Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

G7 liderləri Çinə uyğur türkləri və COVID-19-la bağlı çağırış etdilər

“Böyük yeddilik” (G7) ölkələrinin liderləri Tayvan boğazında sülhə və sabitliyə çağırırlar.

PİA.az xəbər verir ki, bu barədə bazar günü Karbis-Bey şəhərində Böyük Britaniyanın, Almaniyanın, İtaliyanın, Kanadanın, ABŞ-ın, Fransanın və Yaponiyanın qeyri-formal birliyinin üçgünlük sammitinin nəticəsinə görə əldə olunan razılaşmanın nəticəsinə istinadən “Reuters” agentliyi bildirib.

"Biz Tayvan boğazında sülhün və sabitliyin əhəmiyyətini dəstəkləyirik", - sənədin layihəsində deyilir. "Yeddilik" ölkələri liderlərinin birgə bəyanatında belə frazadan ilk dəfə istifadə olunur.

G7 ölkələrinin liderləri Cənubi Çin və Şərqi Çin dənizlərində vəziyyətdən ciddi narahatlıqlarını ifadə ediblər.

"Biz Cənubi Çin və Şərqi Çin dənizlərində vəziyyətdən narahatıq, həmçinin status-kvonu istənilən formada birtərəfli dəyişdirmək və gərginliyi gücləndirmək cəhdlərinə qarşı çıxırıq", - sənəddə deyilir.

G7 ölkələri rəsmi Pekini Çin Xalq Respublikasının Sinszyan-Uyğur Muxtar rayonunda uyğurların hüquqlarına və azadlığına, həmçinin Honkonqun muxtariyyətinə hörmət etməyə çağırıblar.

G7 ölkələri həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi altında yeni koronavirusun mənşəyi ilə bağlı ikinci araşdırmasının aparılmasına çağırıblar.

G7 Paris razılaşması çərçivəsində iqlim dəyişikliyi ilə mübarizənin illik maliyyələşdirilməsini 100 milyard dollara qədər artırmaq niyyətindədir.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar