Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abadlaşan Sumqayıt bulvarının dəyişməyən üfunət qoxusu: Problem nədən ibarətdir?

Sumqayıtın göz oxşayan Bulvarında kanalizasiya qoxusu əlindən istirahət etmək mümkün deyil.

Bu barədə Oxu.Az-ın redaksiyasına şəhər sakinləri tərəfindən şikayət ünvanlanıb.

Sumqayıt sakinləri deyir ki, bir müddət bulvarın səliqəsiz görkəmindən, istirahət üçün zəruri şəraitin olmadığından şikayətlənirdilər. Lakin, buna baxmayaraq sahil və havası üfunət qoxmurdu. Artıq Sumqayıt Şəhər Bulvarı abadlaşdırılıb, gözəl istirahət zonasına çevrilib.

Lakin, təəssüf ki, bu gün də insanlar yaradılan gözəl məkanda istirahət edə bilmirlər. Səbəb isə bulvarı bürüyən kanalizasiya, üfunət qoxusudur.

Kanalizasiya qoxusu səbəbindən Bulvara nəinki yerli sakinlər, heç turistlər də gələ bilmir.

Bəs bunun səbəbi nədir?

Qeyd edək ki, bu mövzuya dəfələrlə toxunulsa da, heç bir nəticə əldə olunmayıb.

Sakinlər iddia edir ki, bulvar ərazisində gələn pis qoxunun səbəbi ətrafdakı iaşə obyektlərindən, eləcə də yeni tikilən yaşayış binalarından axıdılan çirkab-kanalizasiya sularının dənizə tökülməsidir.

Hazırda Sumqayıt Şəhər Bulvarında dəniz sahilində əsl ekoloji faciə yaşanır. Sahil məişət tullantıları, çirkab suları, yosun çürüntüsü, ölü balıqlarla doludur.

Maraqlıdır ki, ərazidə niyə müvafiq olaraq monitorinqlər aparılmır? Aparılırsa bu monitorinqlərin nəticəsi barədə niyə aidiyyəti üzrə tədbirlər görülmür? Aidiyyəti qurumlar mövcud vəziyyətdən bixəbər ola bilərlər?

Qeyd etdiyimiz kimi, məsələ ilə bağlı dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Amma məsələ ilə bağlı hələ də müvafiq cavab verilməyib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar