Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatın böyük dönüşü

“Bədbəxtlik içində olarkən xoşbəxt günləri xatırlamaqdan böyük əzab yoxdur”
(Dante)

Uca millətimiz daha bir fakta görə Ramiz Mehdiyevə minnətdar olacaqdır. Əgər o, keçən il pandemiyanın qızğın vaxtında Səyavuş Novruzovu məlum mərasimə dəvət edib toyqırıma məruz qoymasaydı, nəticədə yoldaş Novruzov YAP-dakı vəzifələrini itirməsəydi, vəziyyət tamam başqa cür olardı.

Nəticə demişkən, yadıma bir uşaqlıq xatirəsi düşdü. Orta məktəbdə bizə riyaziyyat dərsini Məqsəd müəllim keçirdi, bir gün yazı lövhəsində hansısa uzun məsələni həll eləyirdi, həll o qədər uzandı ki, hətta rəhmətlik məcbur oldu öncə yazdığı hissədən silsin, çünki artıq lövhə başdan-ayağa dolmuşdu. Əlqərəz, axırda cavab tapıldı, məlum oldu “iks” sıfıra bərabərdir. Bunu görəndə Məqsəd müəllim yerində fırlanıb sinifə qalın şüşəli eynəyi arxasından qartal baxışıyla nəzər saldı və qəzəblə tabaşiri yerə çırpdı: “Lənətə gələsən! Bu boyda əziyyət çəkdik, axırda sıfır alındı!”

Əlbəttə, mən Səyavuş müəllimin uzun siyasi ömrünün də sıfıra bərabər olduğunu iddia etməkdən çox uzağam. Xatirədir, yadımıza düşdü, yazdıq. Bəs mən toyqırımdan öncəki və sonrakı Səyavuş müəllimlər arasında hansı fərqi aşkar etmişəm? Buyurun, siz də baxın.

YAP-dakı vəzifələrindən qovulandan sonra Novruzovun bütün intervüləri, parlamentdə çıxışları əsl xalq mövqeyini ifadə edir. Örnək üçün, iyunun 8-də o, MM-də pensiya qanunu müzakirə ediləndə deyirdi: “Pandemiya dövründə insanların pensiyasını kəsməyək. Dünənəcən əlillik pensiyası alanları indi ləğv edirik, ac qalırlar. Hamı 65 yaşda pensiyaya çıxa bilməz, bəlkə biri fəhlədir? Ağır fiziki əməkdə çalışanlar daha tez təqaüdə çıxmaq hüququ əldə etsin” və sairə. Üstündə adı, şəkli olmasa, elə bilərsən bu çıxışı radikal müxalifətçilərimizdən hansısa, məsələn, Ağasif Şakiroğlu edibdir.

Hələ bu harasıdır, dünən Novruzov parlamentdə Çernobıl əlillərindən müharibə veteranlarınacan xeyli sayda zəhmətkeşimizin də hüquqları uğrunda çarpışmışdır. Deyir, onlara çoxlu pul verək, kommunal ödənişlərini çatdırsınlar.

“U” dönüşü, böyük transformasiya belə olur. Müdriklərdən birinin dediyi kimi, maşın belə dönsə aşar. Lakin Novruzov ağır çəkili özüyeriyən artilleriya qurğusudur, onun aşmaq qorxusu yoxdur. Maşallah.

Ərz elədiyim kimi, Novruzovun vəzifələri itirməzdən öncəki çıxışlarını yada salaq. O, yalnız və yalnız müxalifəti tənqid-təhqir eləməklə məşğul olardı. Qabaqlar Əlidən (Kərimli) danışardı, indi əlillərdən danışır. Keçmişdə Xalq Cəbhəsini tənqid edirdi, indi davadan qayıdan gerçək cəbhəçiləri müdafiə edir.

Xalq deputatı, millət vəkili necə olur, bunu bizə göstərməkdədir. İnşallah, axırda Quskanın taleyini yaşamaz. Ümid edirəm, Fəzail müəllim də gənc, sütül, çiçəyi burnunda müxalifətçinin torbasını tikməz. Ona bir az nəfəslik, pəncərə tanıyar.

Söz keçmiş və gələcək arasında transformasiya, mimikriya qabiliyyətlərindən düşmüşkən, mənim hökumətə bir kiçik iradım var.

Görürsən, məhkəmə gedir, mədəniyyət nazirinin keçmiş müavini korrupsiyada suçlanır. Filan-filan rayonlarda musiqi məktəbi direktorlarından 300 min, 500 min yığıbdır, başqası kinonun pulunun başına daş salıbdır və sairə. Yaxud xəstəxanalara hüquq-mühafizə orqanlarından böyük və haqlı hücum başlayıb, uzun illərdir harınlamış baş həkimlər içəri basılır, zülm çəkmiş xəstələrin gözünə işıq gəlir. Ancaq niyə bu adamlara həmin dövrlərdə başçılıq etmiş nazirlərin adı çəkilmir? İşdən çıxarılıblar, lap yaxşı, bəs bu, günahlardan da təmizlənməyi ifadə edirmi? Axı ola bilməz ki, hansısa nazir müavini, hansısa baş həkim illər boyu soyğunçuluqla məşğul olsun, lakin nazir bunu görməsin. 

Bugünlərdə bir vəkili də işdən çıxarıb türməyə basdılar. Ey gidi dünya... Halbuki, vaxt var idi, bu vəkilin “hüquqlarını müdafiə elədiyi” şəxsin kəsdiyi başa sual olmazdı. Biz bu vəkili irticaçı iddiaların, mətbuatın düşməni olan proseslərin həmmüəllifi kimi tanıyardıq. İndi isə özünü tutublar. Karikatur ittihamla: vəkil bürosunun pullarını yeyirmiş. Xərçəng hüceyrəsidir sanki. Ancaq adı Sümbülədir. Bunun müdiri deyəsən sümbüllərlə çalışırdı ancaq. İndi tarlaya sünbülqıran düşüb.

 
Zamin HACI (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar