Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid Bəxtiyar İslamovun doğum günündə xatirə guşəsinin açılışı oldu - Şirvanda

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasınaşəhid olan İslamov Bəxtiyar Saleh oğlunun doğum günü Şirvan şəhərində qeyd edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və İcra Hakimiyyəti aparatının məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Şirvan Şəhər şöbəsinin, Gənclər və İdman idarəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları öncə şəhidin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib və məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.

İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edib və Allahdan onlara səbir diləyib. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətimizin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan İcra başçısı həmin qələbədə payı olan Bəxtiyar kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. Şəhidlik zirvəsinə ucalan Bəxtiyarın təkcə şirvanlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir azərbaycanlının qürur duyduğunu vurğulayıb. Qeyd edib ki, şəhər rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Sonra tədbir iştirakçıları şəhidin yaşadığı məhəllədə yaradılan xatirə bulağının açılışında iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra vətənimizin azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, şəhidin döyüş yoldaşları-qrup komandiri Samir Məmmədov, gizir Cavid Babayev, müəllimi Əli Bəşirli, birinci Qarabağ müharibəsinin qaziləri çıxış edərək XTQ leytenantı şəhid Bəxtiyar İslamovun döyüş yolundan, şücaətindən, mərdliyindən söz açıblar. Onun öz istəyi ilə hərbçi peşəsini seçdiyini, sağlığında hərbi hissə rəhbərliyi və yoldaşları arasında dərin hörmət və nüfuz qazandığını, yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıblar. Qeyd olunub ki, hərbiçi olmaq, vətənə, dövlətə xidmət etmək, işğal altında olan torpaqlarımızın azad edilməsində iştirak etmək, üçrəngli bayrağımızı qürurla dalğalandırmaq ən böyük arzusu idi. 2020-ci ilin sentyabrın 27-dən başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl, Hadrut istiqamətlərində gedən ağır döyüş əməliyyatlarında iştirak edib, xidməti borcunu şərəflə yerinə yetirib, yaralanmış qrup komandirinə və yoldaşlarına kömək edərək onları döyüş meydanından çıxarıb. Oktyabrın 12-də düşmənlə yaxın məsafədən üzbəüz döyüşdə böyük qəhrəmanlıq göstərib, xeyli sayda düşməni məhv edib və yaralansa da sona qədər döyüşərək şəhadətə yüksəlib. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında iştirakına, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə, fədakarlıq və rəşadət göstərdiyinə görə leytenant Bəxtiyar İslamov ölümündən sonra dövlət başçısının Sərəncamı ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Natiqlər 24 illik qısa ömür yaşasa da şanlı tariximizə adını yazan, xalqımıza zəfər sevinci yaşadan Bəxtiyarın ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıblar. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Bəxtiyarın xatirəsinin daim əziz tutulacağını bildiriblər.

Şəhidin vaxtilə təhsil aldığı 4 nömrəli tam orta məktəbin şagirdləri Vətənə, torpağa və şəhidlərimizə həsr olunmuş bədii kompazisiya ilə çıxış ediblər.
Sonda şəhidin atası Saleh İslamov və anası Gültəkin İslamova çıxış edərk övladları ilə qürur duyduqlarını bildiriblər. Xatirə bulağının açılışına və doğum gününə bu qədər insanın toplaşmasının onun ruhuna ehtiramın bariz nümunəsi kimi qiymətləndiriblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya, minnətdarlıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar