Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QMİ sədri Patriarx Kirilə başsağlığı məktubu göndərib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri BakıAzərbaycan Arxiyepiskopu Aleksandr həzrətlərinin vəfatı ilə əlaqədar Zati-Müqəddəsləri, Moskva və bütün Rusiyanın Patriarxı Kiril həzrətlərinə başsağlığı məktubu göndərib.

QMİ-nin mətbuat xidmətindən PİA.az-a verilən məlumata görə, məktubda deyilir:

"Zati-Müqəddəsləri,

Moskva və Bütün Rusiyanın Patriarxı KİRİL Həzrətlərinə

O Bir olan Yaradanın adı ilə!

Zati-Müqəddəsləri!

BakıAzərbaycan Arxiyepiskopu Aleksandr həzrətlərinin vəfatı ilə əlaqədar Zati-Müqəddəslərinizə və Sizin timsalınızda bütün Pravoslav dünyasına Azərbaycan müsəlmanları adından, şəxsən öz adımdan başsağlığı verirəm.

Aleksandr həzrətlərinin ölüm xəbəri bizi və bu müdrik və çox hörmətli din xadimini tanıyan hər kəsi dərindən kədərləndirdi. Ömrünün böyük hissəsini Aleksandr həzrətləri Azərbaycanda apardığı dini fəaliyyətə həsr etmişdi. Biz Aleksandr həzrətlərinin simasında Azərbaycan xalqının böyük dostu, Azərbaycanı sevən, Yaradanımızın kəlamını insanlara çatdıran, hamı tərəfindən sevilən, möhtərəm bir dini xadimi dost kimi qazandığımıza görə Rus Pravoslav Kilsəsinə minnətdarıq. Rus Pravoslav icmasının rəhbəri olaraq o, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətinin görkəmli bir üzvü idi və bununla qürur duyurdu. Öz yüksək dini idealları, insani keyfiyyətləri, yüksək tolerantlığı ilə Aleksandr həzrətləri multikultural Azərbaycanda, bütün Qafqazda böyük sevgi, etibar, hörmət və ehtiram qazanmışdı. Fəaliyyəti ilə, şəxsi keyfiyyətləri ilə Rus Pravoslav Kilsəsinin Azərbaycandakı xoşməramlı səfiri kimi qəbul edilmiş BakıAzərbaycan Arxiyepiskopu Aleksandrın xatirəsini Azərbaycan xalqı əbədi yaşadacaqdır. Onun əziz xatirəsi daim qəlbimizdə qalacaqdır.

Zati-Müqəddəsləri! Bu kədərli anda, bu ağır itki ilə əlaqədar bizim ən səmimi başsağlığı diləklərimizi qəbul edin. Allah Aleksandr qardaşımıza rəhmət eləsin!".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar