Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Qafqaz evi planı: Bakının cavabı necə olacaq?

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker bir neçə gündür ki, Azərbaycanda rəsmi səfərdədir. F.Riker Bakıdan əvvəl Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olub. O, Bakıdan Ermənistanın paytaxtı Yerevana gedəcək.

F.Rikerin birdən-birə həm Gürcüstan, həm Azərbaycan, həm də Ermənistana səfər etməsi rəsmi Vaşinqtonun Cənubi Qafqaza artan marağının göstəricisidir. Məsələ ondadır ki, hər 3 ölkə Rusiyanın arxa baxçası adlanan Cənubi Qafqazda yerləşir və ABŞ, Şərqi Avropa, Mərkəzi Asiya kimi bu regionu da Kremlin moderatorluğundan çıxarmaq niyyətindədir.

Artıq Gürcüstan ilə bu baş verib. Real yanaşsaq, bu gün Gürcüstan açıq şəkildə Qərbə inteqrasiya edir və regionda da ABŞ-la ən çox əməkdaşlıq edən ölkədir. Ermənistanda inqilabla hakimiyyətə gələn Nikol Paşinyanın isə Qərb meyilli olması artıq heç kəsə sirr deyil. Xüsusi ilə Qərbin dəstəyini alan və bu gün Rusiya təsirindən çıxıb Qərbə inteqrasiya etmək istəyən Paşinyana ABŞ dəstəyi hava, su qədər lazımdır. Təsadüfi deyil ki, Bayden administrasiyası da bu istiqamətdə ermənilərin illərdir arzuladığı ifadəni, yəni 1915-ci il hadisələri “soyqırım” olaraq adlandırdı.

Lakin Azərbaycan nə Gürcüstandır, nə də Ermənistan. Yəni rəsmi Bakını ələ almaq, təsir dairəsinə salmaq heç də asan deyil.

Diqqət etsəniz F.Rikerin ölkəmizə səfərinin Gürcüstan və Ermənistana nəzərən fərqli olduğunu görmək mümkündür. Belə ki, onun ölkəmizə səfəri məhz Azərbaycanın nəbzini yoxlamaq regional və xarici siyasət maraqlarını dəqiqləşdirmək məqsədi daşıyır.

Ermənistan və Gürcüstandan fərqli olaraq Azərbaycanı Avropa birliyi ilə şirnikləndirmək elə də effektiv deyil. Çünki həm rəsmi Tiflis, həm də İrəvan iqtisadi baxımdan Azərbaycana nəzərən zəifdir və Qərbə inteqrasiya etmələrinin əsas səbəbi də məhz budur.

Azərbaycan isə son illərdə reallaşdırdığı regional və beynəlxalq nəqliyyat, eyni zamanda enerji layihələri ilə Cənubi Qafqazın digər ölkələrindən fəqli olduğunu sübut edib. Yəni Avropa İttifaqı rəsmi Bakı üçün zərurət deyil. Bu gün rəsmi Vaşinqton Bakıya daha iştahaçıcı təkliflər barədə düşünməlidir.
Vaşinqtonun Qafqaz evi layihəsi ilə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyir.

ABŞ həm Rusiyanın, həm də Türkiyənin Cənubi Qafqazda varlığından narahatdır. Xüsusilə də Rusiyanın. Bu gün Qərbdə belə bir düşüncə var ki, 1918-ci ildə Gürcüstan, ErmənistanAzərbaycanın birlikdə yaratdığı Zaqafqaziya Demokratik Federativ Respublikasının müstəqilliyinə dəstək verilməli, dağılmasının qarşısı alınmalı idi. Lakin bu, baş vermədi. Düşünürəm, bu gün ABŞ hər 3 respublikanın yenidən bir araya gəlməsini, öz moderatorluğunda vahid Qafqazda birləşməsini istəyir. Təbii ki, söhbət vahid dövlətdən deyil, konfederasiya və ya təşkilat formasında birləşmədən gedir.
Onu da qeyd edim ki, bu gün ölkəmizdə də Qafqaz evi layihəsinin tərəfdarlarının sayı az deyil. Bu da ondan xəbər verir ki, ABŞ ölkəmizdə daxil olmaqla bu layihəni gerçəkləşdirmək üçün sosial təbliğata belə başlayıb. Bununla belə düşünürəm ki Vaşinqtonun Qafqaz evi layihəsi bu günün şərtləri ilə mümükün deyil.

Birincisi, vahid Qafqaz layihəsinin perspektivi yoxdur. Çünki Ermənistan 27 il Azərbaycanın 20 fazi torpağını işğal altında saxlamayıb. Bu da azmış kimi hələdə ərazi iddiaları davam edir.

Digər tərəfdən 44 günlük müharibə yeni bitib və bu reallıq iki ölkəni və xalqlarını uzun illər bir arada yaşamasını mümkünsüz edir.
İkincisi, ola bilər ki, Gürcüstan, Ermənistan ABŞ-a Qərbə yaxınlaşmaq, hətta bu istiqamətdə Qafqaz evi çərçivəsində bir araya gəlsin, lakin bu rəsmi bakının maraqlarına cavab vermir. Azərbaycanın öz xarici maraqları var. Bu maraqlar Gürcüstan-Ermənistanla birlikdə mümkün deyil. Yəni Qafqaz evi layihəsi Azərbaycanın maraqların uyğun deyil.

Turan Rzayev - Politoloq

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar