Bazar ertəsi, 02 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

NATO zirvəsində Türkiyənin güzəştə gedə biləcəyi məsələlər və əlində olan kozırlar...

Türkiyə-ABŞ münasibətlərində yeni bir dövrün başlayacağı ilə bağlı Türkiyədən müəyyən açıqlamalar gəlsə də, ABŞ tərəfində belə bir gözləntinin olduğuna dair heç bir işarə yoxdur...

Armağan Kuloğlu
“Yeniçağ” qəzeti, Türkiyə, 11 iyun 2021-ci il

14 İyunda keçiriləcək NATO Zirvəsi yaxınlaşdıqca Türkiyə NATO məsələlərindən çox, ABŞ lideri ilə ikitərəfli danışıqlara yönəldi. Bununla birlikdə, NATO baş katibi tərəfindən zirvədə təqdim ediləcək yeni 2030-cu il NATO baxışı olduqca vacibdir və üzvlər bu mövzuda öz fikirlərini bildirəcəklər.

NATO gündəminə diqqət yetirək

Sammitdə yeni baxışın formalaşdırılması müzakirə ediləcək. Daha sonra da Rusiyanın NATO üçün ən vacib təhdid olması, Çinin də izlənilməli olduğu və buna görə güc tənzimləmələrinin müzakirə ediləcəyi bildirilib.

Digər tərəfdən, 2030-cu il baxışına görə, qərarlarda veto hüquqlarının məhdudlaşdırılmasına­ dair bəzi təkliflər var və hətta bu təcrübənin Türkiyə və Macarıstan kimi ölkələr üçün nəzərdə tutulduğu barədə məlumatlar da önə çıxır. Bunun reallaşması NATO-nu bərabər tərəfdaşlıq anlayışından uzaqlaşdıracaq və ABŞ adminstrasiyasına daha çox tabe edəcək. Buna görə də bu məsələ ilə bağlı çox diqqətli olmaq lazımdır. Bu mövzuda tədbir alınmalı və əks həmlələrə qarşı hazırlıqlı olmaq lazımdır.

Bundan əlavə, Ukrayna və Gürcüstanın NATO-ya qəbulu, Aralıq dənizinin şərqindəki gərginlik və NATO-nun cənub cinahındakı vəziyyətlə bağlı işlər də gündəmdə olacaq. Bu məsələlərdə rasional davranaraq vəziyyəti bir fürsətə çevirmək və həm NATO daxilində, həm də liderlərin ikitərəfli görüşlərində milli maraqlar baxımından üstünlüklər əldə etmək mümkündür.

NATO ilə əlaqəli bu məsələlər ən azı Türkiyə-ABŞ liderlərinin görüşü qədər vacibdir. Bunlar Türkiyə ilə yaxından əlaqəli və təsirli məsələlərdir.

İkitərəfli görüşdə gözləntilər

Türkiyə-ABŞ münasibətlərində yeni bir dövrün başlayacağı ilə bağlı Türkiyədən müəyyən açıqlamalar gəlsə də, ABŞ tərəfində belə bir gözləntinin olduğuna dair heç bir işarə yoxdur. Ancaq iki liderin görüşünün münasibətlərə müsbət təsir göstərəcəyi bildirilir. ABŞ-ın Türkiyədəki azadlıqlar, demokratiya və insan hüquqları ilə bağlı narahatlıqlarını dilə gətirəcəyi və qanunun aliliyinə toxunacağı da düşünülür.

S-400 məsələsinə gəlincə isə ABŞ ilkin iclasda alternativin təqdim edildiyini, addımların müəyyənləşdirildiyin­i və ortaq bir yol tapılacağını bildirib. Digər tərəfdən, Türkiyə dəfələrlə S-400 məsələsinin Türkiyə üçün bitdiyini bildirsə də, S-400-lərin Türkiyənin nəzarəti altında İncirlik bölgəsinə və həmçinin, ABŞ-ın izləyə biləcəyi bir yerə yerləşdiriləcəyi önə sürülüb. Digər bir iddiaya görə isə ABŞ giriş və kommunikasiyanın təmin edilməsi müqabilində, bir razılaşma təklif edə bilər.

Türkiyənin beynəlxalq hüquqa uyğun olaraq Aralıq dənizinin şərqindəki hüquq və mənafelərindən imtina etməyəcəyi, PKK/PYD/SDG məsələsindəki həssaslığını və ABŞ dəstəyinin geri çəkilməsini ifadə edəcəyi gözlənilir. İkitərəfli görüşdə gündəmə gətirilməsə də, “Halkbank” işi Türkiyə üçün problemlər yaradır və Demoklun qılıncı kimi havada asılı qalır.

Türkiyənin güzəştə gedə biləcəyi məsələlər və əlində olan kozurları

Güzəştə gedə biləcəyi məsələlər:

- Türkiyə danışıqlarda müsbət bir atmosfer yaratmaq üçün S-400-ləri idarə edən rus hərbi texniki personalının geri dönəcəyini açıqlayıb;

- Yunanıstanla araşdırmalara və ikitərəfli danışıqlara başlayıb;

- Daha normal bir atmosfer formalaşdırmaq üçün Fransa ilə dialoqa girib;

- Xalq sağlamlığı, əkinçilik və heyvandarlığın əleyhinə olmasına baxmayaraq, ABŞ şirkətlərinə üstünlük verən nişasta əsaslı şəkərin (NTS) idxalı üçün bir tənzimləmə edildiyi iddiaları var.

Əldə olan kozırlar:

- Coğrafyası, geosiyasi əhəmiyyəti, hərbi gücü, BMT, NATO və digər beynəlxalq missiyalardakı uğurları, Rusiyaİranı nəzarətdə saxlamaq üçün ən yaxşı regional müttəfiq olması və indi Əfqanıstanda üzərinə götürə biləcəyi bir vəzifəsi olması;

- Hər şeydən əvvəl, İranRusiyanı izləyən, NATO-nun cənub qanadının, bölgənin təhlükəsizliyi üçün qurulan Kürecik Radarını söndürmək səlahiyyəti ilə Ukrayna və Gürcüstanın NATO üzvü olmasındakı səs vermə hüququna malik olması;

- Təhlükəsizlik baxımından onun üçün faydalı olsa da, bu günə qədər əlaqə saxlamadığı Suriya ilə təmaslara başlamaq təşəbbüsünə sahib olması.

Nəticədə, Türkiyə çətinliklərindən qurtulmaq üçün suverenliyini, təhlükəsizliyini, hüquqlarını və mənafelərini heç vaxt güzəştə getməməli və lazım olduqda güclü tərəflərini açıqlayaraq sammitdən üstünlük və prestijlə qayıtmalıdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: NATO Türkiyə

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Kremlin təlxəyi Jirinovskinin son açıqlaması - Moskva Azərbaycana hansı mesajı yollayır?..

İntizam komissiyası polisi döyən deputatla bağlı qərar verdi

Bakıda təhlükəli vəziyyət: Bu binalar hər an uça bilər - Video

Vaqif Axundovun həbs olunan bacısı oğlu azadlığa çıxdı

Bakıda saxta vaksin sənədi verən şəxslər saxlanıldı - Video

Bakıda görünməyən gecə həyatı: Ərəb turistlər, klub qadınları, qəlyan - Video

Tağı Əhmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Zülfüqarovdan Jirinovskiyə reaksiya: "Klounu iqnor etmk lazımdır"

“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? – Detallar

Ermənistana yeni müdafiə naziri təyin edildi - Yenilənib

Qarabağ qazisi icra başçısı tərəfindən təhdid edilir - Foto

Ən çox oxunanalar