ola bilərik. Mən bunu istisna etmirəm.

Bu günlərdə biz Paşinyan və Köçəryanın bir-birinə qarşı ittihamlarının və kompramatlarının üzə çıxacağını görəcəyik. Paşinyan daha da irəli gedərək Köçəryanın cəmiyyətdən gizlədilən bir çox sirlərini açmağa düşünür. O bununla seçicilər arasında öz reytinqin daha da artmasını istəyir. Son bir ayda Paşinyanın reytinqinə kifayət qədər zərbə vurulmuşdu. Bunu ortadan qaldırmaq üçün də Paşinyanın belə addım atmasına kifayət qədər ehtiyac var.

Zaur Məmmədov: “Ermənistanın bölgələrində müxtəlif silahlı qruplaşmaların olduğunu bu silahlıları əmr gözlədiyini, istənilər hər an seçki prossesinə müdaxilə edə biləcəkləri ilə bağlı məlumatlar dolaşır”.

Ümumilikdə isə Ermənistanda 20 iyun seçkiləri çox gərgin keçəcək. Ermənistanın bölgələrində müxtəlif silahlı qruplaşmaların olduğunu bu silahlıları əmr gözlədiyini, istənilər hər an seçki prossesinə müdaxilə edə biləcəkləri ilə bağlı məlumatlar dolaşır. Bu barədə Ermənistanın müxtəlif rayonlarında məlumatlar dolaşır. Bütün bunlar Ermənistanda hakimiyyətin tam olaraq bölgələrə və mərkəzi İrəvana təsir imkanlarının məhdud olması ilə əlaqələndirmək olar.

Müharibədə məğlub olan bir xalq bu gün mənəvi böhran yaşayır. Onlar başa düşməlidirlər ki, bu mənəvi böhran onların məhvlərinə qədər gətirib çıxar bilər. Buna görə də Ermənistan cəmiyyəti öz davranışlarında ehtiyatlı olmalıdırlar. Son zamanlar Köçəryanın çox populist çıxışlar edir və hər fürsətdə qeyd edir ki, Ermənistan xalqının bir nömrəli düşməni Nikol Paşinyandır. Paşinyan isə iddia edir ki, Köçəryan 30 il yaşı olan Ermənistan dövlətçiliyini 2021-ci ildə məhvə sürükləmək istəyir. Eyni iddianı da Köçəryan və tərəfdarları səsləndirirlər.

Bu iki qütbün bir-birlərinə güzəştə getməsi isə imkansız görünür. Ona görə də deyə bilərəm ki, seçkidən sonrakı Ermənistan indikindən daha qarmaşıq, qaranlıq və qorxunc görünür. Belə davam edərsə, mən Ermənistan dövlətinin gələcəyini görmürəm.”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar