Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN: AİHM-in Ermənistanın tələbini rədd edən qərarını alqışlayırıq

Azərbaycan Hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Ermənistanın hazırda Azərbaycanda saxlanılan 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayır.

PİA.az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən Məhkəmə Reqlamentinin 39-cu Qaydasına istinad edilərək saxlanılan şəxslərin sərbəst buraxılması üçün iki dəfə cəhd göstərilib, hər ikisi rədd edilib.

Ermənistanın müraciəti, Azərbaycanın beynəlxalq qanunlarla təsbit olunmuş, ölkənin daxili qanunvericiliyini və beynəlxalq hüququ pozan, habelə ağır hərbi cinayətlər törətməkdə şübhəli bilinən şəxslərin cinayət təqibinə dair hüquq və öhdəliklərini göz ardına alır. AİHM qərarı məhz bu hüququ vurğulayır.

Ermənistanın saxlanılan şəxslərin dərhal sərbəst buraxılması ilə bağlı müraciəti, Azərbaycan Hökumətinin qanunun aliliyini hörmətsizlik çağırışına bərabərdir. Biz sözügedən prinsiplərə sadiq qalırıq və AİHM-in də qəbul etdiyi kimi cinayət təqibi başa çatana qədər bu şəxslər həbsdə saxlanılacaq.

Bildiyiniz kimi, Ermənistanın dərhal sərbəst buraxılmasını tələb etdiyi şəxslərdən ikisi - Lüdviq Mkrtçyan və Alyoşa Xosrovyan - Azərbaycan vətəndaşlarına işgəncə verməkdə təqsirləndirilərək hazırda məhkəmə istintaqına cəlb olunublar. Azərbaycan öz hüquq və öhdəliklərinə uyğun olaraq, beynəlxalq və daxili hüququn müəyyən olunmuş prinsiplərinə riayət etməyə və bu təqibi başa çatdırmağa sadiqdir.

Onu da qeyd etmək istərdik ki, Azərbaycan bu şəxslərin vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib. Beynəlxalq Qırmızı Xaç Komitəsi, habelə İnsan Haqları üzrə Müvəkkilin (Ombudsman) həbs olunmuş şəxslərlə görüşləri təşkil edilmiş və 27 mayda Azərbaycan hərbçiləri tərəfindən saxlanılan 6 hərbçi də daxil olmaqla, sözügedən həbsdə olan şəxslərin səhhəti barədə tibbi sənədlər təqdim edilmişdir”, - deyə XİN rəsmisi vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar