Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Rəhimzadə: Mina xəritələrinin Azərbaycana təqdim edilməsi Ermənistanın artıq yeni reallıqlarla barışmasının təsdiqidir

“Tarixi Zəfərimizdən sonra Azərbaycanın həyatında  yeni  mərhələyə-işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilib. Bu işlərin sürəti xeyli dərəcədə hər zaman  qeyd edildiyi kimi, ərazilərimizin minalardan təmizlənməsindən asılıdır. Çünki düşmən işğalından azad edilmiş torpaqlarımızda  təhlükəsizliyi təmin etmədən  bərpa və quruculuq işlərinin həyata keçirilməsi mümkünsüzdür. Təəssüflər olsun ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından 7 ay keçsə də məğlub  Ermənistan  beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq minalanmış sahələrin xəritələrini Azərbaycana vermək istəmirdi və bununla da  düşmən 100-dən artıq  hərbçimizin, mülki vətəndaşlarımızın minaya düşərək həlak olmasına, yaxud yaralanmasına səbəb olmuşdur. Azərbaycan dövləti 10 noyabr Bəyanatının imzalanmasından dərhal sonra  mütəmadi olaraq bununla bağlı  sərt mövqeyini ortaya qoyaraq beynəlxalq birliyə çağırış edir, Ermənistandan bu xəritələrin alınmasını bir tələb kimi irəli sürür. Reallıq bundan ibarətdir ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Regionda sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində yeni səhifə açılır, Azərbaycan qarşı tərəfə sülh razılaşması ilə bağlı təkliflərini təqdim edir, amma Ermənistan bu reallıqlarla barışmaq əvəzinə təxribatçı əməllərini davam etdirir.”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

  V.Rəhimzadə vurğulayıb ki,  Ermənistanın iyunun 12-də  Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi artıq təcavüzkar dövlətin 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı yeni  reallıqlarla barışmasının təsdiqidir: “Ermənistan 44 günlük müharibə dövründə Azərbaycanın “Dəmir yumruq” əməliyyatının nəyə qadir olduğunu gördü. Ən əsası 30 ilə yaxın müddətdə ona havadarlıq edən dövlətlərin dəstəyinə arxalanaraq beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmağın, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə əməl etməməyin sonda hansı nəticələrə gətirib çıxardığının şahidi oldu. Azərbaycan Vətən müharibəsinin gedişində BMT Təhlükəsizlik Şurasının və digər təşkilatların qərar və qətnamələrini təkbaşına icra etməklə bir daha bütün dünyaya sübut etdi ki, beynəlxalq hüquq mövcuddur və hər bir məsələnin həllində mütləqdir. Gec-tez haqqın, ədalətin bərpası qaçılmazdır. Bu baxımdan Ermənistanın  Ağdam rayonu üzrə  mina xəritələrini Azərbaycana təqdim etməsi   növbəti siyasi və diplomatik uğurumuzdur.”

  Baş redaktor bildirib ki,  Prezident İlham Əliyev iyunun 12-də  on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən də bu məsələyə xüsusi diqqət yönəltmişdir: “Müharibədən sonra regionda yeni reallıq, yeni vəziyyət yarandığını və Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizin  yenidən qurulması prosesinə dərhal başladığını önə çəkən dövlətimizin başçısı bir daha vurğuladı ki, vandalizm və barbarlıq - işğal illəri ərzində Ermənistan dövlətinin torpaqlarımızda etdiklərini göstərmək üçün bu iki sözdən istifadə etmək olar. İndi  yüz minlərlə azərbaycanlı geriyə qaytarılmalıdır. Lakin minalara görə  bunu etmək mümkün deyil. Ermənilər tərəfindən yüz minlərlə mina basdırılmış və müharibə dayanandan sonrakı son yeddi ay ərzində 100-dən çox azərbaycanlı Ermənistanın Azərbaycana  mina xəritələrini vermədiyinə görə həlak olub və ya yaralanıb. “Bu yaxınlarda beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq” söyləyən Prezident İlham Əliyev bu inamı da ifadə etmişdir ki, tezliklə yaxşı xəbərlər olacaq. Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir.”

“İyunun 12-də Ağdam rayonu üzrə  mina xəritələrinin Azərbaycana verilməsi Prezident İlham Əliyevin ifadə etdiyi əminliyin, dövlətimizin uğurlu siyasətinin nümayişidir” söyləyən   V.Rəhimzadə Xarici İşlər Nazirliyinin məlumatına istinadən bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib. Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili başda olmaqla Gürcüstan Hökumətinin dəstəyi, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolu xüsusi  qeyd edilir.

Baş redaktor mayın 28-də dövlətimizin başçısı  İlham Əliyevin işğaldan azad edilmiş Ağdam şəhərinə növbəti səfəri çərçivəsində Ağdam şəhərinin Baş Planının təqdim olunması mərasimini  xatırladaraq   Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsinin nəzərdə tutulan işlərin qısa zamanda görülüb başa çatdırılacağına  dəstəyini xüsusi vurğulayıb:  “Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək. Həmçinin təməli qoyulan sosial layihələrin icrası sürətlənəcək, 30 ilə yaxın dövrdə öz doğma yurd-yuvasına qayıtmağı səbirsizliklə gözləyən soydaşlarımıza  tarixi Qələbəmizin  bəxş etdiyi sevinc Böyük Qayıdışın reallığa çevrilməsi ilə onların   “artıq biz qaçqın deyilik” istəklərini həyata keçirəcək.  Artıq Böyük Qayıdış  tezləşir. Dövlətimizin başçısı İlham Əliyevin Ağdam ictimaiyyəti ilə görüşündə  qeyd etdiyi kimi, elə bir Ağdam qurulacaq ki dünya üçün örnək olacaq. Nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və  bundan sonra  Ağdam  rayonunda çox görüşəcəyik. Bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq.”

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar