Şənbə, 31 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Yevlaxda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş İlkin Səlimov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada yetişdirdiyi 19 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

pia.az 


Etiket: Narkotik


Digərxəbərlər

Populyar xəbərlər

Sülh sazişi ilə bağlı Paşinyanın yeni şərtləri - Ermənistan Azərbaycanı tələyə salmaq istəyir?..

Sərxoş deputat polisi evindən çağıraraq öz obyektində döyüb - Hadisənin səs yazısı qeydə alınıb

Eldəniz Səlimova görə sürücüsü saxlanılan keçmiş icra başçısı danışdı

Araz Əzimov Ceyhun Bayramovla görüşdə yatdı – Foto

ABŞ-dan Azərbaycana təzyiqlər artır: Vaşinqtonun son addımları effektli ola bilər?..

Elçibəyin oğlunun toyundan görüntülər - Video

"Deputat kiminlə güləşir öz işidir" - MM-in İntizam Komissiyasının sədri

Prokurorluq: Deputatın polisi döyməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bu qidalar bağırsaq xərçənginə səbəb olur - Onkoloq açıqladı

Deputatın döydüyü polis Bakıya cağırıldı - Nazir işi nəzarətə götürdü

Ötən ay atasından, bu ay isə özündən prokurorluğa şikayət olunan deputat

Deputat polisi tək döyməyib: İşin içində icra başçısının sürücüsü və iş adamı da var

Ən çox oxunanalar