Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Monteneqronun ölkəmizdəki qeyri-rezident səfirini qəbul edib - Foto

2021-ci ilin 11 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov Monteneqronun ölkəmizə yeni təyin edilmiş qeyri-rezident səfiri Perişa Kastratoviçi qəbul etdi.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov Perişa Kastratoviçi salamladı, ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Nazir Ceyhun Bayramov Azərbaycan və Monteneqro arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri məmnunluqla qeyd etdi. Ölkələrimiz arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlıq qeyd edildi. İkitərəfli əməkdaşlığın gələcəkdə genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulandı.

Nazir, həmçinin səfir Perişa Kastratoviçə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, Azərbaycan tərəfindən bu xüsusda atılan addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verdi. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması imkanının yarandığı qeyd olundu.

Səfir Perişa Kastratoviç ölkəsinin Azərbaycan ilə münasibətlərə əhəmiyyət verdiyini vurğuladı.

Tərəflər ikitərəfli münasibətlərin enerji, turizm, humanitar və digər sahələrdə inkişafı, qarşılıqlı səfərlərin həyata keçirilməsi, siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi apardı.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar