Şənbə, 24 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

"Onların burnundan gəlsin" - Nikol Paşinyan

Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan növbəti ifşadeici bəyanatlarla çıxış edib.

Milli.Az erməni mediasına istinadən xəbər verir ki, Nikol keçmiş generalların ünvanına sərt ittihamlar səsləndirib.

"Mən Onikə qardaşım kimi etibar edir və heç bir zaman onun sözlərinə şübhə etmirdim. Müharibə vaxtı belə qənaətə gəldik ki, o nə deyirsə qulaq asım. Lakin noyabrın 20-dən sonra Sünik vilayətində müəyyən dairələrlə görüşür və bəlli olmayan səbəbdən Serj Sarkisyanla telefonla danışır. Bu müddət ərzində ən axırıncı sözləri mənə deyir, sonra da görüş barədə danışır. Axsam Onikin təşəbbüsü ilə Konda da şəxsi evdə görüşdük və məni istefaya getməyə çağırdı. Mən də ona yatıb yuxusunu almağı, sakitləşməyi və bu söhbəti unutmağı çağırdım", - deyə Paşinyan bildirib.

Nikol Tiqran Xaçatryanın onu təhqir etməsini də şərh edib. "Müharibə vaxtı Qasparyan Tiqran Xaçatryana milli qəhrəman adının verilməsini bildirdi. Dedi ki, bu şəxs əks-hücumları təşkil edir. Lakin dedim ki, heç müzakirə də etmirəm və qəbul edirəm. Siz nə deyirsiniz, razıyam.

Bu gün bu şəxs birdən durub mənim haqqımda axırıncı sözləri deyir. Lakin başqa şeyi deyirəm. Əgər ləyaqətli insandırsa, onda milli qəhrəman adından imtina etsin. O zaman onun səmimi insan olduğuna inanarıq. Görərik ki, şəxsi maraqları yoxdur, dövlət maraqlarını hər şeydən üstün tutur".

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Büdcədən oğurlanan milyonlar: Sabiqlərin topdağıtmaz sərvəti - Siyahı

Rəfiqəsinin 20 yaşlı oğlu ilə eşq yaşadığını ilk dəfə açıqladı - Foto

General-polkovnik Vaqif Axundovun rəis bacısı oğlu həbs edildi - Yenilənib

Rövşən Əkbərov özü ilə kimləri “içəri aparacaq“? – Məhkəmədə böyük skandal

Ölüm xəbəri yayılan Nəcməddin Sadıqov danışdı

Rövşən Əkbərov özü ilə kimləri “içəri aparacaq“? - Məhkəmədə böyük skandal

İlham Əliyev məmurlara bizneslə məşğul olmağı qadağan edir - Prezidentin AzTv-yə müsahibəsindən sitat

“Kəmaləddin Heydərovu toyuma dəvət etmişəm” - Elçibəyin oğlu

MN: Dövlət sərhədində atışma davam edir - Yenilənib

Ən çox oxunanalar