Çərşənbə axşamı, 03 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Aleksandr Ata dəfn olunub - Foto, Yenilənib

Rus Pravoslav Kilsəsinin BakıAzərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşein dəfn olunub.

"Report" xəbər verir ki, mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

***

Rus Pravoslav Kilsəsinin BakıAzərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə vida mərasimi başlayıb.

“Report” xəbər verir ki, mərasim Rus Pravoslav Kilsəsində keçirilir.

Mərasim saat 12:30-a kimi davam edəcək. Mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin BakıAzərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Aleksandr İşein 1952-ci ilin 13 oktyabrında Rusiyanın Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub. O, Moskva Teoloji Akademiyasını bitirib. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib. Aleksandr İşein 2012-ci ildən dərəcəsi arxiyepiskop idi.

Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

pia.az 

Fotolar




Etiket: Vida


Digərxəbərlər

Populyar xəbərlər

Kremlin təlxəyi Jirinovskinin son açıqlaması - Moskva Azərbaycana hansı mesajı yollayır?..

İntizam komissiyası polisi döyən deputatla bağlı qərar verdi

Bakıda təhlükəli vəziyyət: Bu binalar hər an uça bilər - Video

Vaqif Axundovun həbs olunan bacısı oğlu azadlığa çıxdı

Bakıda saxta vaksin sənədi verən şəxslər saxlanıldı - Video

Bakıda görünməyən gecə həyatı: Ərəb turistlər, klub qadınları, qəlyan - Video

Tağı Əhmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? – Detallar

Hüquqşünasla baş redaktor arasında qalmaqal: "Maliyyən haradan gəlir?"

Ermənistana yeni müdafiə naziri təyin edildi - Yenilənib

Qarabağ qazisi icra başçısı tərəfindən təhdid edilir - Foto

Ən çox oxunanalar