Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Moskvadan xəlvət Bakıya Vaşinqton vasitəsilə mesaj göndərib

Eynulla Fətullayev

Diplomatik mənbələrdən redaksiyamıza məlum olub ki, erməni baş nazir Nikol Paşinyan ABŞ Dövlət Departamentinin nümayəndələrinin Ermənistanın deeskalasiyanın birinci mərhələsinə mane olan imtinası barədə (Kəlbəcərdə azərbaycanlı jurnalistlərin həlak olması fonunda) iradlarına cavab olaraq Vaşinqtona və Brüsselə Bakı ilə danışıqlarda vasitəçilik missiyasını üzərlərinə götürməyi təklif edib. ABŞ Dövlət Departamentinin nümayəndələri Azərbaycanın siyasi rəhbərliyi ilə görüşdə Paşinyanın mesajını çatdırıblar. Bakıda əlbətdə ki, erməni hakimiyyətinin növbəti metamorfozasından təəcübləniblər, amma Paşinyanın Ağdamın minalanmış ərazilərinin xəritəsini qaytarmağa hazır olduğu barədə amerikalılar vasitəsilə çatdırdığı təklifdən də imtina etməyiblər.

Daha sonra Azərbaycan diplomatları Vaşinqtona Bakının Qarabağda hərbi cinayətlər törətməmiş 15 erməni hərbi qulluqçusunu geri verməyə hazır olduğunu çatdırıblar. Əlbətdə ki, Bakı beynəlxalq gərginliyi, ABŞRusiyanın müasir geosiyasət məsələlərinə dair mövqeləri arasındakı ziddiyyətləri nəzərə alaraq 10 noyabr üçtərəfli razılaşmasının qarantı olan Moskvaya erməni hökumətinin təşəbbüsü barədə xəbər veriblər.

Bir neçə gün əvvəl Paşinyan Yerevanda Filip Rikerlə görüşüb. Görəsən Bakıya mesajı o çatdırmayıb ki?

Taleyüklü parlament seçkiləri ərəfəsində vasitəçilik kanallarını tez-tez dəyişən Paşinyanın motivlərini anlamaq çətindir. Üstəlik olduqda mühüm sual ortaya çıxır-nəyə görə erməni baş nazirinin müavini Moskvadakı danışıqlarda AzərbaycanRusiya nümayəndələrinin minalanmış ərazilərin xəritələrini vermək barədə dəfələrlə etdikləri tələblərə və müraciətlərə rədd cavabı verirdi? Və nəyə görə əsas xəritəni-Ağdam rayonunun minalanmış ərazilərinin xəritələrini məhz Vaşinqtonun və Brüsselin vasitəçiliyi ilə verirdi? Paşinyan Köçəryana qalib gəlsə danışıqlar formatının dəyişdirilməsində və ABŞ-ın, Avropa İttifaqının vasitəçiliyi ilə Böyük Sülh razılaşmasının hazırlanmasında israr edəcəkmi? Və Moskvada buna necə yanaşacaqlar?

Bakıda çoxsaylı suallar yığılıb və onların cavabları yəqin ki, iyunun 20-dən sonra məlum olacaq.

Deyəsən Paşinyan Moskvanı danışıqlar prosesindən sıxışdırıb çıxarmaq istəyir

Bununla belə, vurğulamaq lazımdır ki, müharibədən sonra AzərbaycanErmənistan ikinci tarixi anlaşma əldə ediblər. Erməni tərəfinin Ağdamın minalanmış ərazilərinin xəritəsini təqdim etməsi İlham Əliyevin daha bir diplomatik nailiyyəti və böyük siyasi uğurudur. Axı söhbət təkcə xilas edilmiş zamandan deyil, həm də xilas edilmiş çoxsaylı insan həyatlarından gedir. Faciəli hadisələrin miqyasını özündə təsəvvür etmək olar-Azərbaycanın ən iri rayonlarından birini 25 il ərzində büsbütün minalanmış çöllərə çeviriblər. 100 minə yaxın tank əleyhinə və piyadalar əleyhinə mina dəhşətli təəsürat yaradır, öz əcdadlarının məzarlarına baş çəkməyə tələsən qarabağlıların ailələrində on minlərlə dəhşətli faciənin mənzərəsini açır. Hansı ki, orada onları ölüm gözləyirdi. Bu minaların “əkildiyi“ torpaqlar böyük qayıdışı illərlə, ola bilsin onillərlə təxirə salardı. Qarabağlıların qayıtması baş vermədən isə Azərbaycanın qələbəsi tikanlı məftillərlə əhatələnmiş əlçatmaz ritual siyasi və hərbi nailiyyət olardı.

Həm erməni tərəfi, həm Azərbaycan daxilindəki bəzi qüvvələr bu günkü razılaşmanı bərabərdəyərli sövdələşmə kimi təqdim etməyə çalışır. 100 minə yaxın minanı 15 erməni hərbi qulluqçusuna dəyişiblər. Bu sövdələşmənin “bərabər əhəmiyyətli” olduğu haqda danışmaq, üstəlik xilas edilmiş insan həyatlarını “sövdələşmə” kimi qələmə vermək qorxuncdur və cinayətkarcasına düşüncədir. İ.Əliyev həmin erməni əsgərlərinin günahsız olduqlarına əmin olaraq onların azad edilməsi haqda sərəncam verib. Paşinyan həmin erməni əsgərlərinin qaytarılması olmasaydı belə, amerikalılara bildirmişdi ki, minalanmış ərazilərin xəritələrini verməyə hazırdır.

Hücumçu Əliyev diplomatiyası beynəlxalq gündəmə təkcə Azərbaycan üçün deyil, eləcə də bütün regional təhlükəsizlik sistemi üçün yeni taleyüklü məsələni-Qarabağda minaların təmizlənməsini, nəqliyyat kommunikasiyalarının açılmasını və qaçqınların qaytarılmasını gətirdi. Azərbaycan nizamlamanın qarantları, ilk növbədə Rusiya ilə məsləhətələşmələr şəraitində minaların təmizlənməsi məsələsini de-eskalasiyanın birinci mərhələsinin əsası kimi danışıqlar prosesinin prioritet hissəsinə çevirdi. Və baş nazirlərin müavinlərinin üçtərəfli danışıqları çərçivəsində minaların təmizlənməsi Moskva danışıqlarının gündəminin əsas hissəsini təşkil etdi. Minaların təmizlənməsi baş vermədən yeni dinc regionun arxitekturasının əsasını qoymaq ağlasığan deyildi.

Lakin kövrək sülhün qorunub saxlanılması ilk növbədə Ermənistandakı daxili siyasi proseslərdən asılıdır. Azərbaycan kiminlə və nə haqda danışmalı olacaq? Paşinyan isə bu gün həmin müəmmaya daha bir rebus əlavə etmiş olur-böyük dövlətlərdən kim Böyük Sülh razılaşmasının hazırlanması prosesini öz üzərinə götürəcək? Əlbətdə ki, əgər bu sülh baş tutacaqsa... (virualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar