Çərşənbə, 04 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Dövlət Muzeyində illüstrativ tender

Bir neçə gün öncə Milli Məclisdə çıxış edən Maliyyə naziri Samir Şərifov Mədəniyyət nazirliyinin fəaliyyətini ciddi tənqid etdi. Nazir çıxışında kino sahəsinə dövlət büdcəsindən yetərincə vəsait ayrılsa da, bu sahədə heç bir işin görülmədiyi bildirdi.

Samir Şərifovun çıxışında Mədəniyyət nazirliyinin konkret sahəsini nəzərdə tutsa da, səthi müşahidələr onu göstərir ki, bu qurumun bütün sahələrində ciddi maxinasiya halları mövcuddur.

Qlobal.az xəbər verir ki, nazirliyin tabeliyində olan təşkilatların sifarişçi olduqları dövlət satınalmalarının əksəriyyəi “otkad” formasında həyata keçirildiyi deyilir. DTX-nin 2020-ci ilin may ayında Mədəniyyət nazirliyində keçirdiyi əməliyyat zamanı iş üzrə dindirilən podratçı təşkilatlardan birinin, Piramida.FR MMC-nin rəhbəri Əlövsət Orucov tenderdə qalib olduğu üçün Mədəniyyət nazirliyinə 900 min manat “şapka” verdiyini bildirirdi.

Son zamanlar Mədəniyyət nazirliyinin rəhbərliyində dəyişikliklər aparılsa da, qurumun tabeliyində fəaliyyət göstərən bəzi təşkilatların sifarişçi olduqları satınalmalarda şübhəli məqamlar hələ də qalmaqdadır.

Qlobal.az xəbər verir ki, bu cür şübhəli satınalmalardan biri də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin sifarişi ilə cari ilin may ayının 20-də həyata keçirilib.


Belə ki, Dövlət İncəsənət Muzeyinin sifarişçi olduğu “müxtəlif rəngli boya” lotu üzrə yekun vurulan tenderin məbləği 44.450 manat təşkil edib.

Sözügedən satınalmada “Kini Group” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

2 manatlıq şirkətlə 44.500 manatlıq müqavilə

“Kini Group” MMC 2021-ci ilin fevral ayının 17-də təsis edilib. Şirkətin nizamnamə kapitalı 2 manatdır. Şirkətin hüquqi ünvanı Xətai rayonu, Elçin Əliyev ev 4 mənzil 0, qanuni təmsilçisi isə Quliyev Hikmət Nuru oğludur.

Şirkətin hansı profil üzrə fəaliyyət göstərdiyi, əlaqə telefonu, faktiki ünvanı barədə məlumatlar yoxdur.

“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

Belə olan təqdirdə, yəni maddi-texniki bazası, podratçı qismində iştirak etmək üçün hansı lisenziya və sertifikatlara sahib olması barədə məlumat verilməyən, yalnız 2 manat nizamnamə kapitalındsan ibarət olduğu görünən “Kini Group” MMC-nin hansı meyarlara əsasən R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin “müxtəlif rəngli boya” lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan edilməsi bir sıra sualları meydana çıxarır.

Çingiz Fərzəliyev, Milli İncəsənət Muzeyinin direktoru

Maraqlıdır ki, Muzeylə şirkət arasında bağlanan müqavilənin üzrə alınacaq malların, həcmi, istehsal tarixi, istehsal olunduğu ölkə və digər detalları barədə açıqlama verilmir.

Azərbaycan Milli İncəsənət Muzeyi rəssam Rüstəm Mustafayevin adını daşıyır.

2011-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinə Milli Muzey statusu verilib.

Muzeyin direktoru əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevdir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

General Hikmət Həsənov vəzifəsindən azad edildi

İranın Ermənistandakı səfirindən “qardaşcasına addım” - Azərbaycanla sərhəddə gəlib...

Sülhməramlıların mandat problemi... - Azərbaycanla Rusiya arasında gərginlik artır?

Havaya sovrulan milyonlar: Sadıq Sadıqov istefa verəcəkmi?

"Səni bu cəmiyyətdə "50 manatlıq" kimi tanıyırlar" 

Koronavirusu “öldürən” 12 lider qida - Siyahı

Vilayət Eyvazov iki polis rəisini vəzifədən uzaqlaşdırdı– Məşhur gecə klublarını himayə etdiklərinə görə…

"İndi kiminsə kadrıdır deyə, mandatı “zanit” etməlidir?" - Könül İsmayılova

Sevda Əli Mirəliyevi yıxdı-sürüdü: “Hanı sənin şərəfin, ləyaqətin?“

Ən çox oxunanalar